Jalebloq.az

Azərbaycan-dünya oyunu, hesab – 1:0…

KÖŞƏ

Azərbaycan-dünya oyunu, hesab – 1:0…

Bu mayın 29-da dövlətin təşkil etdiyi idi…



Bu da ondan bir gün oncə, mayın 28-də Respublika günün qeyd etdiyini iddia edən müxalifətin…

Mitinq həm də o gündə idi ki, Azərbaycan çoxlu sayda xarici qonaq qarşılayırdı. Bakı küçələrində isə təxribat törədirdilər…

“Arsenal”ın erməni oyunçusu Mixiteryan adından, təxrıbat. Özü də bunu nə ingilisə, nə erməniyə, nə də azərbaycaniıya etdirirdilər. Bunu Azərbaycanda, dördüncü, məsələyə dəxli olmayan bir ölkənin vətəndaşları, azarkeşləri üzərindən edirdilər.

Daha söz deməyə ehtiyac qalmır. Hər kəsə dövlətin başındakı siyasi liderin də, özünə bu dövlətin müxalifəti adını qoyanların da istəkləri bəllidir. Biri təxribat, biri əmin-amanlıq hayındadır. Lap lazım gəlsə vətəndaşının əlini tutmaq üçün ona sarı əyilməyə də hazırdır.

Bunu təkcə ictimai fikir adamları deyil, məsələn, ucqar dağ kəndində yaşayan Məmmədəli dayı da görür, anlayır. O üzdən yolçu yolunda gərək. Yəni, dövlət, millət adına iş görənlərə göyün min bir qatını, dövləti və milləti çirkaba dartanlara yerin dibini diləyək.

…Bir də heç unutmamaq lazım. Əslində Avroliqanın Bakı finalını təkcə “Çelsi” ilə “Arsenal” oynamadı. Azərbaycanla dünya da oynadı. Onların hesabı neçə olur olsun, özləri bilər. Dünya-Azərbaycan qarşılaşmasında bir xal fərqi ilə Azərbaycanın qalib olması, bax bu gerçəkdən hadisədir. FİFA-nın Avroliqanın final oyununu Bakıya salmasından da böyük oyun və hadisə. Qaldı nədə uddu Azərbaycan:

Bacarmaz dedilər, bacardı…

Bahaçılıqdır dedilər, alınmadı…

Təhlükəlidir dedilər, təsdiqlənmədi…

Millətə səviyyəsizdir söylədilər, əksi təqdim olundu…

Aqrssivdir dedilər, gülərüz adamlar gördülər…

Təxribata çəkdilər, soyuqqanlılığa şahid oldular…

Bir sözlə bir-sıfır Azərbaycanın xeyrinə oldu dünya-Azərbaycan oyunu, FİFA-nın təşkilatşılığı ilə. Bunu yaşamaq, buna şahidlik etmək nəyə desən dəyərdi. Həmişə qalib ol, VƏTƏN!..

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top