GÜNDƏMKÖŞƏSEÇİLMİŞ

Tofiq Yaqublunu döyən kimdir?…

Avropa, Qərb, Şimal, Cənub, yoxsa Bakıdakı əlaltıları?!.
…Mənim döyülməyim ölkədəki vəziyyətlə bağlı çox ciddi hadisədir…
…Məncə buna görə beynəlxalq aləm də susmamalıdır…
Müxalifyönümlü xalq qəhrəmanı obrazı kimi təqdim etdikləri Tofiq Yaqublunun, müəmma dolu döyülməsindən sonra, dediyi bu fikirlər məni onun döyülməsinə aid bir neçə cümlə yazmağa vadar elədi. Dövlətin və millətimin marağından təbii ki.
***
1. Ölkəni 44 günlük savaşından öncəyə qaytarırlar. Bu döyülmə həmin günlərdə susan dövlətlərin taktikasını, o günlərdən əvvəlki oyunlarını xatırladan hadisədir.
2. Azərbaycanda qanunsuz qrand ortaqları kimdir, sualına mütləq cavab verilməlidir. O cümlədən yüzlərlə vətəndaş cəmiyyəti qurulmasında yer alan QHT-lərlə bağlı məsələ haqda danışmağın zamanıdır. Çünki an məsələsidir, onların bir xeylisinin xaricə və səfirliklərə yönəlməsi işinin başlaması.
3.Hakimiyyətdə olan anti-Azərbaycan güclərini zərərsizləşdirməyə başlamağın məqamıdır.
4. Azərbaycan diplomatik masada dirəndikcə, siyasi “sındırılmanı” ölkə içindən təmin etməyə çalışırlar. Xalqla işlənməlidir, dövlət, masada sına bilməz. Bu son məğlubiyyət olar.
5. Sosialproblemlərin öhtəsindən maksimum gəlmək lazımdır. Əhalidən oğurlamaq və əhalini yükləyib, büdcəyə ekonom etdim göstərisi yapmaq, olmaz. Böyük bizneslərinizdən dövlətə xərcləyin, cəmi iki il.
6.Tofiq Yaqublunu döyənlərin kimliyi bilinməli, əmri verən rəhbərin adı bəlli olmalıdır. Çünki bu durumda, Azərbaycanın 14 aviasiya mütəxəssisisnin şəhadəti və torpağa qoyulduğu gün, çıxarılan bu oyun eybəcərlikdir.
7.Bir gün, bəlkə elə bu döyülmədən az sonra Tofiq Yaqublu həyata vida edərsə, ki, bunu onun “dostları” vicdan ağrısı duymadan, öz məqsədləri üçün, soyuqqanlılıqla etdirər, baş verəcəklərin altını, mütləq Azərbaycan dövləti çəkər. Yol vermək olmaz.
8. Bir suala dəqiq cavab verilməlidir. Tofiq Yaqublunun kim döyür və ya kim döydürür. Qərb, Avropa, Şimal, ya Cənub? Bəlkə ölkə içindəki adamları?
9.Saleh Rüstəmov azad olunmalı idi. Əgər o azad olsaydı, T.Yaqublu olayı baş verilməyəcəkdir. Çox aydın idi mənzərə, amma edilmədi. Çünki oyun çox böyükdür.
10. Nəhayət, ölkə ətrafında vəziyyətin doğurdan da bu qədər ciddi olmasının fərqinə varmaq lazımdır. DİN, DSX, RP, bu qurumlar öz ətrafında baş verənləri analiz edə bilmək üçün, mütləq siyasi-analitik qrup yaratmalıdır. Bu dəqiq belədir. Heç kəs özbaşına, bu qədər sakitlikdən sonra, qəfil oyuna başlamır. Heç kəs, heç kəsi durduğu yerdə döymür. Əmirləri verən cinahlar mütləq bəlli olmalı, çünki bu gün dünyanın masasında, bir dövlətin, xalqın taleyi, var olması, güclü olması müzaki edilir. Və dünyada kimsə bütöv, tam, güclü Azərbaycanı istəmir, CənubiQafqazda, hamı liderin özünün olmasından yaradır.
Və nəhayət son bir sualım, T.Yaqublunu ümumiyyətlə, döyməyə dəyərmi?!. Saleh Rüstəmli niyə içəridə qalır axı? Ssenari də tanışdı. Bir idilər, iki oldular, bəy! Sonra, üç, dörd, beş olacaqlar bu gedişlə. Yəni indi “komsomolu sayını” artırmaq o vaxt olduğu kimi hamıya sərfəlidir, Azərbaycandan başqa.
Jalə Mütəllimova
02.12.2021.

Reaksiyanız necədir?

Əlaqədar yazılar

1 of 138