“Milli” qadın obrazı gəlir…


  • 2020-05-18 15:26:00

Heç nə yazmıram, heç nə demirəm, bu provakasiya deyil, nədir? Bu suala cavab axtarıram.

Reyddə olan polisi çək yuxarıdan, qıcıqlandır. O da emosiyasını saxlaya bilməsin, qayıtsın ki, Sənə nəyi çəkirsən, niyə çəkirsən?! Sən də eləmə tənbəllik, qayıt ki….. gəl yuxarı…soyunuram…

…Nə isə…

…Maraqlıdır, niyə polislərə psixoloji sabit olmağı aşılamırlar? Niyə, anlamaq problemdirmi ki, polisin əli ilə nə oyunlar oynanır?

Bu qız, Nərmin, Mübariz Ibrahimovu söyən, feministəm deyib, qeyri-normal həyat yaşayan, milli dəyərləri olmayan adamdır. Indi onun kimilərin üzərindən Azərbaycan qadınının yeni obrazını sırıyacaqlar bizə və dünyaya. Və mən bilmirəm bu işlə məşğul olanlar informasi idarəçiliti, informasiya syasəti, informasiya təşkilatçılığı haqda nə düşünür? Nədir planları? Ümumiyyətlə gecikdiklırinin fərqindədirlərmi? Ölkədə informasiya təhlükəsizliti və siyasəti işi demək olar başı boş buraxılıb. Iş budur Vuqar Səfərlidən borcu geri almaq çox xırda xidmətdir dövlətə. Onun eçün o boyda Korrupsiya Idarəsi var.

Jalə Mütəllimova