Narkotiklərin daşınması, yayılması, satışı və alışı hələ də gündəm olaraq qalır. Baxmayaraq dövlətin bəzi yetkili orqanları bu istiqamətdə xeyli iş görür, amma hələ də narkotik aludəçilərinin dəqiq sayı, cinsi, yaş kateqoriyası bəlli deyil. Bölgələr üzrə narkotiklərin yayılma trayektoriyası, yəni, daha çox istifadəçilərin hansı bölgələri əhatə etməsi, rəsmən müəyyənlənməyib. Statistika yalnız əməliyyatlar, müsadirə edilib götürülən narkotiklər, saxlanılan narkomanlar, torbaçılarla müəyyən edilir. Rəqəmlər yuvarlaqlaşdırılır. Bəzi mənbələrin məlumatına görə, sözügedən əməliyyatlardan dolayı, narkomanların ölkə üzrə ümumi statistikası əlli mini keçib. Bir sözlə narkomanlıq tədqiq olunmur. Tədqiq olunmayan problemin üzərində nə qəədr əməliyyat icra edilsə nəticə qənaətbəxş olmayacaq.
Odur ki, ölkə hələ ki, ancaq nəticələri görür. Tutlanları və efirə çıxan narkomanları fərd olaraq tanıya bilir. Narkomanla efirdə söhbət lap olsun maarifləndirmə işinin tərkibi. Yəni insanlara narkotiklərdən istifadənin son nəticəsini göstərsinlər ki, insanlar bu yoldan çəkinsin. Amma əlli mindən çox adamı eybəcər vəziyyətə salan səbəblərdən kimsə geniş danışmır. Bu artıq çox pisdir.
Niyə?
Həmin mövzulara toxunmaqdan qorxur əksəriyyət. Hər kəs təhlükəsizliyini düşünür. Çünki narkotiklər həm də kriminala, cinayətkarlara bağlı məsələdir və heç kim, heç nədən sığortalanmayıb. Üstəlik prosesdə irili-xırdalı, bəzi dövlət orqanı əməkdaşlarının da adı hallanır. Əslində bu problem başqa dövlətlərdə də var. Amma bir fərqlə. Başqa dövlətlər insan alveri, narkotiklərin becərilməsi, daşınmasın, alveri, fahişəlik kimi qara və böyük para gətirən bizneslərlərin qarşısını ala bilməsələr də onu reysində saxlayırlar. Dünya dövlətləri vəziyyətə prqamatik yanaşır. Məsələyə münasibətdə “Donkixot” deyillər. Həm də qara biznes sahiblərini, dövlət maraqlarından önə buraxmırlar. Çünki dövlətin maraqlarından önə keçmək, dövlətin bünövrəsinə və milli təhlükəsizliyə ciddi ziyan vurar. Bu baş verərsə, qara biznes və kriminogen duruma nəzarət əldən çıxar.
Azərbaycanda hələlik nəzarət deyil, proses relsdən çıxıb. Odur ki, prosesin relsdən çıxmasını görənlər, nəzarəti gücləndirib və relsi yenidən qurmağa çalışır. Maraqlı olanı bu ki, prosesin relsdən çıxmasının həm də ictimailəşməsi testi yaxşı effekt verdi. Narkotik biznesinin sahibləri və himayəçiləri dövlət qurumlarının cızdığı xətlə hərəkətə meyilləniblər. Diqqət edilsə aydın görünür ki, daha çox Azərbaycanın cənub qonşusu Iran və onun Azərbaycandakı əlaltıları indilik sakitləşib. Indi lazım olan, o narkotik relsi Azərbaycanda çəkmək, prosesi ciddi nəzarət altına almaqdır. Bəzi narkotacirlər, qara biznes adamları da anlamalıdır ki, artıq qazanclarının böyük bir qismindən, imtinadan başqa yol yoxdur.
Burada da bircə düyünlü məsələ var. Bizim dövlət qurumları arasında anlaşılmazlıqlar mövcuddur. Əslində indiki duruma səbəb həm də o ki, narkotiklərə qarşı mübarizə işində bir olmalı dövlət qurumları, bəzən qarşı-qarşıyadır. Bəzən bir-birlərini “döyürlər”. Bəzən biri, o birinə maneə yaradır.
Bəlkə çoxunuz rəqabətdir, deyəcəksiniz. Rəqabət olan yerdə mütləq inkişaf var söyləyəcəksiniz. Onda da deyərəm ki, bəzi rəqabətlər var, dövlət maraqlarından üstə çıxır. Onu durdurmaq mütləqdir. Azərbaycan indi bu duruma çatıb. Və odur ki, konkret olaraq narkotiklərlə mübarizə işində kimi səlahət və funksiyasi harada başlayır, harada bitir, aydın deyilməlidir.
