Azərbaycana qarşı maraqlı hücum taktikasına start verib. Həm də bir neçə istiqamətdən.

-Sosial şəbəkələr üzərindən;

-Saxta profillərdən;

-Radikal müxalifətçilər və habelə Milli Şura üzərindən;

-Azərbaycanda diplomatik fəaliyyətini başa vurmuş səfirlər üzərindən;

– Müstəqil beynəlxalq media quruluşlarından;

-Avropa və Qərbin təhlükəsizlik orqanlarının təbliğat ruporu olan ayrı-ayrı informasiya resuslarından;

– YOTUBE kanalları üzərindən, söyüş müxalifəti və mediasının dəstəyindən istifadə edərək;

Xarici mediadakı yazılardab başlayaq. Bəzi xəbər mənbələrinin məlumatında bildirilir ki, xarici mediada dərc olunan yazılar əslində Azərbaycanda yerli müəllif tərəfindən hazırlanır. Azərbaycan Pribaltika ölkələri və Hollandiya marşurutlarından müxtəlif adamlarla göndərilir. Təxminən altı-yeddi min avro məbləğində qonorar qarşılığında.
Diqqət etsəniz son zamanlar sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun mirasçı və milyonçu babasından qalan məsələ gündəmdədir. Həmçinin xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun övladlarının bahalı həyatı, sahib olduqları sərvətdən danışılır. Təbii ki, bu bir gündə baş verən hadisə deyildi. Bu illərdir var. Bəs niyə indi? Hansı məqamdır? Azərbaycanda nə istəyir Avropa və Qərb? Bu presinqin səbəbi nədir?

Maraqlı olanı budur ki, Azərbaycana siyasi presinq dalğasının bununla yekunlaşmayacağına dair məlumatlar da var. Belə ki, növbəti dalğada Avropanın müxtəlif şəhərlərində işləyən və təhsil alanlara vətəndaşlıqdan kütləvi, həm də bəyanatla imtina etmək barədə təkliflər edilməsi planlaşdırılır. Mənzərəni təsəvvür edirsinizmi. Eymi zamanda yüzlərlə adam, Avropanın müxtəlif dövlətlərindən səslənir: Eheyyy, Vətən, səndən imtina edirik!..
Bu da sirr deyil ki, onlara qaldıqları ölkələrdə vətəndaşlıq vəd edilir, təbii ki, təkcə vətəndaşlıq yox. Amma bircə məqamı unudur bunu qəbul etməyi düşünən zehinlər. Ola bilərvətəndaşlıq da verəcəklər, başqa şərait də yaradılacaq, amma onların gözündə rahat satılan adam, satqın rütbəsindən o yana keçməyəcəksiniz. Bu ciddi məqamı avropalılar sizə münasibətdə heç zaman unutmayacaq.
Onu da qeyd etmək lazımdır ki, əvvəlki presinqlərdən fərqli olaraq bu dəfəki taktikada ciddi və fərqli olan bir məqam var. Bu dəfə qara piar, həm də arqumentləşdirilmiş edilir. Vacub məqamdır. Və yeri gəlmişkən, bəzən bu arqumentləri Azərbaycan rəsmi dövlət qurumları verir Avropaya.

Məsələn, radikal müxalifətin hər gün səsləndirdiyi bəyanatlarda, kütləvi həbslərların ailəsinə göstərilən sərtlik, xof yaratma cəhdləri müzakirə mövzusudur. Təbii ki, bu arqumentlər Avropanın və onun himayəsində olan şuraların əlində çox rahat vasitədir.
İndi gəlin hamılıqla düşünək, xof yaratmaq, kütləvi həbslər, kimə sərfəlidir, Azərbaycana, radikal müxalifətəmi, Avropayamı, yoxsa xalqamı?

