Bu hələ jurnaldır. O həncin döyülməsini deyirəm. Hələ qarşısı alınmasasa ölümlər də olacaq. Niyə?
Neçə aydır həyəcan təbili çalırıq yazılarla ki, milli dəyərləri, xalqı, dövləti tənqid yox, təhqir edənlərlə bağlı ciddi və ədalətli cəza tədbirləri görülsün.
Neçə vaxtdır yazırıq ki, burdan tut, o yandan burax prinsipindən əl çəksinlər, belə etməsinlər. Beyni yuyulmuş bir topa gənc var cəza görməsələr düzəlməyəcəklər.
Nə qədər izah eləməyə çalışırıq ki, milli və ailə dəyərlər sistemi kökdən laxlayıb, buna ciddi nəzarət lazım, yenidən bərkitmə gərək.
Yoxsa, sıravi vətəndaşlar özləri və ya bu boşluqları görən kənar güclər, məsələn,
…mühacir biznesi quranlar…
….bu biznesdən şəxsən və ya informativ bəhrələnənlər doluşacaq ölkəyə. Zatən bəkləmədədirlər.
Amma kimə deyirsən? Eşidənmi var?
Indi gələk həmin gəncə. Bu adam gədalik edib, doğru. Bir şəhidlə, milli-mənəvi dəyərlə, insanların həssas olduğu məsələlərlə oynamaq, ala eləmək, mümkünsüzdür. Hə o ayrı məsələ ki, indi məmləkətin zatı qırıq xeyli balası var, öhtəsindən ya gələ bilmirlər, ya gəlmək istəmirlər. Amma bu onları nəzarətsiz buraxmaq üçün əsas deyil. Indi situasiyaya gəlincə.
Adamın fəaliyyəti araşdırlımalı, bu ayrı məsələ. Eyni zamanda, o da, döyənlər cəzalandırılmalıdır. Ədalətli olanı bu. Dövlət babadan bunu gözləyirəm.
Özfəaliyyət də olmaz, təhqir də olmaz. Beləcə “ayı sevgisi” göstərisi yapana da, insanların vətən, dövlət, xalq, şəhid, qazi sevgisini ələ salan da həddini bilməli. Heç kimsə dövlət olan yerdə cəza verməməli, buna cəsarət belə etməməlidir.Və heç kimsə dövlət olan yerdə onun dəyərlərini təhqir etməməlidir. Təbii söhbət normal düşüncəli beyinlərdən gedir. Yox əgər ki, bu sərhədlər qarışırsa, vəziyyətə dövlət əl qoymalı. Hər ikisini ciddi cəzalandırmalıdır. Bu qədər bəsit şeyi dövlət qurumlarında anlamırlarmı görəsən? Ümidlərimizi suya atmayın cənablar…
Qaldı o ki, şəhid mənim kimimdir?!.
Şəhid cəhənnəmə çevrilən yerdə, mənə cənnət yaradandır!
Məni cəhənnəmdən götürüb, cənnətdə əyləşdirəndi!
Şəhid bir ömür borcu ödənməyəcək müqəddəsdir!
Şəhid vətənə, xalqa görə anasından, ailəsindən, sevdiklərindən, canından vaz keçməyə qarar verəndir!
Şəhid VƏTƏN olmağı bacaran adamdır!
Şəhid milli ruhdur, dövlət var olsun deyə, toepaq olandır!
Onu ələ salmaqmı olar, ay insafında tula gəzdirənlər?..
Jalə Mütəllimova.
29.04.2021.