Jalebloq.az

“Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur”…

KÖŞƏ

“Almaniya uğrunda həlak olan, Ermənistan uğrunda həlak olur”…

Faşizmi dəstəkləyən Qaraginin Yerevandakı abidəsi niyə sökülmür?!

Yazının başlığına çıxarılan sitatı, 75 il öncə, indi Yervanın mərkəzində heykəli ucaldılan, faşist cəlladı kimi tarixə adı keçən, faşistlərə xidmət edən, satqın kimi yaddaşlarda qalan Qaragin Njdenin fikirləridir. Bu fikirlər Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrdə kifayət qədər aydın deyilib, yazılıb və bəlli olur ki, Qaragin necə “xadim” olub. 

***

Valdayda nida “yeyən” Ermənistanın baş naziri Nikol Paşenyanı,  Aşqabadda, MDB-nin sammitində,  Azərbaycan Prezidenti İlham Əliyev faşizm üzərində qələbənin 75 illiyi münasibəti müzakirələrdə beləcə “şapalaqladı”, Qaraginlə…

Çıxışdan dalana dirənən erməni baş nazir guya xatırlatma elədi, “Qaragin Njde erməniləri türklərin “törətdiyi” söyqırımdan müdafiə edib”…

Hətta bu yersiz xatırlatması da “şapalaqsız” qalmadı  erməni baş nazirin.  Azərbaycan Prezidenti baş nazirə Rusiyadakı nəşrlərdən sitat gətirib:

“Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.  Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Azərbaycan Prezidenti həmçinin xatırladıb ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Bu faktaloji əsaslarla təsdiqlənmiş çıxışa erməni baş nazir əli çənəsində baxmaqdan başqa yol tapmadı.

Aşqabad sammiti daxil, bu günə qədər keçirlən bütün tədbirlər, görüşlər, müzakirələr göstərir ki, Dağlıq Qarabağ uğrunda gedən söz savaşında Azərbaycan psixoloji üstünlüyə sahibdir. Baxmayaraq ki, real mənzərədə məğlub tərəf kimi görünür. Azərbaycan Prezidenti tərəfindən Aşğabadda səsləndirilən fikirlər, susqunluqla qarşılanan iradlardan sonra dünya yenə də susursa, bu artıq ermənilərlə dini qardaşlıqdan əlavə bir də siyasi razılaşmaların olmasına dəlalət edir.

Yəni hətta müharibə başlamış olsa belə Azərbaycan tək Ermənistan və ermənilərlə döyüşməyəcək. Qarabağ savaşında bir ərəfdə Azərbaycan qarşı tərəfdə ermənilərə arxa duran dünya olacaq. Daha dəqiqi dünyanın lider dövlətləri. Dünyanın ən nüfuzlu beynəlxalq “sülh” trəfdarı olan qurumları.

Bu qədər biabırçı və aydın mənzərədə psixoloji üstünlüyünü saxlamağın özü də böyük hünər tələb edir. Azərbaycan Prezidenti tərəfindən sərgilənən bu siyasi addım və iradə təbii ki, dünyanı da Qarabaş məsələsi və Azərbaycana qarşı daha sərt edəcək. Nə deyək tanrı millətimizi, dövlətimizi qorusun.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top