Gəl ey TƏBIB…


  • 2020-05-18 15:27:00

Gəl ey təbib…

Yox şeir zamanı deyil. Heç bu TƏBIB-də, o təbib deyil. Mövzu başqadır bu dəfə.

Jurnalist Seymur Kazımov TƏBİB sədrinə açıq məktub yazıb. Daha dəqiqi Azərbaycan səhiyyəsinin durumundan yazıb demək olar buna. Maraqlıdır, bu qədər fədakar, yaxşı həkimlər məmləkətində səhiyyə sistemi niyə bu haldadır? Niyə savadlı həkimlər ola-ola insanların cibinə girən, sonra da onları öldürənlər üzdədir. Daha yaxşı yaşayır, daha çox qazanır və daha populyardır. Bircə izahı var dünya tibb biznesinin amansız qaydaları bizə də gəlib çatıb. Biz bu qaydaları qəbul etməsək o biznesdən kənarda qalacağıq. Qalaq, yəqin ki, bunu deyənlər olacaq, onda da yəqin ki, adını bilmədiyimiz çoxlu sayda sanksiyalarla üzləşəcəyik bu sahədə. Deməm o ki, bu qədər ədalətsiz dünyada və ədalətsizliyin ortasında heç olmasa özümüz özümüzə vicdanlı davranaq. Yəni ki, atalarımızın ölümü, ailələrimizin səhhət faciəsi qarşısında, aciz qalmayaq.

Ən vacib məqamlardan biri, TƏBIB daxil, demək olar, əksər dövlət qurumlarının mətbuat xidmətləri məsələsi. Onlar təyinat alanacan o qədər də pis yazar olmurlar. Amma çox bərbad məmura dönüşürlər. Susurlar, heçnkiki saymırlar. Çalışdıqları dövlət qurumunun piarını qura bilməmək o yana duraun, heç media işini də apara bilmirlər. Hətta şeflərinə söz deməkdən qorxurlar. Sual olunur nəyə yarayırlar? Hrç nəyə sadəxə maddi durumları dəyişir, daha yaxşı imkanlar qazanırlar və dolanırlar. Sonra da o dolanışıq yerləri itməsin deyə səslərini çıxarmırlar.

***
…Və gələk “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya həmkarımızın ünvanladığı məktuba. Nədən bəhs edilir məktubda?
-Biganəlik
-Səhlənkarlıq
-Saymazlıq
-Diqqətsizlik
-Məsuliyyətsizlik
-Qəddarlıq
-Sevgisizlik
-Sayğısızlıq
-Ehtinasızlıq

Bunlar insani keyfiyyət, olmasa olmazlardır. Deməkm ki, Azərbaycan insanı olmayanlarla yaşayır.

Üstəlik məktubda diqqətimi çəkən ciddi bir məqam, virusdan qorunmaq üçün geyimlərin olmaması.

…Və buradaca STOP! Yəni gerisinə ehtiyac yoxdur. Çünki dünən göndərilən bu şəkil hər şeyi ifadə edir. Vəssalam, bundan sonra TƏBIB-in də yüksək materiyadan danışmasına lüzum qalmır.
Allah atana rəhmət eləsin Seymur.

Jalə Mütəllimova