Azərbaycana və xalqa qəyittən sərfəli məsələ deyil. Niyə? Hər dediyi sözə, fikrə görə vətəndaşda xof yaratmaqla, ağızını açan adamı həbs etməklə məsələ həll olunmur. Cənablar, söz demək, fikir söyləmək millət olmaq, aliləşmək üçün ən ibtidai addım, mərhələdir. Siz vətəndaşa ibtidai mərhələni keçmək üçün imkan vermirsiniz, cahil bilirsiniz. Unudursunuz ki, cahillik mərhələsini keçmədən, adil olmaq olmur. Yəni siz də peşənizin ibtidaisindəsiniz və ən sadə olan yolu seçirsiniz. Ağızlara kilid və qapaq vurmağı seçirsiniz. Özü də bu o məqamda edilir ki, Azərbaycan Prezidenti vətəndaşı ictimai qınaqdan qorxmamağa, danışmağa, ünsiyyətə dəvət edir. Dolayısıyla siz, həm də mövcud siyasi kursa qarşı çıxmış sayılırsınız. Reallıq isə başqa şey deyir: Vətəndaşı millət ola bilməyən dövlətlər məhvə məhkumdur! Yəni xof və həbs islah yolu deyil. Sevgi, dinləmək, ortaq məxrəci tapıb, ünsiyyət qurmaq kimi digər vasitələri də sınamaq gərəkdir. Yox əgər bunu etməyəcəksinizsə şəxsiyyəti, mənəviyyatı zədəli, psixoloji travmalı, danışmaq, söz demək, özünü və dövlətini yeri gələndə, müdafiə eləmək itqidarında olmayan, natamam və bir ölkə insan yetişdirmiş olacaqsınız. Nəzərə alsaq ki, onların bir xeylisi gənclərdir. Və onlar həm də gələcəyin valideyni, milli genefondun daşıyıcısı, idarəçisidir, düşünürsünüzmü, nəyə gedirik? Qorxaq, satqınlığa hər zaman hazır, heyif cəmiyyətində qurursunuz. Bu cəmiyyət, bu ideologiyasızlıq və bu insan tipləri ilə bizi bir gün yenə kimsə işğal edəcək, mütləq edəcək. Bunu alt yapısını artıq hazırlayırlar. Diqqət edək. Son iki aydakı durumdan sonra,

-ABŞ dövlətinin təşəbbüsü ilə yaradılmış “Nastoyaşşee vremya” internet televiziyası
“Pandemiya diktaturası” adlı verilişi yayınlayıb.

-Azərbaycanın keçmiş təhlükəsızlik naziri Eldar Mahmudovun və övladlarının Avropada nəhəng sərvətini bir qrup araşdırmaşı jurnalist üzə çıxarıb. Bu barədə Avropa mediasında yayınlanan yazıların heç birində imza göstərilmir.
-ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç Osmanqızı kanalına AXCP və Milli Şuraya qarşı hazırkı repressiyaları şərh edir.
-Avropa Parlamenti məlum həbsləri müzakirə edir. Avroparlamentin Xarici İşlər Komitəsində cari dinləmə zamanı Xorvatiyadan olan deputat, bu ölkənin keçmiş xarici işlər naziri Pikula Tonino Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərdən danışır.
-Britaniyada adları hələlik açıqlanmayan ər-arvad tərəfindən “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinq (17 milyon dollar) pulla bağlı məhkəmə materialları ictimailəşdilirlir. “Evening Standard” qəzetinin dərc etdiyi materiallar Britaniya Milli Cinayət Agentliyi tərəfindən məhkəməyə təqdim olunub. Adlar sənədin dərcinə icazə verən məhkəmənin qərarına əsasən gizli saxlanılıb. İşi araşdıran hakim bildirir ki, bu pulların “Azərbaycan pulyuyuan maşını” kimi tanınan sxemdən keçdiyini göstərən əlamətlər mövcuddur və bu sxemdən hakim elitanın Qərbdə daşınmaz və başqa əmlak alması üçün istifadə olunur.

-“Azadlıq” radiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir “karantin bitəndən sonra beynəlxalq qurumların Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabatları tənqidi olacaq”. Yəni təqdim olunan sənədlərdəki göstəricilər yetərincə sərt olmadığından avropalıları qane etmir.

-AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri Ştefan Şennak və Rocer Qeyl bəyanat yayaraq, hakimiyyətin koronavirusla bağlı vəziyyətdən müxalifətə qarşı təzyiq üçün istifadə etməsindən söz açıblar. “Amerikanın Səsi” nin “son bir neçə həftədə Azərbaycanda siyasi fəalların həbs olunmasına münasibətiniz nədir?” sualına Stefan Şennak belə cavab verib: “Müxalifətə qarşı təzyiq çirkindir. Bundan əlavə COVID-19 pandemiyasə səbəbilə də bir neçə insan həbs olunub. Pandemiyada istifadə edərək insanları həbsə atmaq olmaz. Ölkə bu cür idarə olunmamalıdır”.

Aydın görünür ki, Avropa və Qərb ölkədə radikal müxalifəti dəstəkləyir. Və onların himayə olunması üzərində hakimiyyətə gətirilmə planlarının yuxarıda da qeyd olunması kimi alt yapısını işləyirlə. Müxalifətçilər arasından həbslərin kütləvi xarakter alması bu yapının başa çatdırılması işini ciddi şəkildə sürətləndirir. Bəllidir ki, bu həm də Prezidetn İlham Əliyevin əks tədbirlər planını, yəni islahat layihəsini pozmaq cəhdidir.

İyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropanın, Qərbin və onların himayənsində olan təşkilatların mahiyyətindən danışıb:

-Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək. Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqeyindədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır”.

Yeri gəlmişkən, radikalların və Avropanın bir cəbhədə “döyüşdüyünün” maraqlı bir göstəricisi də var. Hər şeyə radikal, özü də dərhal reaksiya verən müxalifət Avropadan Ramil Səfərovla bağlı Azərbaycana qarşı irəli sürülən iddiaya heç bir reaksiya vermədi. Azərbaycana qarşı riakar münasibət başqa bir fabkla da təsdiqini tapır. Məlum olduğu kimi ABŞ-ın Minnesota ştatında polis bir qaradərilini boğaraq qətlə yetirib. 46 yaşlı Corc Floyd bir mağazaya saxta 20 dollarlıq əskinaz verdiyi iddiasıyla tutulmuşdu. Bu olay üzərindən ABŞ hökumətisosial şəbəkələr məsələsini gündəmə gətirdi, hətta Vaşenqtonda fövqəladə vəziyyət elan olundu. Üstəlik Londonda, Berlindən də ABŞ-dakı qətlə etiraz edildi. Həm də etiraz aksiyaları keçirildi. Nə Avropadan və onun bəlii şuralarından, nə keçmiş diplomatlardan, nə də ədalətli ABŞ rəsmilərindən səs eşidən olmadı. Onlara sərf etməyən mövzularda, lal, kar, kordurlar axı. Birdə ki, bir qaradərili gənc nədir ki, azyaşlı amerikalı qızın qətlində suçlayıb on dörd yaşlı qaradərili uşağı elektrik masasına əyləşdirib ölüm hökmü icra edən Amerika, 46 yaşlı qaradəriliyə görə niyə narahat olsun axı…

Əslində o qaradərilinin ölkəsi Azərbaycan deyil axı.Ölkəsi olan yer,tranzit deyil, nəhəng layihələrin nəqliyyat dəhlizi sayılmır, zorla investisiya qoymağa neft, qaz sektoru yox, bir də hakimiyyətə nə yolla olur olsun gəlməyi planlayan radikal gücləri yox ki, onlardan istifadə edələr.
Yəni deməm o ki, nə Amerika, nə Avropa maraqları olmayan və ya maraqlarına toxulunmayan yerləri ümumiyyətlə nə sayar, nə adını anar, nə də ondan danışar…

Gəlin elə birləşək ki, bizi kimsə işğal edə bilməsin daha!Amma iki sualım var:BACARACAĞIQMI?! BACARACAQSINIZMI?!.

Jalə Mütəllimova