Təəcübüm Əli Kərimlinin məlum statuslarına deyil…


  • 2022-05-18 21:38:00

…O statuslara təəccüb edənlərədir…

Min ildir tanıdığınız düşüncəyə nədir bu təəccüb, təəssüf dolu reaksiyalar?

Yay aylarında Azərbaycan üzrə yeni proyektə başlayırlar. Bu proyektin tərkibi kimi,

1.Radikal müxalifətin aktivləşməsi;

2.Küçə medisının sosial probemləri gündəmə gətirməsi;

3. Ölkədə cinahlara çalışan medianın və siyasi xadimlərin mövqelərinin möhkəmlənməsi;

4.Qazi və şəhid ailələri il dövlətin daha ciddi qarşıdurmasına nail olmaq;

5. Qarabağda yenidən əməliyyatlara nail olmaq;

6. Qarabağda sürətli inşaata qarşı ciddi etirazlar yaratmaqla prosesə mane olmaq.

7.Qonşular arasında baş verən silahlı münaqişələrə hansısa formada Azərbaycan dövlətini cəlb etmək.

Bu durumdan bəhrələnib ölkəyə sanksiyalar tətbiq etmək.

Bəs biz neynəməliyik?

1. Güc və təhlüsizlik orqanlarında çalışmış, təqaüddə olan məlumatlı və nüfuzlu şəxslər ictimaiətin marifləndirilməsi, vətəndaşların siyasi yetişdirilsi işinə cəlb olunmalıdırlar (iki-üç adamla iş yürümür).

2. Niyə dövlət Qarabağı sürətlə inşa edir, 1200 kilometrdən çox yol, üç aeroport və dəmir yolu xətti hrç kim köçürülməyən Qarabağa niyə çəkilir? Bu suala NK başda olmaqla bir çox nazirliklərin rəsmiləri, habelə təcrübəli ekpertlər vətəndaşa açıqlama verməlidir.

3.Qazi və şəhid ailələri ilə bağlı proses daha diqqətlə nəzarətdə saxlanmalıdır. Bu təkcə mənəvi və borc məsələsi deyil. Həm də təhlükəsizlik məsələsidir. Zehnən molla olan düşüncədən bu ailələr xüsusi qorunmalıdır.

4. Ölkənin milli kadrları, peşəkarları, iç siyasətdə informasiya işində, dövlət tərəfindən cəlb mütləq şəkildə cəlb edilməlidir.