“Çaxır diplomatiyasının” banisi haqda qısa qeydlər…

Ailəsini və övladlarının həyatı bu ölkəyə bağlı biri kimi düşünürəm, görəsən dünya ail təhsil ocaqlarında ilk min ali məktəb sırasında yer alan, Bakı Dövlət Universitetinin sabiq oleqarx rektoru Abel Məhərrəmovun haqqında nə tədbir görəcək ulu dövlətimiz?!. İşdən çıxarmağın adı tədbirdirsə, düzü haqq vermək olmur. Niyə? Adam ğlkədə ali təhilin bünövrəsini qazımaq, onurğasını qırmaq kimi işlərin başı olub. Abel müəllim rəhbərlik etdiyi dönəmdə ölkənin Təhsil Nazirliyi ilə, təhsil islahatı aparılmamasıüçün sözün həqiqi mənasında döyüşən adam olub. Əqidəsinin babat məhsulları da var idi zamanla, məsələn Təfəkkür Universiteti…
Abel müəllim bir milləti yıxmaq üçün öncə onu təhsildən məhrum edəcəksən məsləhətinə canla-başla əməl edib. Adam ölkənin ən nəhəng ali təhsil ocağına elə zərbə vurub ki, sözlə ifadə olunası deyil.
Heç kəsin ağlı idrak eləmir, şadlıq evləri, çaxır biznesi, rüşvət, korrupsiya, maliyyə fırıldaqları, vergidənyayınma və sair kimi əməlləri insan necə bir vicuda sığdıra bilər ki? Özü də o adam ki, akademikdir…
…Fırıldağın masştabına diqqət edin. Ölkədən tonlarla çaxır çıxar, xaricdə qablaşdır, sonra xarici mal kimi qaytar ölkəyə və satışa xarici mal kimi çıxar, üzərindən milyonlar qazan, özü də vergisiz zadsız. Bu tək A.Məhərrəmov işi deyil, cinayətkar şəbəkə işidir. Bu da yetməzmiş kimi, savadı ilə elmi iş müdafiə edən gənc alimləri incit. Xüsusilə hüquq, tarix fakültəsi üzərindənmin oyun qur. Alimlərin kişili, qadınlı hamısından ən müxtəlif umacaqların olsun. Bu da yetməsin, dövlət başçısının “hücum diplomatiyasına” start verdiyi yerdə, “çaxır dilomatiyası” tətbiq elə. Beləcə doğma övladının karyerasına bais ol!
Akademik, professor, şadlıq sayarları, otellər, çaxır alveri. Normal beyin error verir. Axı necə sıralamaq, sığışdırmaq olan bu adları bir yerə? Bu nə ziyalılıq, nə alimlik, nə insanlıqdır axı?!
Ölkədə baş verənləri diqqətlə izləyən biri kimi bəlli qənaətim var. Hər kim ki, dövlət və milli maraqlarını önünə fərdi maraqlarını qoyur, dövlətdən, milli maraqlardan vaz keçir, imtina edir, onun belinə indi dövlətin götürdüyü qədər yük şəlləmək lazım. O yük, həmin beli elə “qırsın” ki, onurğasının şaqqıltısı dünyanı yayılsın. Düzü hələ bu şaqqıltını eşidən olmayıb. Lap dərində, elə-belə, xırda bir küy var…
***
Yeri gəlmişkən, bu yazını çapa hazırlayanda xəbər gəldi ki, bəs, dövlətin müvafiq qurumları Şəmkirdə əməliyyat keçirib. İcra başçısı başda olmaqla rayon yetkililərinin bir qismi saxlanılıb. Şəmkirin icra başçısının adı Alimpaşa idi axı. Alim və paşa…Ada bax ee… Mənalara ayırsaq, biri orduya gərəkdir. O biri ordu var olsun deyə tələbə, kadr yetişdirməli adamdır.
Bir də bu yazının əsas səbəbkarı düşür yada, Akademik Abel Məhərrəmov. Deyirsən ki, əşi bizdə o qədər adı yaraşıqlı, əməli ləyaqət standartından kənar var ki… gün gəlir adı da özünə qənim olur. Alim və paşanın Alimpaşaya qənim olduğu kimi. Heç nə, deyirəm Allah adamı adnın dönüb ona qənim olduğu gündən qorusun. Bir də əsas odur, sən uzun yaşa MƏMLƏKƏT!..
Jalə Mütəllimova
26.04.2021.