Heydər Əliyev mənim üçün yüz il bundan öncə qurulsa da məğlub edilən, illər sonra bərpa edilən və təkrar işğalla üzləşmək təhlükəsindən zorla qurtulan, AZƏRBAYCANIN hələ indən belə uzun illər yaşaması üçün möhkəm təməl qoyan nəhəng siyasətçisi, lideridir. Onun özəlliyi milli ruhunun olması, ailə standartlarının möhkəmliyi ənənəsinin olması, bir də məlumat bazasının hərtərəfliliyi idi. Ona nəyisə doğru deməmək mümkün deyildi. Ziyalınin da, mədəniyyət xadiminin də, sənətkarın da, peşəkarın da qeydinə qalmağı bacarırdı. Yol vermədzdi kimsənin yeri səhv düşsün. Xatırlayıram, “Azadlıq” qəzeti doxsanlarda o dönəmin (indi bəziləri kənarda, bəziləri hələ də vəzifədədir) siyasi canilərinin hikkəsindən, kağız qıtlığı yaşadı və bağlandı.
Həmin dönəm “Kaspi”, “Azadinform”, “Palitra” kimi yeni media quruluşları yaradıldı onun göstərişi ilə. Biz onda gənc sayılırdıq. Böyük bir heyətlə bizi həmin KIV-lərə işə dəvət elədilər. Yaşımız balaca olsa da, yazar kimi dövlətə gərəkliyikmiş sən demə. Peşədən qazandığımızsa, təkcə özümüzü yox, əksəriytimizin ailəsini dolandırmaq üçün həyati dərəcədə vacib idi.
O, əslində bizim kimliyimizi bilirmiş. Sadə, kasıb ailədə doğulub, yetişib, damla-damla artmağın, zəhmətlə, kasıb yaşaya-yaşaya kimsə olmağın nə demək olduğunu onun qədər bilən kimsə yoxdur indi. Bu üzdən bizim nəsil media adamlarının xeylisini qorudu. Bir də yazdığımız təndiqddə hikkə yox, sevgi, milli təəssüb görürdü yəqin. Yoxsa niyə qayğımıza qalıb, bizi qorusun?!..
Deməm o ki, çox tez itirdik onu. Indi görürəm, hətta tənqidi mediada Heydər Əliyevin lazım bilib qoruduğu nəsil az qala “Qırmızı Kitab”a düşür. Allah sizə rəhmət eləsin böyük INSAN, yeriniz həmişə görünəcək və bəlkə sizin yoxluğunuz media sahəsində daha çox bizim əzabımızla müşahidə olunmaqdadır. Əminəm ki, bu ağrı başqa sahələrdə də var.
Jalə Mütəllimova
10.05.2021.