Qadın və sevgisizlik xəstəliyi...


  • 2022-05-18 21:57:00

...Bir də Qarabağ...

Dünən şəhərdəki mall-lardan birində yaranan insidentdə, mahiyyət qalıb qıraqda, bir topa adam qarışıqlıqda beş-üc gənc qızın kadrlardakı görüntüsünü həlqəyə alır, oxla işarələyir. Üzərinə də təxminən belə yazır:

"Bunlardan nə qadın, nə ana olacaq bizə?"

Qadın xəstəliyi var bu cəmiyyətin, burası bəlli. Bir də ondan təhĺükəli bir də sevgisizlik xəstəliyi...

...Həqiqətlərimiz belədir əksər hallarda...

Qadın bərbaddırsa, günahkar kişidir...

Kişi bərbaddırasa, günahkar qadındır...

Uşaqlar bərbaddırsa, günahkar ailədir, ictimai təbliğat mexanizmidir...

Qadın, kişi, uşaq və ailə bərbaddırsa, həmin ölkədə milli şüura, düşüncəyə mütləq kənar toxunuşlar var...

Kənar toxunuşlar varsa, mütləq ciddi boşluqlar var...

Boşluqlar varsa, nəzarətsizlik mövcuddur...

Nəzarətsizlik varsa, məsuliyyətsizlik mövcuddur...

Məsuliyyətsizliyi, sevgisizlik və nəfs yaradar...

Nəfs varsa, rüşvət və korrupaiya qaçılmazdır...

Sevgisizlik varsa, aqressiya, hikkə, nifrət, xaos və davranışlarda qüsurlar qaçılmazdır...

Azərbaycan indi bunu yaşayır. Sevgisizlik xaosunu, nəfs xəstəliyini.

Bir tək çıxış yolu var buradan. Dövlətin də, millətin də, milli şüur və ruhun, dəyərlərin də, QARABAĞdır çıxış yolu, xilası.

Nə əlaqə düşünəcəksiniz? Hələki Azərbaycan ancaq Qarabağ deyəndə tam görünür. Gələcəyə gedəcək yolun əsas apatıcısı da Qərb iqtisadi rayonu, Qarabağ olacaq.

Odur ki, Azərbaycan Qarabağa sarıldıqca, Qarabağı Arsağ, qədim rus torpağı, Qərbin, Avropanın qazanc yeri edənlər də onu bu dövlətdən və xalqdan qoparmağın min yoluna baş vurur.

Bəli, Azərbaycanın dəmir yumruğu, ordusu, dar gündə birləşən xalqı var. Amma SEVGİdən qısırdır demək olat hamı o dar gün olmazsa. Bu da həmin yumruğa, orduya, gələcəyə ziyanlıdır.

Təklif edirəm hamı söyməyə də, döyməyə də, islah etməyə də, ən əsası, sevməyə də özündən başlasın. Özünü analiz edə bilən adam üçün, gerisi özü gələcək, mütləq gələcək...

Jalə Mütəllimova

18.04.2022.