Azərbaycan Respublikası Baş Prokurorluğunun FB səhifəsi “qadın zorakılığına susma” həştəqi ilə məlumat paylaşıb. Məlumatda qeyd edilir ki, 2021-ci ilin birinci yarım ilində, qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib.
Ölkənin baş prokurorluğu hesab edir ki, qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə, susmaqdır.
Qurum hesab edir ki, susmaq cinayətə ortaq olmaqdır.
…Və təklif olunur ki, vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” çağrı mərkəzinə müraciət etsinlər.
Indi gələk ona ki, bu nədir və niyə edildi?
-Bu, “milli feministlərin” “kislarodunu”, yəni qrantını bağlayacaq qərardır. Təbii ki, fəaliyyətlərinin qayəsində Azərbaycana kənar hücumlara içdə təkan vermək duran “milli feministlər” bundan razı qalmayacaqlar.
-Bu, Azərbaycana insan və xüsusən qadın hüquqları ilə bağlı beynəlxalq təzyiqlərin azalmasına xidmət esəcək addımdır.
-Bu daha bir mövzunu xarici syasi güclərin və daxildəki havadarların əlindən almaqdır.
-Bu dövlət adından insan haqlarının müdafiəsinə yönəlik layihə də sayıla bilər.
Gələk ona ki, bir neçə saat paylaşımı edilən bu xəbərə reaksiya necədir?
Çox süst reaksiya var. Sıradan bir işmiş kimi. Əslində yuxarıda da sadalandı, ciddi addımdır.
Reaksiya skatistikası, paylaşımı da ciddi olmalı idi. Yəni, necə ki, o döyülüb öldürülən qadınların vdeolarına baxıb şüvən salırdılar, IP-baxış sayı kəlləçarxda idi, eynilə də bu qərara və təklifə “BRAVO” deməliydilər. Demədilər, çünki bəlli çevrənin ziyanına bir işə start verilir asta-asta. “Qadın ölümləri siyasi olmaqdan” qurtulur.
Qoy Baş Prokurorluq inciməsin, düzü bu həm pis piarın nəticəsidir. Piar və informasiya işinə naşılığın göstəricisidir.
Təbii bir də qurumun adının ağırlığı məsələsi var. Bu da son dərəcə uğursuz milli yanaşma formatıdır. Prokuror ağır taxtalı olmalıdır. Və deməli prokurorun tabe olduğu Baş Prokurorluq ikiqat ağır olmalıdır. Sizə yüngülləşin demirəm bəylər, qıvraqlaşın. Ölkədə kimin hansı informativ yükü çəkcəyi çox aydın görünür artıq. Prezident Adminstrasiyası daha çox humanitar, təhlükəsizlik orqanları təhlükəsizlik, güc orqanları da özlərinə aid informativ yükü götürəcək, daşıyacaq, paylaşacaq və çəkəcək. Yəni siz də güc orqanı olaraq özünüzün gördüyü işi özünüz təbliğ etməlisiniz.
Düzü hələ ki, buna ancaq DIN start verib. Insafən pis də alınmır nəticələri. Odur ki, gördüyünüz bu işin təqdimatını bacarın.
Məsələn, məhz bu xəbəri davamlı reklama qoyun.
Məsələn, TV-lərdə izahını verin.
Məsələn, ekspertləriniz danışsın bu haqda.
Məsələn, ailə və qadın məsələləri ilə məşğul olan dövlət komitəsi ilə ortaq işlər başladın.
Məsələn, bir veriliş götürün, tv-də, radioda, onlayn studiya qurun, onsuz da dünya buna gedir, onlayn həyata.
Məsələn, qadınların qurum olaraq etimadını qazanmaq üçün bir aksiya başladın. Qoyun sizə , ALO, 961, MƏN QADINAM! deyənlər çoxalsın.
Bir sözlə, gördüyünüz işin təbliğatını qurun. Bax onda real nəticələriniz olacaq. Formal iş görmək isə nəticəsiz fəaliyyət formatıdır, effekt verməz.
Bütün halda sevincim ona ki, Azərbaycan dövlət olaraq qadın qətillərini siyasi olmağa qoymadı.
Jalə Mütəllimova
12.08.2021.