Qarabağ qaytarılan kimi ora erməni yüyürə-yüyürə gələsi deyil. Təbii ki, qorxudan. Elə də azərbaycanlılar onları qucaq açıb qəbullanası deyil. Təbii ki, hirsdən, uğradığı ədalətsizlikdən. Bu xeyli vaxt aparmayacaq, indən belə həmişə bu cür olacaq. Azərbaycanlı erməni ilə çəpər qonşusu olsa da, qapısı ona bağlı olacaq. Çünki öz torpağında işğala məruz qalan azərbaycanlılar, bu proresdə genosid də yaşayıb, terror sa, otuz il işğala da dözüb. Yəni bütün səbrini demək olar “xərcləyib”.

Amma bununla onları ölkə kimi qonşuluqdan nə yazıq ki, silə bilmirik. Buna görə ermənilərlə barış, sülh, “savaşı hərbçilər başlayır, siyasətçilər bitirir” kimi dəqiq təsbit belə hələlik ictimai rəydə son dərəcə sərt qarşılanır. Bu məsələ Azərbaycan ictimai rəyi üçün tükdən də nazik həssaslığa malikdir. Üstəlik, ideologiya olaraq ciddi boşluqlarımız, problemlərimiz mövcuddur ki, bu da hələlik icrimai rəyi də parakəndə edib. Durumun qalibiyyətdən sonrakı dönəminin həssaslığını hətta ölkənin ictimai aktiv təbəqəsi də qavramaq istəmir. Bir o dəqiqdir ki, hamı torpaqları azad, erməniləri də dar ağacında görmək istəyir.

Çox vacib bir məqam. B izim üçün Qarabağ torpaq həsrəti, şəhid haqqıdır. Maləsəf, dünya üçün Qarabağ dünyanın yeni düzəninin dəyişdirilməsində ən vacib elementlərdən biridir. Xatırladım ki, dünya illər öncə SSRI-nin dağıdılması prosesinə də Qarabağdan başlamışdı. Indi dünya Qafqazın üç yüz illik hegemonlarının taleyini Qarabağdan asılı edib. Yəni bu, mənim, sizin bildiyimiz sadə bir savaş deyil. Bu Azərbaycanın, Türkiyənin, hətta bütövlükdə türk dünyasının şərəf məsələsidir. Qarabağ dünyada dinlər və millətlər arası idarəçiliyin əllinin-əlliyə prinsipini ortaya qoyub. Bütün bunları ciddi və vacib məqamlardır.

Ancaq Azərbaycan efirlərində nə baş verir? Efirlərimizə çox diqqətlə baxıram. Çıxışların bəziləri insanların ciddi qıcığına səbəb olur.

Bura qədər uğurla gətirilən, nöqtəsinə, vergülünə, ən xırda incəliyinə qədər düşünülmüş bir uğuru, bir prosesi, informasiya alanında belə “provala” uğratmaq olmaz. Efirə çıxan rəsmilərin əksəriyyərinə səslənirəm, efirdə hozuluq, humanizim, insanlıq, vicdan və sairlərə görə məsələsini qırağa qoyun. Dövlətin və komandanın işinə xələl gətirirsiniz.

18.10.2020