Jalebloq.az

Balıq kimi soyuqqanlı…

KÖŞƏ

Balıq kimi soyuqqanlı…

Hərdən baxıram ki, belə adamları yerinə otuzdurmaq lazımdır. Sonra deyirəm, yox qızım, sənin bu adamlara bəlkə də fiziki və mənəvi gücün çatar. Amma çərhayalıqları səni dizi üstə oturdar. Sonra baxırsan elə mövzulara toxunurlar, deyirsən lap çərhəyanın nə boydası olur olsun, bunun sözünün qarşısına bir söz deməyin şərtdir. Noolsun ki, adamın efirdə ayaqqabı çıxarıb camaata göstərmək, kiminsə “qulağından yapışıb” video görüntüdə üzr istətmək kimi “özəllikləri”, huyu var. El arasında “Balıq Hafiz” kimi tanınan, Hafiz Hacıyevi deyirəm… Hansı siyasi kursa, hansı əqidəyə, amala qulluq elədiyi illərdir bəlli olmayan, prezidentliyə namizədlər sırasında zamanla gördüyümüz, indi də parlamentin (iraq və uzaq olsun) üzvlüyünə iddialı olan Hafiz Hacıyevi. Guya canı yanır, guya vətən sevgisi var, guya tələbkardır. Adam söz tapmır desin. Abrına qısıla-qısıla deyirsən ki, əslində heç zad deyilsiniz, Hacıyev. O üzdən Azərbaycan-Gürcüstan münasibətlərinə də girməyin… Məlumdur. Azərbaycan-Gürcüstan sərhədində insident yaşandı. Əsgərə olunan hörmətsizlikdən dolayı, insanlarda narahatlıq yaranmışdı. Əslinə başa düşüləndir insanların bu saf əsgər, vətən, sərhəd sevgisi. Sevinirsən və anlayırsan ki, ən dar anda bir azərbaycanlı belə vətənini, dövlətini kimsəyə verməz. Qoruyar, sahiblənər. Amma iç güvələrimiz olmasa, bu həm də dövlət-vətəndaş yaxınlaşmasını daha da dərinləşdirən məqamlardan biridir. İç güvələrin bir qısminə zamanı gəldikcə yola salınan məmurlar təşkil eləyir. Böyük bir qismi isə kənardadır. Məsələn ,biri Hafiz Hacıyev. Adam baş verən hadisədən yana vətəndaşı dövlətə qarşı qaldırmaq məqsədini qoyub qarşısına. Onun məqsədi, məramı bəlli. Prosesin haralardan idarə edildiyi də bəlli. Yəni mənzərə tam aydındır. Ümumi və şəxsi mənfəətləri üçün kimə desən hücum edər bu kateqoriya adamlar. Ona da “Eyvallah”, eləsinlər… Amma hədəf Azərbaycan sərhədçisi, əsgəri, zabitidirsə, onda durun bir zəhmət, Hafiz Haciyev. Bu sizin tanıdığınız hər cür balıq növünə bənzəməyən hadisədir. Bu mövzuda onsuz da yatmış vulkana bənzəyən Azərbaycan vətəndaşlarını, qızışdırmaq olmaz. Yaxşı bilirsiniz ki, dövlət bu məsələdə, dostlardan biri demiş, gerçəkdən “fil” səbri nümayiş etdirdi. Keşikçi dağ kompleksi ətrafındakı hadisələr zamanı prosesin gedişində bir adamın burnunu qanamağa qoymadı. Eyni zamanda Azərbaycan sərhədində lazımi möhkəmlənmə işlərini də gördü. Qarşı tərəfi həm siyasi, həm diplomatik dillə yerinə oturtdu. Hətta Gürcüstanın yerli hakimiyyətinin də başına bəla olan keşiş qiyafəli güruhun, dağ gürcülərinin və onları qızışdıran üçüncü qüvvələrin üstünə isə ümumiyyətlər getməyi lazım bilmədilər indilik. Onsuz da ermənilər danışıqlar masasına oturmamaq üçün bacardıqları qədər çərhayalıq eləyirlər. Növbəti bəhanə hələlik lazım deyil. Bunun əksini eləmək olmazdı. Siz də bu olmazı bilməmiş adam deyilsiniz. Bilə-bilə edirsənsə dövlətə xəyanət, insanlara münasibətdə cinayətdir və fərdi maraqlarını güdmək göstəricisidir. Məsələn, bir-iki general, ya da sizə lazım olan məmur sizi görüşə dəvət etsin deyə edilən cəhddir… Sizi tanımayan az yazar və adam var bu ölkədə, Hafiz müəllim. Siz siz olun fərdi maraqlarınz təmin olunsun deyə insanlardan “pilləkən” düzəltməyin özünüz üçün… Ya da buyurun qızışdırın. Söydürün, dağıtmağa dəstək olun bu ölkəni. Fərdi nifrətinizi, kininizi dövlətə yönəldin. Kimlərləsə bağladığınız ziyanvericilik “müqaviləsinin” əsas mahiyyəti də bundan ibarət deyilmi?! O üzdən sizdən umulacaq nəsə yoxdur. Yəni adınıza, əstəğfürullah, ləqəbinizə uyğun davranırsınız. Balıq qədər soyuqqanlı olun bundan sonra da. Namınıza yaraşan bu zatən, balıq olmağa davam eləmək. Nəyinizə lazımdır ey, sizin bir qom çırpınız ha, yanmayacaq Azərbaycan dağılanda?!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top