Bakıda ötən çox ciddi ictimai qınağa səbəb olan, olay oldu. Heç kimin unutmayacağı olay. Günlərin birində Azərbaycana qarşı beynəlxalq presinq aləti sayıla biləcək olay.
Karantin qaydalarının pozulması üzündən polislə vətəndaş toqquşdu.
Polisə deyildi olmaz, vətəndaşın evinin qarşısında sürüyüb maşına cinayətkar kimi basmaq, aciz duruma salmaq, ailəsinin yanında alçaltmaq olmaz.
Dinləmədilər. Səhəri gün ikinci səhvə yol verdilər. Həbs zamanı polisin üstünə isti su, zibil torbası atılan blokdakı evlərin hamısına girdilər. Kanstitutsiyanın pozulmasına, qanunların pozulmasına diqqət edilmədi. Kişilərini bir-bir “götürdülər”. Özü də “jarqon” gedə-gedə. Bəs qadınların üzərinə “jarqon” gedilərmi, əsla?!. Heç oğru dünyası qaydalarında da yoxdur bu. Düzü ağır vəziyyətdir. Axı digər inzibati yollar, vasitələr var idi, mövcud idi. Niyəsə məhz hikkə “yeridi”.
Birinci ona görə ki, DIN güc orqanıdır. Yəni inciməsinlər, bunu kimsə yazmalıdır, güc orqanında heç zaman, siyasi düşüncə yerimir. Daha dəqiqi olmur.
Ikincisi, ciddi bir oyunda alət olduqlarını, dövlətin böyük bir strukturu anlamdı.
Bəs məsələ nədir?
Bəllidir, Azərbaycanda ciddi siyasi müxalif güc yoxdur. Daha dəqiqi böyük auditoriyanı ələ alacaq qədər nəhəng güc və siyasi lider yoxdur. Olsaydı bəlkə indi tam ayrı proses gedirdi ölkədə.
Bundan başqa uzun illər qüsurlu idarəçiliklə məşğul olan, üstəlik, vətəndaşı incidən, dövlətdən narazı salan böyük bir məmur ordusu mövcuddur. Dövlət hələ də korrupsiya və rüşvətə bulaşmış o adamları tamamən yığışdıra bilmir.
Hər iki tərəfin adamlarının sayından daha böyük bir auditoriya da var ortada. Müxalifətdn də, iqtidardan da narazı və incik təbəqə. A mma dövlət var olsun deyə, o təbəqə illərdir etirazını dilə gətirməyib. Özünü arxa plana keçirib. Əslində güc dediyimiz də məhz odur, üçüncü tərəf.
Ən vacibi o təbəqədə ölkənin çoxlu ziyalısı, savadlı adamları, hətta sadə vətənpərvərləri cəmlənib. Ölkənin ən səliüəli insanları da demək olar onlara.
Ötən həftə baş verənlərdən DIN anlamalı idi ki, iki yol var, ya DIN-in əli ilə dövlət o təbəqəni götürəcəkdi, ya da həmin təbəqə daha da incik düşəcəkdi. Ikinci oldu.
Indi o təbəqə media üzərindən danışmağa qərar verdi. Danışmağa başladı. Neytral, tərəfsiz və özünün incikliklərini dilə gətirərək.
Kimi evində, kimi məhləsində, kimi də neytral bir yerlərdə müsahibələr verdi. Etirqzını dilə gəritdir. Bəsdir, belə olmaz dedi.
Diqüət ediləsi məqam. Kimə, hansı KIV-lərə üz tutdular. Təmənnalı, tərəfli, ütülü mediayamı? Təbii ki, yox. Məhz ölkədə yasaqlanmış KIV-lərə. Xarici dövlətlərin ruporu olan “müstəqil” TV və saytlara. Biz media və dövlət olaraq yenə də fərdiyyətçilikdən, qorxaqlıqdan, ehtiyatlılıüdan yubandıq.
Döyülən, söyülən, tutulub təhqir olunan təbəqənin dövlətin əlindən çıxmaq üzrə olduğunu kimsə dilə gətirmədi. Demədi ki, məmləkətdə böyük bir auditoriya nə müxalifəti qəbul edir, nə də səni dövlət baba.
Indi düşünün cənablar, düşünün ki, ölkəni nəyə apardınız? Düşünün görün dövlətini sevən adamlardan nə, kim yetişdirirsiniz? Bir mərhələdən sonra təhqir və həbsləriniz də mahiyyətini itirəcək, fsyda verməyəcək.
Bir qədər də belə davam etsə, alçaldılmış və təhqir olunmuşların qisası ilə üz-üzə qalacaq Azərbaycan. Bəs bu kimin xidmətidir görəsən?..
Jalə Mütəllimova