Jalebloq.az

Aloo müxalifət…

KÖŞƏ

Aloo müxalifət…

İndi söyürlər. Durmadan, dayanmadan söyürlər. Satqın deyirlər. Biri lap irəli gedib onun yaxşı keçmişi olub söyləyir. Bilirsiniz kimə deyirlər dünən qədər ana, bacı dedikləri, az qala liderə çevirdikləri, adına fond yaratdıqları Pərvanə Əhmədovaya. O Pərvanə Əhmədova ki, bir “aloo” sözü ilə məhşurlaşdı hələ deyilənə görə mənzillə də təmin olunub. Gerçəkdən bunu ediblərsə nə əla, nə gözəl. Bax bu vətəndaşa sevgidir. İnsanı qayğısıyla imtahan etməməkdir. Qaldı söyənlərə, onlara adamın deməyə sözü də qalmır.  Əslində Pərvanəni özləri yaratmışdı obraz olaraq. Meriya qarşısındakı piketin az qala simvolu edilmişdi o qadın.  Yaratdıqları, əzabkeş, zəhmətkeş, zülümkeş, nə bilim daha nə keş adamı, qadını özləri söyüş qvardiyasının caynağına veriblər indi. Analarını, Pərvanə ana çağırdıqlarını söydürürlər.  Nə deyəsən, söyüş bacarmırsan söyəsən, təhqir bacarmırsan eləyəsən. Aşağılamağa da adam utanır, hərəsi bir nəslin ağsaqqalı, bir ailənin başıdır. Amma bir maraqlı məqam var.  Fond yaratmışdılar,  Pərvanə anaya dəstək fondu, onun aqibəti necə oldu? Ora vəsait yığılmışdımı? Yığılmışdısa nə qədər idi? İndi Pərvanə anaya təqdim edəcəklərmi o vəsaiti?  Aloo müxalifət…deyirsiniz Pərvanəyə ev verilib. Siz də o  fondu vəsaiti ilə evin işini doldurun. Noolar, dünya dağılmaz ki, bəyənmədiyiniz siyasi hakimiyyətlə ilk müştərək işiniz olar bu. Kənardan da son dərəcə maraqlı görünər. Nə isə hər nə etsəniz öz işinizdir bəylər.

Əslində illərdir dövlətin, siyasi hakimiyyətin, müxalifət deyə bir problemi yoxdur. Baxmayaqraq ki, bütün hakimiyyətlərə sağlam müxalifət lazımdır. Ona görə ki, eləmədiklərini xatırlaya bilsin, eləməli olduqlarını təcili eləsin. Düzü bir zamanlar var idi belə müxalifət. Əbülfəz Elçibəylə rəhmətə getdi, İsa Qəmbər xəstələndi, Etibar Məmmədov müəmmalı şəkildə geri çəkildi.

Gələk o qara-qara maşınlara. Hansı ki, gəlib-gedəndən sonra Pərvanəyə ev verilməsi məsələsi gndəm oldu.  Bunun nəyi pisdir axı?!

Hə bir də deyən olsa ki, bəs dövlət bir-bir vətəndaşların problemlərinin həlli ilə məşğul olmamalıdır. Yaxın oturun sizə sözüm var.  Baxın, əzizlər, bir dərs oxumayan uşaq düşünün, kimsənin sözünü eşitmək istəmir. Eləcə böyüyür, böyüyür olur yekə adam. Savadsız, işsiz, bacarıqsız. Yəqin indi də düşünəcəksiniz ki, əgər  insan özü öz taleyinə biganə olubsa, heç bir sənət əldə etməyibsə, onu niyə başqaları saxlamalıdır? Cəmi  bir məqam var. Ölkədə bazar iqtisadiyyatı oturuşmuş vəziyyətdə deyil.  O üzədən dövlət də, məmurlar da insanların sosial problemlərinin həllində  həssaslıq göstərməyə məcburdurlar. Bu gün Azərbaycanda ölkə başçısı və birinci xanım məhz bu mənada həmişə vətəndaşların yanında olur. Yəni digər məmurlara nümunə göstərir. Bu mənada Pərvanə və balalarının problemlərini də hər kim həll etdisə, öz adıma ona çox sağ ol deyirəm. Dünyada sevgi ilə neytrallaşdırmaq gözəl heç nə yoxdur. Azından bir ailə xaricdəki düşmənlərə satılmaqdan qurtuldu. İŞID-a, vəhabilərə qardaş olmaqdan xilas oldu və sair. Nə deyək axırıncı olmasın, axarıncı olsun. Ölkədə bütün qapılar elə probleminiz nədir? sualı ilə döyülsün.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top