Sirr deyil, Azərbaycana natkotik daşıyan əsas ölkə, Irandır. Xatırlayırsınızsa hətta MDB dövlət başçılarının son toplantısında Azərbaycan Prezidenti Ilham Əliyev real vəziyyətə dair statistikanı həmkarlarının diqqətinə çatdırdı. Ilk dəfə Azərbaycan, dövlət başçısı səviyyəsində, cənub qonşusunun qara biznesi barədə statistik məlumatlar təqdim etdi. Bəlkə də narkotiklərlə mübarizə işinin gücləndirilməsi, daha yaxşı təşkili, qarşıdakı illərdə dövlət başçısının, Qarabağın inşasından sonrakı hədəfidir. Bu qarşıdakı illərdə daha dəqiq bəlli olacaq. Ona qədərsə gəlin baxaq, kimin səlahiyyəti hara qədərdir.
Başlayaq Azərbaycanın Dövlət Sərhəd Xidmətindən, (DSX-dan). Əgər narkotik qaçaqmalçılığı ilə bağlı siqnal daxil olubsa, DSX-nın əməliyyat xidməti fəaliyyətə keçir. Başqa sözlə DSX əməliyyat xidməti, qaçaqmalçını sərhəd zolağını keçdikdən on metr məsafəyəcən saxlamalıdır. Əgər bu mümkün olmursa, deməli, DSX əməliyyat xidmətinin vəzifəsi bitmiş sayılır. Çünki deyilən metrajdan bu yana, Azərbaycan sərhəddi keçilmiş sayılır. Və bu mərhələdən sonra nəzarət Azərbaycanın Daxili Işlər Nazirliyinə (DIN) keçir. DIN ölkə daxilində narkotiklərlə bağlı hər yerdə və hər an əməliyyat keçirmək səlahiyyətinə malikdir. DIN hətta narkotik satışının təşkii ilə məşğul olan kriminal şəxslərlə bağlı da əməliyyatlar reallaşdırmaq hüququna sahibdir ki, bu prosesə daha ağır müdaxilə sayılır.
Yeri gəlmişkən, Dövlət Gömrük Xidməti (DGX) prosesə qaçaqmalçılar sərhəddi qanuni geçməyə cəhd edərkən müdaxilə və ya yoxlama hüququna malikdirlər ki, bu da az halda təsadüf olunan hadisədir. Çünki natkotiklər əsasən qaçaqmalçılıq yolu ilə daşınır.
Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) gəlincə, bu dövlət qurumu prosesə, hər an qoşula bilər. Yəni milli təhlükəsizliyə təhlükə duyulduğu an qurum hadisənin mərkəzində ola bilir.
Bu arada Səhiyyə Nazirliyini (SN) də unutmamaq lazım. Belə ki, ölkədə nsrkotik istigadəçilərinin statistikasını aparmalı olan qyrum məhz bu nazirlikdir. Ancaq DIN, DTX, DSX, DGX-nin məlumatlarını güdmək və onlardan gələn rəqəmləri saymaqdan və onun adını da statistika qoymaqdan başqa, hələlik bir iş görmürlər.
***
Narkotiklərlə mübarizə aparmaq həm də hər dövlət qurumunun prestij, nüfuz məsələsidir. Sadaladığım bütün qurumlar bəlkə də bu mənada daha çox mübarizənin öncülü adını qazanmaq uğrunda mücadilə edirlər həm də. Ancaq bu mücadilə zərərlidir. Ən vacibi ölkə dünyada mövcud o “narkotik relsi” çəkə bilmir.
Məsələn, tutalım sərhəddə narkotik qaçaqmalçısını saxlaya bilmədilərsə, onu digər qurumun saxlamasında maraqlı olmurlar. Nəticədə başları mübahisəyə qarışan qurumların gözü qarşısında, böyük partiya natkotik ölkəyə daxil olur. Bəzən necəsə gömrükdən də səssizcə keçə bilirlər. Onda da gömrük öz prestiji üçün sərhədçiyə yaxın mövqedən çıxış edir. Ikinin birə mübarizəsində yenə zərər çəkən insanlar və dövlət olur. Bu isə bütövlükdə təhlükəsizlik probleminə çevrilir ki, bu da son dərəcə ciddi məsələdir.
Odur ki, çarə Qarabağın inşası bitənəcən, əl-ələ, kürək-kürəyə verib, narkotiklərə qarşı birgə mübarizəni təşkil etməkdir. “Ağ ölüm”lə, savaşda uduzmaq olmaz. Ən vacibi o qeyd olunan “natkotik reysi” də mütləq çəkmək lazımdır. Azərbaycanı nə indi, nə sonra, təhlükə altında qoymaq olmaz!
Jalə Mütəllimova
04.11.2021