Əminəm vətəndaş olan hər kəsin təpəsindən tüstü çıxdı bu sözləri eşidəndə “mı xotim mir, ya vas umalyayu, verniti nam naşı zemli, ves mir znayet şto vı soverşili genosid” . Niyə “umalyat” eləyir, niyə “prosit” eləyir adam anlamır?!. Bunu media adamı, bloqer Ata Abdullayev deyir ermənilərə. Adam Azərbaycan adından danışır. “Qarabağ Azərbaycanındır və nida!” deyən Prezident İlham Əliyevdən az sonra, eyni adama, Ermənistan baş naziri Nikol Paşinyana belə yalvarmağın arxası boş ola bilməz. Çünki adamı yıxılar və “nakauta” düşər. Ata Abdullayevsə dimdik durub. Deyir ağzınızın danışığını bilin. Mən neynirəm əcəb eləyirəm. Özü də kiminsə yox öz “şotuma” gəzirəm. Hamıya, hakim partiyadan olanlar daxil, onu qınayan hər kəsə demək olar ki, barmaq silkələyir. Bunacan bir balaca sivil formatda başqa bir, bloger, media adına iddialı adam, Bəxtiyar Hacıyev də eyni formatı təkrarlamışdı baş nazir Paşenyanın qarşısında.
Əvvəla
ordan başlayaq, bizim Azərbaycan və azərbaycanlılar olaraq dığalara Qarabağ boyda
borcumuz yoxdur. İkincisi və ən vacibi bu dalbadal “təsadüflər” Azərbaycan əleyhinə
qara piardır. Hansı ki, indi ermənilər
bunu son dərəcə uğurla dövriyəyə buraxıb.
Gələk media və informasiya məsələsinə. Qarabağ uğrunda indiki dönəm üçün informasiya müharibəsi gedir. Belə adamları himayə eləyib, Paşinyanın dalına salanlar da beyinsiz deyil. Onlar əslində yaxşı beyndir. Hər şeyi hamıdan əla bilirlər! Bilirlər ki, ən böyük müharibənin də nəticəsi informasiya müharibəsini kimin udmasına bağlı olur. Biz din faktoruna görə Qarabağı dünyaya uduzmuşuq. Millilik-türklük faktoruna görə də uduzmuşuq. Ərazini zatən uduzmuşuq, erməni işğalındadır. Qalıb informasiya müharibəsində uduzmağımız. Ona da artıq zəmin yaradırlar. Ya kimsə bu dönərsatana, elə ondan qabaqkına da desin ki, get dönərini sat, qalyanını tüstülət bu işlər sizlik deyil, sonra da oturub normal adamlarla, normal bir informasiya savaşı başlasın. Ya da yaxınlarda çox adamdan belə bəyanat eşidəcəksiniz: “Gedin sərhədləri çəkin bəri, rəsmi də sənəd imzalayın. Ölkəni atəşkəs rejimində saxlayıb, kasıb-kusubun balasını qırdırmayın. Camaat da bilsin ki, hamıya bu adamlar formatda vətəndaş, media adamı, piar “mütəxəssisi”, insan lazımdır məmləkətə, məsələ tamamlansın”. Çox naxoş bəyanatdır, bilirəm. Hətta demək olar ki, bir pis çağırışa, başqa bir pis çağırışla reaksiya vermək, hiddətini ifadə eləməkdir. Amma nə edək? Başqa yol yoxdur!..
