Siz Qarabağ nədir, onu nə qədər, necə, hiss edirsiniz, bilmirəm?! Amma Qarabağ bir böyük nəslin insanları üçün itmiş uşaqlıq, yaşanmayan yeniyetməlik, başıbəlalı gənclik, mənəvi travmaların pikidir…

Seymurla onun evində qanqal yemədik təkcə, o kamera önündə, mən kamera arxasında hönkürmüşük. Gedib duymayan, görməyən qalmamalı, otuz ildə xalq, dövlət olaraq yaşadıqlarımızı…