AXCP sədti Milli Şura lideri Əli Kərimli, çox maraqlı manevr edib. O Azərbaycanın siyasi rəhbərliyi ilə birgəlik nümayiş etdirdiyini bəyan edib və bildirib ki, indiki məqamda bütün mübarizə formalarından imtina edilər.

Sabiq müdafiə naziri Rəhim Qazıyevin həbsinəcən durum başqa idi. Osmanqızı TV və digər xəbər resuslarında Ə.Kərimli Tovuzda baş verənlərdən dolayı sərt mövqe sərgiləyirdi və siyasi rəhbərliyi şiddətlə qınayırdı.

Demək ki, Rəhim Qazıyevin həbsi əslində yaxşı bir “dərs” idi radikallara.

Kim dövlətin, xalqın ağır günündə fərdi istəyindən, siyasi maraqlarından dolayı çağırışlar edəcəksə, dəqiqləşdirilməmiş məlumatları tirajlayacaqsa, insanları küçəyə çağıracaqsa, aqressiya, radikallıq nümayiş etdirib, aksiyalar təşkil edəcəksə, dövlətin ali rəhbərini, Prezidenti təhqirə yol verəcəksə, o, müharibə şərtlərinin qaydası ilə cəzalandırılmalıdır.

Təklif edirəm, bu nümunə bir də özünə “müstəqil” media və ya media adamı deyənlərdən hansınasa tətbiq olunsun. Çünki bu sahədə də bir “dərsə” ehtiyac var.

14.07.2020