Ermənistan Tovuzda yaranmış vəziyyətdən dolayı tələyə düşdüyünün fərqind deyil. Bunu bir az da Azrbaycan mediasının hiss etməli və işini bu istiqamətlərdə qurmalıdır:
Birinci,
Tovuza son təcavüzü ilə Ermənistan bütün dünyaya isbatladı ki, o, “Qarabağ ermənilərinin müstəqillyi uğrunda mübarizə” aparmır. Bunu çox sadə sübutu var, Tovuz tamamilə başqa istiqamətdir və Qarabağa heç bir aidiyyatı yoxdur. Ermənistan Dağlıq Qarabağ ermənilərinin “müstəqilliyi” uğrunda apardığı hərbi oyunlarda özünün və başqalarının geosiyasi, geoiqtisadi maraqlarına xidmət edir.
İkinci,
Ermənistan ordusunun Tovuz rayonu istiqamətində təcavüzü isbatladı ki, Azərbaycanla müharibə edən Qarabağ erməniləri deyil. Məhz Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Buna görə Ermənistan müharibə cinayətlərindən dolayı məsuliyyət daşımalıdır. Bu dəfə “Qarabağ ordusu” nağılının işləməsinə yol vermək olmaz.
Üçüncüsü,
Sıravi ermənilər başa düşməlidir, Tovuza hücum Qarabağ üçün müharibə deyil. Bu, Azərbaycana və Azərbaycan xalqına qarşı geosiyasi müharibədir və onlara faciədən başqa heç bir nə verməyəcək.

14.07.2020