Jalebloq.az

Avropa Parlamentinin erməni sevgisi…

KÖŞƏ

Avropa Parlamentinin erməni sevgisi…

Xatırlayıram, Mehman Hüseynov həbs ediləndən bəri beynəlxalq təşkilatların Azərbaycana “presinq” hesab etdiyi bəyanatları, qətnamələri və sairləri tükənmək bilmir. Hər şeyi bir kənara qoyuram, Mehman ətrafında qurulan oyunu da, müxtəlif dairələrin maraqlarını da, lap elə Mehmanın davranışlarının da.

Baxmayaraq həmişə dediyim kimi, Mehman bloggerdir, jurnalist deyil, onun həbsi söz və mətbuat azadlığının məhdudlaşdırılması kimi təqdim olundu.

Ardınca, Azərbaycanda insan haqları son həddədir deyə, Avropadan çağırışlar eşitdik. Söyüşlər, təhqirlər dinlədik.

Tamam olsun, siz deyən.  Bizdə ümumiyyətlə kimisə evdən çölə çıxmağa qoymurlar. Siz də gecələri səhərəcn yata bilmirsiniz xiffətinizdən. O qədər nigaransınız, o qədəəərrr!.. Deyirsiniz ilahi görəsən Azərbaycanın filan rayonunda filankəs niyə filankəsin işinə pəl vurdu? Görən bəhmənkəs mağazaya olan borcunu ödədimi? Düşünürsünüz ki, vay-vay yerlərdə dövləti təmsil edən filnkəs görəsən niyə kiməsə acı söz söylədi?.. Fikirləşirsiniz ki, necə ərazisinin iyirmi faizi işğaldadır ee bu boyda dövlətin? Xiffətdən gözünüzə yuxu getmir ki, ilahi görəsən yüzlərlər qaçqının, məcburi köçkünün, itkinin aqibəti necə olacaq? Nə isə  sizin gününüz Azərbaycana görə gün deyil. O üzdən bəyanatın, hesabatın dalı, qabağı kəsilmir…

Hardadır bizdə o bəxt?… Bəxtəvər onlardırlar, “qonşularımız”, ermənilər.  Sizin kimi havadrları var. Nə zaman desən göz yuman, min hoqqadan çıxanda səsiniz çıxmayan “BÖYÜK” qardaşları… Əks halda o boyda hadisələrə, məsələn, Yerevanın Nubaraşrn təcridxnasında Haynews.am saytının rəhbəri, “”Erməni qrtalları”: Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryanın  ölümü ilə bağlı msələ niyə tarixin arxivinə göndərilsin ki, Avroparlamentdə? Elə bil adam olmayıb heç zaman.

Özü də qeyd etmək yerinə düşər ki, Yeqiazaryan siyasi fəaliyyətinə görə Ermənistan hakimiyyətinin hədəfində olan adam idi. O, qondarma ittihamlarla həbs edilib Ötən il, dekabrın 5-dən  həbsxanada aclıq aksiyasna başlayıb.  Naməlum şəraitdə ölümü barədə rəsmi məlumat yayılmış və ekspertizanın rəyi də inandırıcı görünmür.

Sual oluna bilər: Azərbaycanda bir balaca səsə çıxan kimi ətəyini başına çəkən Avropa, xüsusilə Avropa Parlamenti daha ağır situasiyaya, insan ölümünə niyə göz yumur və susur? Bu ikili standartın səbəbi nədir? Yəqin ki, səbəbini özləri hamıdan daha yaxşı bilir.

Bu yazını yazmaqda məqsədə gəlincə, istədim Azərbaycanda  onların məqsədyönlü əməllərindən xəbərdar olduğumuzu bilsinlər.

…Dini, irqi, milli ayrı-seçkilik iddiası ilə başqa dövlətlərə soxulmaq həvəsi ancaq onlardadır, Qərbdə və Avropada.  Və əslində Qərb və Avropanın baqasında  qüsur kimi təqdim etdiyi davranış dolayısıyla elə özünün həyata keçirdiyi arzudur. Yəni millətçiidirlər, irqçidirlər, qatı dindardır, işğalçıdır və siar.

Onları uğurlu edən məsələyə gəlincə,  bu qarşıdakı dövlətlərin iç siyasətdəki qüsurlarının olmasıdır. Söhbət təkçə Azərbaycandan getmir, ümumiyyətlə bütün dövlətlərə münasibət bu cürdür. Ancaq artıq ört-basdır etmək mükünsüzdür bu situsiyanı. Çünki bu açıq-aşkar ayrı-seçkilikdir. Həm də içlərindəki erməni sevgisidir.

Jalə Mütəllimova 

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top