Fransa prezidenti E.Makron kamera qarşısına çıxıb. Sözünü bitirəndə kamerası açıq qalıb və dünya vətəndaşları əməlli başlı şok yaşayıb. Makron qurşağacan geyimli, ordan aşağı çılpaq olub…Indi dünya bunu konuşur indi…Əslində biz çoxdan bilirik, onun…

…Hər işi belədir, yarıçılpaq…

Hər addımı belədir, düyməni sıxır, nəticəni gözləmir…

Hər qərarı belədir, üstü var, altı yox…

Hər əməli belədir, üstü bəzək, altı təzək…

***

Vay Makron, vayyy… Nənəm demiş ştançağ da kamera kimi etibarsız və insafsız texnikaya yaxın gedərmi adam? Hələ bu harasıdır?.. Xiffət eləmə…

…onsuz da dünyanın ən yaxşı komediyalarını həmişə Fransa çəkib…genetika məsələsidir bu…

Onsuz da həmişə yarıçılpaqlar irəli gedir…bu da dünya siyasətinin düzənidir, genetika yox, siyasi gərəklikdir…

Onsuz da indi Qarabağda ermənilər də sənin günündədir, yarıçılpaq…Arada müsəlman olmaq, kiçik toy da istəyirlər. Bu da erməni xisləti və ya ermənisayağı fransızlıqdır deyək…

Onsuz da Fransa ATƏT-də də belə olub, ştançax…

Onsuz da üzvü və ya rəhbərlərindən biri olduğu bütün beynəlxalq təşkilatlarda mövqeyi belədir, yarıçılpaq…

Onsuz da biz türklərə, azərbaycanlılara çatanda heç kim, heç nəyi nə çılpaqlığı, nə yarıçılpaqlığı ilə görmür, Makron kimi…

Onsuz da dünyanın başına həmişə yarıçılpaq oyunlar gəlir, Makron kimi…

***

Yəqin prezident Makron bu video ilə demək istəyir ki, dünya heç çılpaq qalanıma da deyil…

Deyir ki, keyfim belə istəyir…

Deyir ki, bizim üçün fərqi yoxdur, danışanda çılpağıq, ya geyimdə…

Deyir ki, şıpıltax gəzsək də dünyanı biz fırlayırıq…

Deyir ki, biz yarıçılpağıq, gör geyinsək noolar?!.

…Hələ ki, o deyən olur, düzdü…Amma bir gün yerə yıxıb buna da, havadarı olduğu, evindən odekalonu oğurlandığına görə üç gün özünə gələ bilməyən Paşenyana da bir bolerina kalqotkası geyindirən millət və dövlətlər mütləq olacaq. Və bu o millətlərdən olmayacaq ki, puluna seçki keçirib, sonra canına ağac budağı yeridib, qətl etdirə kimsə. Yəqin Liviya prezidentinin və ailəsinin söz konusu olmasının geniş şərhə ehtiyacı yoxdur. Və bu həm də o millət olmayacaq ki, yarım milyonunu qətl edib, soyqırım törədib, əlli il sonra çıxıb deyəsən ki, bəs ay lələ, bağışla, düz eləməmişik.

…TÜRKLƏR, osmanlılar, oğuzlar necəsə siz ikiliyə bütün cinayətlərinizdən dolayı o bəyaz bolerina kalqotkasını mütləq geyindirəcək.

Əslində ta qədimdən bəllidir, siz ikiniz könüllü əyin geyinən sortdan deyilsiniz. O günəcən necə varsa eləcə də qalın ikiniz də…

…Bəlkə dünya da ştançax olub da çıxarsığınız oyunları beləcə görə…

Jalə Mütəllimova

06.06.2021.