Öz aramızdır, diqqət edin, bu nə mənzərədir axı? İki, heç bir ictimai yükü olmayan adam media adına iddialıdır. Media əxlaqı, dəyəri, fəaliyyəti hər ikisində sıfırın altındadır. Bir məqalə, reportaj, analitik yazı, hətta kiminsə nekroloqunda bircə cümlə belə yazmaq iqtidarında, qabliyyətində, səlahiyyətində və bacarığında olmayıblar bu günəcən. İndi dövlət, millət təmsil edirlər. Özü dövlətin və millətin ən həssas məsələsində. Həm də media adamı, bloqer kimi yaxşı himayə olunurlar. Ayda azı iki-üç dəfə xarici ölkələrə göndərilirlər. Vacib tədbirlərin məkanını, iştirakçılarını, ora necə keçməyin yollarını bilirlər. Ya da bu şəraiti onlara yaradırlar. Hələ ölkənin yüksək rütbəli məmurları ilə birbaşa ünsiyyət qurur, əməkdaşlıq edirlər. Necə? Niyə? Bəlli deyil!..
Burdan
beləsinə bir az da fərdi yanaşacağam,
çünki türklər demiş, bura hansısa nazirin kabineti, xarici dövlətin ərazisi
falan deyil. Bura mənim alanım, media məkanıdır. İndi bir hikkə formalaşıb
çoxunda. Media anlayışı olmayanların hamısı mediadadır. Desən ki, bir media
adamı formatı təqdim elə. Ayı talaşaya baxan kimi, üzünə baxacaq adamın. Gəlin
onacan sizə bildiklərimiz deyim.
Gerçək
media adamı yazdığı hər cümləyə başı ilə cavabdehdir.
Gerşək
media adamı ədalət, vicdan, əxlaq anlayışını əzbər bilər.
Gerçək
media adamı min düşünər, bir yazar.
Gerçək
media adamı həm də yaxşı vətəndaşdır, vətənə lazım olan anda, qələmi süngü
olur!..
Siyahını
çox uzatmaq olar. İndi gəlin görək, bunlardan hansı o iki adamda var. Təbii heç
biri. Bunu bloqer Mehman Hüseynovu medianın
siması eləyən məmurlara da demişdim. Hər şeylə mırt tutan, lağ eləyən, yaxşı
texniki bacarıqları olan himayə etdiyiniz oğlanlar bizim, medianı siması ola
bilməz. Amma sizi son dərəcə yaxşı göstərir…
Qorxulu
olan bir məqam da var. Belə adamlar həm də pis mənada nümunədir. Nə istənildiyinə
dair nümunə. Adamlara da, mediaya da hələlik qeyri-müəyyə bir yöndən mesaj
verilir. Belə onu sizi də qəbul edək! Sizinlə də işləyək! Sizi də tanıyaq! Bizə
yalvarın! Bizi tərifləyin!.. Amma anlamadıqları bir vacib detal var. Hamını mənəvi
və maddi sındıra-sındıra getməyin sonu heç zaman yaxşı qurtarmayıb. Bir ölkə şəxsiyyəti
incidilmiş vətəndaş, media mənsubu bir gün sizi ağrısından ayılmayacağınız yerdən
vuracaq. Bu sizə edilən ən ədalətli və vicdanlı “pislik” olacaq. İndiliksə onlar
danışdı, dövləti və ölkəni fitə basdılar, azərbaycnlılara şüvən millət dedilər.
Əminəm prosesi udub rahatlamısınız, milləti
və dövləti a(A)ta-lı, b( B)əxtiyar elədiniz axı…
***
Və
sonda…Paşinyanın qarşısında aciz durumda qalan bu iki bloqer, media adına
iddialı adam, ölkə, millət təmsilçisi (onlar özləri özlərinə bu hüququ veriblər,
təbii qeyri-rəsmi kimdənsə cəsarət alaraq) Azərbaycanın səviyyəsini, öz səviyyələrinə
endirdi, bu faktdır. Heç kimin dana bilməyəcəyi əlahəzrət fakt. Ermənilər bu
faktdan ən yüksək səviyyədə bəhrələnməyə davam edir. Bunun məsuliyyətini Azərbaycanda
kim daşıyır görəsən? Və ya belə soruşum, bunun məsuliyyətini Azərbaycanda daşıyan
olacaqmı?..
Jalə Mütəllimova