Gəlin qırın hamımızı…

Bir adamın general və ya palkovnikin yetişməsi üçün öncə bir ANA gərək ki, o oğulu dünyay gətirə.

Sonra ailə ki, o oğulu böyüdə.

Sonra məktəb ki, dərs keçə.

Sonra mənlik, şəxsiyyət ki, vətənə xidmət keçə.

Sonra milli ruh ki, vətən deyəndə onun üçün axar sular dura. Vətənə xidmət yolunu tuta. Varlısına tavır etmədən.

O eləmir, mən də eləmirəm, demədən.

Oxuya, təhsil ala, peşəkar yetişdirilə.

Min əzabdan, qarşısını kəsən sədlərdən keçə.

Elə bilirsiniz bu məmləkətdə rahatdırmı yaxşı general, palkovnik olmaq, həm də tərtəmiz azərbaycanlı ola-ola…ay hayy?!..

…Gün gəldi ki, oldu, şifrəli zabit yetişdi…

Dövlət, vətən adamı oldu…

Gün gəlir sərhəddi, dövlətin təhlükədə oldumu, əsgər ola, sıravi əsgər…

Rütbəni gözə almaya, keçdiyin yola belə baxmaya. Ailə, ana, uşaq düşünməyə. Vətən düşünə…

Ruhuna qurban, şəhadətin mübarək şəhidim, generalım.

Allah bizə səbir verməsin…

Və bizə kimsə zəng eləməsin…Nə Lavrovu, nə Şayqusu…Nə AŞ-ı, nə hərif yığını, ATƏT-i…

Biz oğurluq eləmirik, biz zorla bizdən alınan, zorlanan, əsirlikdə qalan torpağımızı istəyirik.

Nə qədər ki, bu dövlətdə, bu XALQ yaşayır, o torpaqlar erməninin ola bilməz…Bunu heç bir kənar güc və ya siyasi hakimiyyət reallaşdıra bilməz…

Odur ki, gəlin qırın hamımızı! Bələkdəki körpəmizi də…Ya qırılaq, ya azad olaq Qarabağda!

…Çünki bu gün beşikdəki körpələr, sabah böyüyüb şəhid etdiyiniz ya general Polad Həşimov, ya da Ilqar Mirzəyev olacaq!.. Mütləq olacaq!..

Xatırladıram, Polad Həşimov həm də aprel döyüşləri qazisi idi. Mən bu təsadüfə inanmıram. Mən bu oyunu çox böyük bilirəm. Bu oyun düşmən qisasıdır, bir də onların burdakı havadarlarının.

Jalə Mütəllimova

14.07.2020.