Bu günlərdə COVID-19 tələblərinə uyğun reydlərdən birinin nəticəsi çıxdı qarşıma təsadüdən. Bir gündə 170 toy. COVID-ə qədərki statistikanın yarısının, yarısı deyil Bakı şəhəri üzrə. Bir də düşündüm ki, doğurdan əvvəllər bir ayda azı beş toy məclisi olarda evlənənlər çoxalardı, indi bir ya iki olur. O da ən yaxın qohumların dəvətiyyəsi.
Sual olunur: Gənclərmi evlənmir? Maddi sıxıntılarmı çoxalır? Yoxa biz milli kökə qayədərəq, yəni standartmı dəyişir?
Gənclər evlənməkdən qaça bilər. Buna da səbəb işsizlik və maddi durum ola bilər. Ancaq ən vacib olan standart dəyişikliyidir. Yəni şiti-şorbası çıxan toylar milli adət və gərənəklərə geridönüş edir. Düzü müşahidə etdiyim məhz bu variantdır. Azərbaycanda toylarımız milli kökə dönüş edir. Standartlar dəyişir.
Toy əslində milli adətdir. Ailə quranlsrın sevincini yaşayırıq, bölüşürük. Keçmişdə hər kəs həm də yeni evlilərə dəstək üçün onlara gərəkən bir əşyanı alıb gənclərə təqdim üdərdi ki, buna cehiz payı deyərsi adamlar. Sonra ən yaxınlar, xınasını yaxar, həftəhamamını edər, xonçasını tutar, duvağını başına atar, bəzəyib düzəyib gəlininə, anam bacım qız gəlin, əli ayağı düz gəlin deyib də, evinə aparardı gəlinini. Əvvəllər qara zurnada vağzalı ilə, sonra qarmon, klarnet, dəflə, nağara ilə çalardılar vağzalını. Amma o ailələr möhkəm olardı. O ailələr fərqli olardı. Ziyalı, oxumuş olmağa çalışardı o nigahlardan doğulan uşaqlar. Bir də sevgi üzərindən qurulardı, aüvgi. Sevgidən də dqnyaya gözəl, işıqlı övladlar gələrdi.
Sonra varlı, dövlətli oğlan, qız, ailələr axtardı ailələr. Toyun xınasının da, duvağının da, vağzalısının da necə deyərlər zayını çıxardılar. Nəhəng-nəhəng iş adamları, məktəblər yox, şadlıq sarayları tikdirdi. Toy və evlilik adət, ənənən, gərənək, milli dəyər olmaqdan çıxdı. Qazanc, biznes, həyya siyasət oldu. Qudam filankəs olsun ki, əlimiz güclənsin. Düzü mən bu toyu, belə birgəlikləri istəmirəm. Bəlkə də yqradanmı deyək, dünyanə idarə edənlərmi deyək yer kürəsi faciələrindən birini də məhz bu dağınıqlıqda gördülər. Bəlkə COVID deyib qorxduğumuz mərəz, bizim tərbiyə olunmağımıza, cilalanmağımıza xidmət elədi. Kökümüzə, özümüzə qaytardı bizi. Indi də özümüz analiz edir və anlayırıq ki, toy ailə təməlidir. Ailə hər millət üşün dəyərdir. Ailə qurmaq dövlətin və adətlərin təməlinə bir daş da əlavə etmək deməkdir. Ailə dəyərləri, milli koddur. O laxlayarsa gələcəyə qarantiyası itər millətlərin və dövlətlərin. Indi çoxu narahatdır ki, böyük toylar azalıb, gənclər evlənmirmi? Yox, evlənir, sadəcə standartlar dəyişir. Sadəcə bir genidönüş baş verir. Sadəcə ənənələrini xatərlayır adamlar. Sadəcə saflaşır, durulur duyğular, düşünvələr. Üevgi qalib gəlir, maraqlar ancaq milli olur, fərdi olanda da milliyə bağlanır. Ailə siyasi alət olmaqdan qurtulur. Tamahdan qzad olur. Bizim gələcəyimizin yaxşı və möhkəm təminatıdırı milliləşən, sadələşən toylar…Nə gözəldir…Səməndər necə deyir onu? Hə, xəlqimin toy kimi bir adəti var…Bu gözəl adətinə hötməti var…
P.S. Bu günlərdə bizim ailəmizdə də bir toy oldu, ancaq özümüzdən ibarət bir toy. Ailə üzvləri və ən yaxınlar. Xoşbəxt olsun hər kəs, inanın belə gözəldir. Kökünü və dəyərini unutmayanlar millətin gələcəyi, milli genefondudur.
Jalə Mütəllimova
05.11.2021.
Возможно, это изображение (стоит и в помещении)