“Space” TV-nin yeni rəhbərinin istefası medianın vəziyyətində gerçək SOS-dur…
Bəlkə də Azərbaycan mediası o müəlliməyə hələ çox təşəkkür edəcək bir müddətdən sonra. Bir müəllimə gəldi, maarifçilik işini qurmaq istədi, yaradıcı yanaşmaq istədi. Amma yeyintidən, borcdan, bərbad günə salınmış peşəkarlardan savayı nəsə tapa bilmədi. Qərarı istefa oldu! Öz adıma alqışlaım!
Müəlliməyə boşuna uğur və əzm arzulamamışdım. Uğuru da əzmi də istefası oldu. Amma yenə də ümidlərim var peşəmə dair.
Yeni nəsillə, doxsanların media adamlarının işbirliyinə yol verilməli.  Əks halda heç nə alınmayacaq.
On beş xarici təhsil əladır. Amma bu günki konkret olaraq media sektorunda heç nə üçün yararlı deyil. Çünki sektor “kliniki ölüm” vəziyyətindədir. Öncə onu bu durumdan çıxarmağımız gərəkdir. Və o yüksək ail təhsilli gəncləri yetişdirmək üçün zəmin yaranmalıdır. Yaxşı təhsil hələ işin yarısıdır. Əgər milli ruhun yoxsa, milli dəyərləri bilmirsənsə, camiyəni tanımırsansa, tanıyanlarla işbirliyi qurulmursa, onlardan qaçırsansa, mütləq alınmayacaq. Nümunə deyirəm sizə,
“Space” TV-yə geri çağırılanlara diqqət edin. Hər biri doxsanların media adamıdır…
ITV-yə siyasi verilişlərə nə qədər yeni sima gəldi? Indi cəmi iki adama stavka edilir siyasi yüklü verilişlərdə. Biri doxsanların ANS məktəbindən yetişən, teleaparıcı Muraddır.
ATV yenə də köhnə ANS məktəbindən olana döndü, Səadətə Məmmədova.
Real TV-ni zatən köhnə ANS bazasında qurulub.
…Və yeni agentliyimiz, MEDIA. Qurum doxsanlarda yetişən iki media simasına post verib. Biri Rüstəm Əbülfətoğlu, Natiq Məmmədov.
Xanımlar və cənablar bu fikrimi xəfifə almayın, lütfən. Yeni nəsil və gələcək üçün doxsanların media simaları vazkeçilməzdir. Daşa, kəsəyə dəyib də geri dönməyək. Sadəcə təkliflərdən yararlanaq ki, abadlığa çıxsın media sektoru. Bu gün Azərbaycana özünün milli mediasının, milli media simalarının olması son dərəcə vacibdir. Fiziki göstəriciləri, yaraşığı filanı da boş verin, yenə də lütfən. Qrim və işıq istənilər yaraşıqsızı yaraşıqlı edir. Yetər ki, düzgün istifadə edilsin. Gəlin özümüzdən, özünüzdən düzgün istifadə edək.
***
Bu arada təklifdir edirəm, bəlkə, elə köhnə rəhbəri də qaytarıla Space TV-yə?!. Eldar Namazov Heydər Əliyev məktəbi görmüş politoloqlardandır. Və telekanalın qızıl dövrü məhz onun rəhbərliyi ilə keçib. Onlarla ad qazandırıb ölkə mediasına.
***
Və bir də “Space” TV-nin yeni rəhbərinin istefası, milli medianın gerçək vəziyyətinin necəliyi haqda əməlli SOS siqnalıdır. Artıq bunu görməmək mümkün deyil. Bunu anlamayan qalmayacaq daha. Amma və lakin hələ də vəziyyət ümidsiz deyil. Onu gərək ki, atalar belə deyib, çörəyi ver…yox bu dəfə fərqli deyək, tv-ni ver peşəkara, vəssalam!..
Jalə Mütəllimova
10.05.2021.