Macarıstanda Baş nazir Viktor Orbanın partiyası homoseksual və transseksual gənclərin hüquqlarını və onları qoruyan qanunlara qarşı çıxıb. Macarıstan parlamentinə təqdim olunan yeni qanunda, LGBT üzvlərinə münasibətin qaydaları əks olunur. Qanun layihəsinə görə, uşaqlar və gənclər üçün homoseksuallığa paralel, cinsi yönümlü təşviqatdan bəhs edən kitablar, filmlər də qadağan edilməlidir. Həmçinin cinslərin dəyişdirilməsi imkanları haqda məlumat bazalarından da azyaşlıların idtifadəsi yasaqlanacaq. Homoseksual və ya transseksual insanları əks etdirən hər hansı reklam efilərə buraxılmayacaq. Eyni zamanda LGBT üzvləri ilə həmrəylik nümayiş etdirən bir çox şirkətlərin də reklamına qadağa qoyulacaq. Macaıstanda hakim partiya rəsmləri təkliflərdən sonra yaranan mübahisələrə aydınlıq gətirərkən bildiriblər ki, sözügedən qanun layihəsi “uşaqların cinsi şəxsiyyət hüququnu” qorumağı nəzərdə tutur. Bildirilir ki, layihədə uşaqlar və gənclərə qarşı cinsi təcavüz cinayətləri ilə bağlı daha sərt qaydalar da yer alıb.
Macar parlamentinə təklif olunan bu layihədən sonra bəzi Avropa təşkilatlarından sərt reaksiyalar gəlib. Həmin reaksiyalara görə Macarıstanda bu qanunun qəbul ediləcəyi təqdirdə ölkəni ciddi sanksiyalar gözləyir.
Yeri gəlmişkən, bu arada Almaniyanın məhşur Bavariya futbol meydançası, gecə LGBT rəngləri ilə işıqlandrılıb. Onlar bunu cinsi azlıqlara və LGBT-yə dəstək nümayişi adlandırıblar.
Avro-2020 oyunlarında, ayrı-ayrı hakimlər, İngiltərə yığmasının bəzi oyunçuları, bir neçə ölkənin komanda kapitanları qollarında LGBT rəngləri ilə meydançaya çıxmaqdadırlar.
Amerikada dövlət qurumlarında çalışanların bir qrupu küçələrə çıxaraq Avro-2020-nin oyunlarında LGBT-yə dəstəyini sərgiləyib.
Hətta Avrokomissiyanın xarici əlaqələr xidmətinin binasının gecə işıqlandırmasında da LGBT rəngləri əks olunub.
Çox maraqlıdır, Qarabağda, İraqda, Suriyada, Pakistanda, Liviyada, Əfqanıstanda onlarla müsəlmanın, uşağıq, qocanın qətlinə, cinsi və fiziki istismarına göz yumanlar niyə qurşaqdan aşağı düşüb və LGBT sevdalısı oldular? Cavab çox sadədir.
Qurşaqdan aşağı oynayanda, LGBT-dən vacib nə var?
Müsəlman dövlətlərinə hücum edəndə, LGBT-dən vacib nə var?
Millətləri və xalqları qıcıqlandırmağa, milli dəyərlərini aşağılamağa başlayanda, LGBT-dən vacib nə var?
Zatən bu işin media üzərindən piarına çoxdan start verilib. Xarici sərmayə ilə rəsmi və qeyri-rəsmi çalışan media quruluşlar Azərbaycanda tez-tez cinsi azlıqların “döyülməsi”, təhqir olumasından bəhs edən süjetlər hazırlayır. Buna həm də Azərbaycanın media sektorundakı milli güc boşluğunun göstəricisi də demək olar. Bu mövzulara bir çox media quruluşları belə özlərində qadağa qoyur. Çünki gəlirsiz, baş ağrıdacaq məsələlərdir. Amma dövlətin təhlükəsizliyi üçün önəmli mövzulardır.
Üstəlik hüquq müstəvisində Azərbaycanda cinsi azlıqlara qarşı təzyiqlərin olması barədə ciddi statistik baza formalaşdırılır. Məsələn, 2017-ci ildən bu yana Azərbaycandan onlarla şəxs cinsi azlıq kimi təzyiqlə üzləşməsi səbəbindən dövlətini beynəlxalq məhkəmələrə şikayət edib, LGBT-dən yardıb istəyib.
Habelə diqqət edilsə Azərbaycanda LGBT rəngində mənzil əşyaları, oyuncaqlar, aksesurlar belə satışa buraxılır. Bütün bunlar təbliğat vasitəsidir. Başqa sözlə, səssiz silahdır. Hətta istisna deyil, bəzi efirlərə belə gizli yol tapıblar. Necə? Bir variantı həmin efirin adını çəkmədən qeyd edək. Məsələn, efirlərdə gedən süjetlərdə və ya reklam çarxlarında, kadrların, peşəkar dillə desək, görüntülü səhifələnməsində LGBT rəngləri aydın sezilir…
Bu proses çox sadə, uşaq oyuncaqları ilə gəlsə də, əslində oyuncaq deyil, sadə iş deyil, ciddi məsələdir. Əks halda Bakı UEFA qarşısında bu məsələni qaldırmazdı. Söyləməzdi ki, Avro-2020 oyunlarında, Bakıda LGBT rənglərinin reklamına icazə vermir. UEFA da bu etirazı rəsmən bəyan etməzdi. Bu qərara və ciddi etiraza rəğmən, Bakıda keçirilən oyunlarda azarkeşlər LGBT bayrağı qaldırmağa təşəbbüs edib. Onlara mühafizəçilər mane olub. Çünki ortada UEFA-nın rəsmi elanı var. Hər azarkeş o qaydalara uymaq məcburiyyətindədir. Və sonda…
… Bu artıq sirr deyil, açıq oyundur. Qərb və Avropa dünyanı onun əlindən çıxarmaq istəyənlərə, LGBT ilə hücuma start verib.
Jalə Mütəllimova
03.07.2021.
Возможно, это снимок экрана Twitter (текст «Ow DW Sports @dw_sports·39m It appears that stewards in the stadium have confiscated a -flag from two Denmark fans... #EURO2020 #CZEDEN #Baku Darko»)