Azərbaycanda COVİD-19-a yoluxma və ölüm halları yenə sürətlə artır. Rəsmi məlumatlara görə gündəlik yoluxma sayı üç mini keçir. Dünyada, xüsusilə region ölkələrində, Türkiyə, Rusiya, İran və
Gürcüstanda da durum ağır dəyərləndirilir. Azərbaycan haqda bəzi qeydlərə qədər sadaladığımız region dövlətlərinin vəziyətinə də diqqət edirək:
-Türkiyədə gündəlik yoluxma təxminən 22-25 min təşkil edir;
-Gürcüstanda hər gün təxminən 3344 nəfər yoluxur;
-Rusiyada, yalnız paytaxt Moskvada hər gün yoluxanların sayında 20 faizlik artım qeydə alındığı deyilsə də gündəlik yoluxma statistikası bildirilmir;
-İranda gündəlik yoluxma otuz doqquz min altı yüz on doqquzdur.
Yeri gəlmişkən, ABŞ-ın baş infeksionisti Entoni Fauçi real durum və düynada COVİD-19-a qarşı aprılan vaksinasiya ilə bağlı belə deyib: Vaksinlərə qarşı müqavimət göstərə bilən yeni ştammlar peyda ola bilər.
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove “The Daily Telegraph”a müsahibəsində qeyd edib ki, yeni ştamlar elə miqdarda yarana bilər ki, onların sayı yunan əlifbasında hərflər çatmaz.
Bir sözlə, virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də siqnal sayılır.
İndi dönək özümüzə, Azərbaycana. Ölkə COVİD-19-la mübarizə aparmaq üçün gücü çatan hər şeyi edir. Bura xəstələr üçün zəruri infrastrukturun yaranması, yeni texniki-tibbi bazanın formalaşdırılması, vaksinasiya prosesinə başlaması məsələsi də daxildir.
İndi kimsə durub deyə bilər ki, bəs filan-filan əyintilər var bu sahədə. Bəli, var! Odur ki, qanun pozan hər kəsə elə lap dövlət adından VƏTƏNDAŞ “savaşına” ehtiyac da var. Təkcə insanların yox, dövlətin də buna ehtiyacı böyükdür. Dövlət başçısı da yaxşı nəticə üçün ictimai nəzarətin güclü olması məsələsini hər dəfə öz çıxışında qeyd edir. Yəni hamılıqla, hərə öz yerində işləməli, işlətməli özü və ölkəsi adına mübarizəsini aparmalıdır.
Dönək mövzuya, COVİD-19 mübarizəsində xeyli işlər var dedim. Məsələn…
-Ölkədə karantin rejimi yumşaldıldı;
-Xeyli qadağalar aradan qaldırıldı;
-Açıq havada maska rejimin ləğv edildi;
-Restoran və ticarət obyektlərinin fəaliyyətinə icazə verildi;
-Metropoliten fəaliyyətə başladı;
-El şənlikləri üçün nəzərdə tutulan şadlıq sarayları açıldı;
-Tətil mövsümündə xaricə gediş-gəlişə icazə verildi.
Nəticə bu oldu ki, çoxlu sayda gigiyenik qaydalara əməl olunmadı. Hətta qayda pozan bir millət vəkili polislə insident yaşadı deyə, mandatından oldu və həbs belə edildi. Hələ bu səs-küylü olaya onlarla belə hadisəni də misal çəkə bilərik. Hələ gündəlik marşrutlardakı insan sıxlığını da bura əlavə etsək çox mürəkkəb mənzərə yaranır. Hər gün ən azı bir tanıdığımız COVİD-ə yoluxması üzündən, həyatını itirir. Bu artıq ciddi siqnaldır. Zarafat etməyəcək, ehtinasız yanaşmayacaq qədər ciddi.
Dünyada təkcə idarəçilik mövqeyi uğrunda siyasi, silahlı savaşlar getmir, həm də bioloji savaş gedir, COVİD-19 kimi. Biz bu savaşdan da dövlət və xalq olaraq bütün problemlərə rəğmən qalib çıxmalıyıq.
Və bu yazı həm də ona görə yazıldı ki, vətəndaş qorunsun. Virusu və faciəni evinin içində gözləməsin, qorunsun. O və ya ailəsi yoluxmursa, bu, kimsədə arxayınlıq yaratmasın. Gigiyena və təhlükəsizlik qaydalarına mütləq əməl edilsin. Bu qaydaları pozanlara qarşı həm də vətəndaş mübarizə aparsın dövləti ilə çiyin-çiyinə. Belə edək ki, xəstələnməyək! Xəstəxana köşələrində ölümlə mücadilə aparmasın əzizlərimiz! Tanıdıqlarımız ölməsin! Ölkədə ölüm hallarının sayını artmasın! Vaksinasiyadan yayınmaq haqda vaiantlar düşünməyək! Gigiyenik qaydalara özümüz də əməl edək, buna hər kəsi də dəvət edək!
Əks halda yoluxma və ölüm sayında artımın qarşısını almaq üçün yenidən məhdudiyyətlər tətbiq ediləcək. Həyatımız bomboz olacaq məmləkətdə. Biz boz həyat İNSANI deyilik axı…
Bir sözlə hər şeydən vacib olan səhhətinizdən muğayat olun. Özünüzü qoruyun ki, özümüzü qoruya bilər. Çünki bu günki sağlam millət, xalq, həm də sabah var olmağın, gələcəyin qarantıdır. COVİD-19 həm də səhhət, səliqə, qayda-qanunla yaşamağı bacarmaq üçün sinir sınağıdır dünya xalqlarına. Kimin gedici, kimin qalıcı olduğunu bu sanaqlar göstərəcək. Biz bu sınaq-savaşdan da qalib çıxmalıyıq, başqa yol yoxdur! Yəni hər şeyin yaxşı olmaqdan başqa yolu yoxdur!
Jalə Mütəllimova
15.08.2021.
Возможно, это изображение (один или несколько человек и люди стоят)