… NEXTA-ya “qohum” patriya, QHT, MIKRASKOP media resursunun durumu və digər maliyə marşrutları bəlli olar…
Belarusda NEXTA Teleqram kanalın sabiq baş redaktoru Roman Protaseviç dindirilməsinə başlanılıb. O kanalı maliyyələşdirənlər, gerçək sahiblər, başqa sözlə siyasi havadarlar və onların əqsədləri barədə xeyli etiraflar edib. Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel millət vəkilləri, Konstitusiya Komissiyası üzvləri və hökumət nümayəndələri ilə görüşdə belə söyləyib. Məlumatı Sputnik Belarus yayıb.
Tertel, bəzi dairələrdə Protaseviçin həbsi ətrafında yaranmış “isterikaya” məhz bunun səbəb olduğunu deyib.
Yeri gəlmişkən, Protaseviçin istintaqla əməkdaşlıq etməsi nəticəsində bəlli olub ki, kütləvi iğtişaşların ruporu NEXTA və rəhbərliyi həm də bəlli aksiyaların təşkili ilə məşğul olub. O, buna dair video faktların mövcudluğunu da deyib.
Qeyd edək ki, NEXTA Teleqram təkçə Belarusda deyil, digər postsovet ölkələrində də ixtişaş və qarşıdurmaları vaxtaşırı işıqlandırıb. Onun diqqət mərkəzində olan əsas mövzulardan biri küçə aksiyaları və siyasi məhbus məsələsi idi. NEXTA Teleqrama bu məhbuslar sırasında həbsdən azad edildikdən sonra xüsusi video təşəkkür edənlər də oldu. Sirr deyil, Belarus və Qırğızıstandan sonra, qismən Rusiyada informativ iş aparan NEXTA sahiblərinin Azərbaycanla bağlı da planları var idi. Ancaq Azərbaycanın çoxları üçün gözlənilmədən ikinci Qarabağ savaşı bəzilərinin Azərbaycanla bağlı siyasi planlarında çaşqınlıq yaratdı. Beləcə NEXTA Teleqram və Protaseviç susdu.
Ancaq istisna deyil ki, NEXTA-nın Bakıdakı mənəvi balaları, küçə mediasından daha peşəkar fəaliyyət göstərən, maddi-texniki təmin olunmuş xəbər resuslarının, məsələn, MIKRASKOP medianın gizli yolla necə maliyələşdiyinə dair maraqlı məlumatlar var. Maliyələşmədə kimlərin iştirakı, maliyənin hərəkət trayektoriyası. Hansı QHT-lər və ya “müxalifətəm” deyən siyasi partiyalarla, ayrı-ayrı fiqurlar, onların yaratdıqları QHT-lər, qanunsuz göndərilən qrandlarla bağlı Azərbaycan tərəfinin əlində Belarusa dəstək üçün yerətli məlumatlar var. Artıq sirr deyil, prosesdə Avropaya, Qərbə aid, dünyaya meydan oxuyan təşkilatlar var. Odur ki, bir jurnaistin həbsi çox ciddi qıcıq, hay-küy, narahatlıq yaradıb həmin dairələrdə. Azərbaycan Belarusa bu yöndə mayak olarsa daha maraqlı mənzərə yaranacaq. Buna görə bircə məsələ qalır, əməkdaşlıq təklifləri gündəmə gətirilsin. Təsəvvür edirsinizmi nələr və kimlər gündəm olacar, nələr ortaya çıxar?..
Jalə Mütəllimova
26.05.2021.
Возможно, это изображение (1 человек)