Hər zaman demişəm, şəhid ailələri ilə bağlı ciddi problemlər var. Bu problemlərin yaranmasında icra orqanlarının ciddi rolu var. Bəli, bəzi ailələr də var, öz balasına, onun şəhidliyinə, ruhuna hörmətsizlik gətirən hərəkətlərə yol verir, amma bu ümumilikdə ehtinasız yanaşmaya əsas deyil. Ehtinasız yanaşılan hər şey, hər yer nəzarətsizdir, həm də nəzarətdədir. Bir qədər də güniş deyim. Azərbaycan nəyə nəzarəti itirirsə, orada bunu boşluq kimi dəyərləndirənlər dərhal oraya oturur. Çünki…
..narazı vətəndaş, var!
Sayğısız məmur, var!
Könül almağa incik ailələr, var!
Mənəvi-maddi dəstəksizlər, var!
Bütün bunun etmək üçün para var və maləsəf para qarşılığı bəzən də etdiyinin dövlətinə zərərli olduğunu bilməyən cahillər var!
Hətta könüllülər var!
Amma bir boşluğa girilirsə, çoxluğun sayğısı olan məhərrəm ayında şəhidlərə ehsan veririk adı ilə girilirsə, bu ciddi məsələdir. Hələ divara asılan şəhid şəklinin böyründə Azərbaycanın dövlət dilində bir rəhmət və ya dua yoxsa, bu, ikiqat zərərli məsələdir. Kimsə sadə ehsandır deyib qınamasın müəllif olaraq bəndənizin bu narahatlığını.
Odur ki, aidiyyatı qurumlar, bu prosesi nəzarətə alsın, təbliğat da, ehsan da, gərəkdir, amma başqa avazda, başqa boğazda mərsiyyə və ya quran altında yox. Bu təriqət əməli, təbliğatıdır. Şəhid boşluğuna girirlər. Bu gələcəyə zərərlidir.
Bu gün bir nəhəngin oğlu Rusiyada milyonluq zinət əşyaları ilə saxlanılıb. O milyonları dövlətdən çalanlar, bu kimi boşluqlara səbəb olur, nəticəsi də budur, şəhid anaları,
…Başqa avazda…
…başqa sədada…
…başqa əqidədə…
…başqa məqsədlərlə…
… başqa əlifbada divar yazısı ilə…
…deyilən mərsiyyələrə sinə vurur!
…Qarabağ şəhidinə ehsan verənlər zühur edir. Lap “zühur edən” şaurmaçı imam Mehti kimi.
Qoruyun dövləti, xalqı, şəhidləri və ailələri bu başqalarından. Onlara öz dilimizdə, öz boğazımızda ağı, mərsiyyə deyin, öz halal qazancımızla yad edin, ehsan verin, dua yazın divarlara, amanın günüdür, bunu edin.
Bu əsirdə, bu ildə, bu gündə və indən sonra qılıncdan keçiriləcək, tankla əziləcək canımız qalmayıb artıq. Nəsfinizi qısır edin. Bu boşluqlara dövləti doldurun cənablar…
Jalə Mütəllimova
25.08.2021.
Возможно, это изображение (2 человека, люди стоят и платок)