Bu il, sentyabrın 27-dən Azərbaycanda hər şeyi, arxa plandadır. Hamı VƏTƏN deyir! Hamı Qarabağ deyir! Hamı otuz illik həsrətə, ədalətsizliyə, xəyanətə son qoyaq deyir!
Bütün ölkə canından, varındaN keçməyə hazırdır, TƏKİ Qarabağı geri qaytaraq.

***

Əslində Azərbaycan Dağlıq Qarabağ uğrunda təkcə haqq, vətən savaşı aparmır. Aəzrbaycan həm də özünü təsdiqləyir. Dünyana mesaj verir. Yeni qərarlar alır! Bir sözlə Azərbaycan Ali baş komandanın siyasəti ilə tamamən yenidən format olunur. Diqqət edək, Dağlıq Qarabağ uğrunda savaşın ilk on iki günündə, Ermənistanı sülhə məcbur əməliyyatının birinci hissəsi başa çatdı.

-İllər öncə məğlubiyyətə məcbur edilən Azərbaycan ordusu, dövləti və xalqı öz iradəsini ortaya qoydu. Azərbaycan məğlubiyyət sindromundan azad oldu.

-“Torpaqlarımızı heç zaman ala bilməyəcəyik” məyusluğu, psixoloji maneəsi dövlət-xalq ittifaqının nəticəsi olaraq aşıldı.

-Azərbaycan siyasi-diplomatik danışıqlara açıq olduğunu göstərdi.

-Qısa müddətli “atəşkəsdə”, Azərbaycan dünyaya erməni xislətini Gəncədən, Tər-tərdən, Bərdədən, Zərdabdan, Mingəçevirdən və sair dinc sakinlər yaşayan ərazilərdən tədqim etməyi bacardı. Həm diplomatik, həm informayisa dilində.

-Ermənistanın terrorist dövlət olduğunu bütün dünyaya göstərdi.

-Azərbaycan, Ermənistanın onun ərazisində başlatdığı, müharibədən dolayı, bütün dəyən ziyanları, cinayətləri sənədləşdirib, beynəlxalq hüquqi müstəviyə daşıyır.

-Aparılan əməliyyatların nəticəsi olaraq, status-kvo ləgv olundu.

-Atəş xətti dağıdıldı.

-Azərbaycan DQ və ətraf rayonlarda qeyri-qanuni məskunlşamanı aradan qaldırdı. Artıq DQ və ətraf rayonlar ermənilər üçün qeyri-yaşayış yeridir.

– Azərbaycan DQ ərazisinə ermənilərin cəlb etdiyi bütün xarici sərmayə qoyuluşu cəhtlərinin qarşısı, birmənalı olaraq aldı.

– Ermənistan rəhbərliyi hərbi və siyasi sarsıdıldı.

-Dünya Azərbaycanın Ermənistanla təkbətək qaldığı vəziyyətdə nə ola biləcəyini anladı.

-Azərbaycan şimalın sülh məramlılarından, cənubun sülh mexanizmi təkliflərindən ilk dəfə sərt şəkildə imtina etdi və siyasi məsafə saxladı. Eyni zamanda onlara haqq işini müdafiə etməkdan başqa yol qoymadı.

-Azərbaycan Türkiyəni əsas strateji müttəfiq elan etdi və sülh danışıqları başlayacağı təqdirdə bütün formatlarda prosesdə olacağını açıq bəyan etdi.

-Son iki yüz ildə Azərbaycan bir qarış torpağını belə müharibə və mübarizə ilə geri ala bilməyib. Bu iki əsirdən çox bir zaman kəsiyindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm ilk oldu.

-Aparıan hərbi əməliyyatların bu günə olan nəticəsinin müşahidəsi deməyə əsas verir ki, Azərbaycanın Ermənistanı ciddi iqtisadi blokadaya almaq imkanı yaranb.

Eyni zamanda ortaya çıxan başqa vacib məqamlar da var. Dağlıq Qarabağ savaşında Türkiyə və Azərbaycan təhsilli hərbçilərin üstünlüyü əməliyyatlardan aydın duyuldu. Belə ki, əməliyyatı idarə edən zabitlərin əksəriyyəti Azərbaycan və Türkiyədə hərbi təhsil alıb.Bu avtomatik olaraq Azərbaycanda ordu quruculuğu işinə Türkiyənin cəlb olunması zərurəti ortaya çıxarıb. Yeri gəlmişkən, bu məqamı Prezident İlham Əliyev də son müsahibələrindən birində xüsusi vurğuladı: “Biz Azərbaycanda türk ordusunun bir qədər kiçik formatını quracağıq”.

Baş verənlərin analizi onu da göstərir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi əməliyyatlar sonrası islahatlar üçün zəmin yaranıb.

Bundan başqa informasiya cəbhəsində ciddi savaşın təşkilinə ehtiyac olacaq. Odur ki,
media, diplomatik korpus, diaspora işi daha da yaxşılaşdırılmalı, əlaqəli və mərkəzləşdirilmiş formada yönəldilməlidir. Mediada ideoloji işin qurulması və idarə olunması üçün bütün boşluqlar doldurulmalı, ingilis, rus, fars, erməni dilli media formalaşdırılmalı. Müharibə müxbirləri və stringerləri yetişdirilməlidir.

…Və biz bu formatdan sonra istədiyimiz Azərbaycanı qazanacağıq! Yolun aydın olsun VƏTƏN!.. #QarabağAzərbaycandır.

Jalə Mütəllimova

13.10.2020.