Qarabağ savaşı boyu susdular. AT(ı)ƏT(i)də, BMT-i də. Ermənilər hansı qapını döydü səs çıxara bilmədilər. Aksiyaları isə neçə ölkədə dağıdıldı. Düzü hər kəs gözləyirdi bu susqunluğun arxasından bir bum çıxacaq. Bir də gözləyə-gözləyə adam anlayır ki, türk dövlətləri, xüsusən, Azərbaycan və Türkiyə dünyadan gördükləri tarixi ədalətsizliklərdən dolayı zərbə alacaqları nayihələri də yaxşı bilirlər. Pikəcən dözdülər. Türk dünyasının təşkilatı quruldu. Zəngəzur yolunda Azərbaycanın hərəkəti qarşısıalınmaz həddə çatdı, əməkdaş ölkələr bəlli oldu. Və birdən Türkiyədə dollar bumu baş verdi…
…Türkiyə, islaholunmaz türk liderlərinə belə qardaşlığımızı başa sala bildi.
Türkiyə, dünyaya sivil iman, din anlayışının güzgüsüdür. İslam terror dini deyil, deyə bildi.
Türkiyənin, imperiya təcrübəsi var. O, bu təcrübəsindən ideoloji işində yüksək səviyyədə yararlanır. Tarixi və xüsusi xidmət orqanlarının işinə bağlı filmlər Türkiyədə ideolojinin əsasıdır. Tam Hollevudda olduğu kimi. Bu işin ciddiyyətini Türkiyə rəsmilərinin Prezident səviyyəsində çəkiliş məkanlarını ziyarəti də isbatlayır.
Türkiyə, sürətlə dünyanın böyük silah istehsalçısı və ixracatçısına çevrilməkdədir. Eyni zamanda prosesə dünyaca ünlü, amma bu çağacan ortaya çıxmasına izn verilməyən, müxtəlif ölkələrdə yaşayan türk mənşəli alimləri cəlb etmək işinə start verib. Yəni bütün sahələrdə böyük türkləri axtarıb tapır.
Türkiyə, Azərbaycanda iki yüz illik tarixin geri oxunmasının lgerçəkləşməsi prosesində əsas iştirakçı oldu. Özü də dünyanın gözü qarşısında.
Türkiyə, dünyaya dedi ki, yer üzü beş dövlətdən ibarət deyil.
Türkiyənin iştirakı ilə reallaşdırılan Cənubi Qafqaz, Turan proyektində ABŞ seçkilərdən, Avropa çarəsizlikdən dolayı seyrici qaldı.
Türkiyənin iştirakı ilə Azərbaycan Cənubi Qafqazın demək olar şəriksiz lideridir.
Türkiyə hətta ipə-sapa yatmayan iki ərköyün din qardaşı İran və Ərəb dünyası ilə də dil tapdı.
…Və qarşıdakı ildə Azərbaycanın Şuşası, TÜRK DÜNYASININ mədəniyyət paytaxtı elan edilə bilər.
İndi nə deyirsiniz? Türkiyəndə hansısa bum yaşanmamalı idimi? Arvopa və Qərb pay umduğunu illərdir ancaq dollar və avro presinqi ilə…ya da BOİNQ satmağa məcbur buraxaraq əldə etmirmi? Azərbaycanda sadə insanlara “canıyananlar” vasitəsi ilə küçəyə çıxarıb, kimlərəsə qrand ödəmirmi illərdir Avropa. İndi də Azərbaycanın siyasi liderinə xaricdəki vətən xainlərinə ləkə vurmağa çalışmırmı? Edir və o üzdən bu iqtisadi bum qaçılmaz idi. Və tarixən də, indi də qardaş Türkiyə bu durumlardan yararlanan yerli sinsi siyasi güclərin də, xarici təzyiqlərin də cavabını layiqincə verib, qarşısında güclü durub. Beləcə prosesi idarə edib, nizama salıb.
Əslində indi məsələ tək Türkiyə deyil. Avropa və Qərb TÜRK DÜNYASININ ittifaqından qorxur. NATO, Avroittifaq, AŞ və sairlərə yaradıla biləcək alternativlərdən narahatdır. İnsan haqq və azadlıqları adı altında yaratdıqları təşkilatların hansı yolla əslində rüşvət və korrupsiya oyunu reallaşdırdığının aşkara çıxacağından ehtiyatlanır. Necə ki, ATƏT-ləri fiasko yaşayır. Haradan gəlir aldığı zərbədən idman dili ilə desək nakaot olub qayıdır. Amma yenə, yenə, yenə gəlir.
Olsun, bu alternativlərin, sinsilərin, mənəvi zəlillərin, tarix boyu mərhələ ilə məhz türk birliyi sıradan çıxarıb. Ancaq onlar da mərhələ ilə əsirlər boyu bu gücü parçalayıblar. İndi proses geri oxunur. Odur ki, ən vacib olanı ideoloji işdir. türk düynası ideoloji işini böyük sürətlə və düşzün qurmalıdır. Bölgədə istisadi, logistik və siyasi liderliyi qorumağın yolu həm də dəqiq ideoloji iş qurulmasından keçir. Bir də süni yaradılan sosial problemlərə maksimum yol vermək olmaz. Onları gizlətmək yox, həll etmək lazım.
Türkiyə bu işi görür, növbə Azərbaycanındır. Azərbaycan başlasa, gerisi də olacaq…
Jalə Mütəllimova
25.11.2021.