Dünən gecə saatlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. Bu barədə ölkə mediasına ADPU-nun rektor müşaviri Ümid Mehdiyev məlumat verib. O bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı. Heç bir kəsri yox idi, nümunəvi tələblərdən sayılırdı.

Tələbə yoldaşlarının sözlərinə görə, ailəsi Güneli istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün, çıxış yolunu intiharda görüb.

***

…Dünəndən istəyirəm yazım, deyirəm bəlkə çox sətr, kobud olar. Yazmıram. Amma iyirmi bir yaşında həyatına qəsd edən bu gənc xanımın sosial şəbəkələrdə yayılan şəkilinə diqqətlə baxandan, gözlərdəki ümid, işıq, həyat eşqini görəndən sonra, özümü saxlaya bilmədim düzü.
***
…Niyəsə həmişə düşünmüşəm ki, hündürlükdən özünü atıb, intihar edənlər, ölümünə, yəni yerə çırpılmağa, bircə qarış qalmış, “düşərəm, ölmərəm bəlkə” deyirlər özlüklərində.

İyirmi bir yaşlı, özü də yaxşı tələbə olan bu xanımın olayında da belə düşündüm.

Bəs onun ailəsi nə düşünür görəsən? Bu qızı belə amansız addıma məcbur edənlər, ümumiyyətlə hələ yaşayırmı, mnəvi əzablarını anlayırlarmı görəsən?! Çətin ki!..

Düzdür, ailə məsələsidir, şəxsi işdir, amma həm də ictimai mövzudur. Ailə ənənlərimizin məhv olmasının göstəricisidir. Niyə belə ailələr anlamır ki, qızlarını ərə yox, bir kişiyə zorlamağa verirlər.

Sevmədiyi evdə yaşamaq, sevmədiyi kişinin intim tələbatını ödəmək, sevmədiyi adamların genini, soyunu davam etdirmək, onlara nəvə, uşaq doğmaq, həyatının bütün zövqlərindən, özündən, karyerandan vaz keçməyə başqa ad qoya bilmirəm, üzürlü bilin!

Axı anlamaq çətin deyil, bunu elm, alimlər də isbatlayır ki, sevgisiz dünyaya gələn uşaqların çoxu həm də gələcəyin potensial cinayətkarlarıdır. Axı onların sevgisiz doğulduğu həm də fizioloji göstəricilərində əks olunur. Və ən vacibi bəlkə o gənc xanım mənəvi olaraq ailə qurmağa hazır deyildi. Onu məcbur etmək bu qədərmi vacib idi?!.

Və ən maraqlısı. Qızına niyə təhsil vermirsən” sualı ilə üz tutduğu adamların çoxu imkansızlıqdan şikayətləndiyi halda,toya, cehizə rahatca pul tapır, belə lap canı çıxsa da, tapır.

Əslində bu da bir göstəricidir. Son dərəcə naxoş bir göstərici. Bu əsirdə, bu ildə qızlarına ər gəzən zehinlərlə hər kəsə ağzımızdan su axıtmaqla, baxmaqdan başqa yolumuz olmayacaq bizim. Bu həm də bir ideologiyasızlıq göstəricisidir. Aliə ənənələrinin laxlaması, sıradan çıxmasına ciddi əsaslardan biridir. Bu həm də fərdi düşüncə darlığıdır. Qız övladını başından eləmək ehtirasıdır. Amma bir dəqiq məqam var, hər kəs unudur. Evin dirəyidir, qurucusudur qadın. Qadını əhlikef, məsuliyyətsiz, hoqqabaz olan evlərə diqqət eləmək kifayətdir bu mənzərəni görmək üçün.

Hə, Azərbaycan mentaliteti üçün kişi ciddi xarakter və üstünlük sayılır deyə bilər çoxu. Etiraz etmirəm, doğrudur! Amma və lakin kişinin də sinirini, planını və karyerasını yönəldən yenə qadındır. Kişi ailəni güclü, möhkəm, divarlı görünməsinin təminatçısı, olmazsa, olmazıdır yəni.

Anlayırsınızmı?! Biz, bu vaciblərdən çox uzaqlaşmışıq yox, qopmuşuq.

Siz də deyirsiniz filankəs kosmosa qastrola getdi, fəhmənkəs, Marsda villa tikdi və sair…

Jalə Mütəllimova