Diqqətinizə bir foto təqdim edirəm. Bu fotonu lap çoxdan Rusiyada “СССР” adlı muzeydə çəkdirmişəm. Muzey faşistlərdən qənimət olaraq götürülən, vurulan əsgər geyimləri, çəkmə, kepka beret, papaq və dəbilqələr, su qabları və sair hərbi eksponatlarla dolu idi. Indi bu faşist Nejdenin balaları həşirə qalıb ki, niyə erməni dəbilqələri Hərbi Qənimətlər Muzeyində sərgilənir. Sualım var:
…Niyə lümbəlüt, Kəlbəcər dağlarında dolaşdırılan, ələ salınan azərbaycanlı-türk qadınların şəkillərinə yox idi bu reaksiya?
…Niyə qarnı cırılıb, balası çıxarılan qadının, qarnına diri pişik balası basılması anını əks etdirən məlumatlara yox idi bu reaksiya?
…Niyə başı kəsilən qocalar, şaqqalanıb köpəklərə atılan balaların, yandırılan insanların, ölümqabağı fəryadlarını dünyaya duyurmadılar?
…Niyə əsirlikdəki işgəncələrdən danışmadılar?
…Niyə məhv elədikləri Azərbaycan maşınlarının nömrələrindən özlərinə hasar hörən ermənilərə etiraz etmədilər bircə dəfə?
O muzey lazım idi!
Tarixə ərmağan idi!
Qurulmalı idi!
O papaqlar da ordan asılmalı idi!
Kim ki, bu dövlətə, bu xalqa, bu torpaqlara bir də təcavüz edəcək, beləcə əzilmiş başından düşən, boş papağını gətirib divarımıza da bir mıx çalıb, oradan asacağıq. Hələ az gətiriblər. Hər evdə boş qalan bir erməni papağı olmalı. Hər evdə o papağın tarixçəsini danışmaq ənənəsi olmalı. Bu nifrət, kin aşılıamaq deyil. Bu özünü və düşmənini özündən sonra gələnlərə hər zaman tanıtmaq, unutmağa qoymamaq, yaddaş təzələməkdir!..
Bu dəqiq atılan addıma, görülən işə isə faşist Nejdənin Azərbaycandakı mənəvi nəvələrinin narahatlığına reaksiyalar gərəldir ki, reaksiyasızlıq ola bu üzdən. Beləcə nejdələrin üzərindən keçə-keçə yola davam gözəl məmləkətim, AZƏRBAYCAN!..
Jalə Mütəllimova
14.04.2021.
Нет описания фото.