Jalebloq.az

14 yaşlı uşağı edam edən Amerika, Əli İnsanovun xaric sevgisi və mənim vicdanım…

KÖŞƏ

14 yaşlı uşağı edam edən Amerika, Əli İnsanovun xaric sevgisi və mənim vicdanım…

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv fərmanı imzalaması hadisədir. 431 nəfər əfv olundu. Onlar qısa zaman ərzində azadlığa buraxıldı. Tanıdıqlarımdan Gözəl Bayramlı, Fuad Qəhrəmanlının, keçmiş səhiyyə naziri Əli İnsanovun, NİDA-çıların, jurnalist Fikrət Fərəməzoğlunun adının siyahıda görməyim sevindirici oldu. Adıçıkilənlərin həbsinin motivi onların siyasi baxışları deyildi, əməllərində cinayət tərkibinin olması idi. Ancaq sabiq nazir Əli İnsanov çoxu kimi mənim də sevincimi ürəyimdə qoydu.

Həbsdən çıxıb keçirdiyi ilk brifinqdə siyasi iddialarını, mövqeyini ortaya qoydu:  Azərbaycan quyunun dibindədir. Onu bu quyudan çıxarmaq istəyən hər kəsə dəstək verməyə hazıram. Həbsdən azad olmağımda xüsusi rolu olan Amerika və Avropa dövlətlərinə dərin təşəkkürümü bildirirəm.

Müxalifət düşərgəsi ilə yaxınlıq edəcəyinə gəlincə, sabir nazir “hələ bilmək olmaz mən müxalifətin yanında olaram, yoxsa müxalifət mənim” kimi ritorik cavab verdi. Əslində ilk çıxışında Amerika və Avropa deməsi Əli İnsanovun kimin yanında olmasına dair ciddi göstəricidir.

Qeyri-səmimi olmaq istəmirəm. Əli İnsanovu Prezidentin əfv etdikləri siyahısında görmək istəyirdim. Buna bir şəxsi səbəbim var. O, mənim oğlumun və özümün həyatını xilas edən tibb adamı idi gözümdə. Yəni Əli müəllimə bir təşəkkür, minnət borcumuz var idi ailəcə. Onu ziyarət edib oğlumun on beş yaşında və həyatda olmasına görə səmimi təşəkkür etmək də keçirdi ürəyimdən. Ancaq qısa brifinq bütün düşüncələri alt-üst etdi. Düzü bir qədər də dövlət, dövlətçilik təəssübü üstələdi hər şeyi. Nə zamansa faydasını şəxsən gördüyüm İnsanovun bu gün açıqladığı siyasi məqsədlərində Amerika və Avropaya söykənməsini qəbul edə bilmirəm düzü. O, bunu aydınca ifadə elədi, çağırış və hədə kimi  səsələndirdi.  Xoş olmayan, hikkəli fikirlər idi. Həm də  bu.

-indən belə sabiq nazirin kimin adamı olaraq fəaliyyət göstərəcəyinə işarədir;  

Bu həm də Əli İnsanovun həbsə qədər kimlərlə əməkdaşlıq etdiyinə dair göstəricidir. Sabiq nazir aqressivdir, nifrət doludur. O, indi çox az üzvü dəyişən, zamanında təmsil olunduğu siyasi komandanın ünvanına korrupsiyaya bulaşmış, avtoritar rejimin adamları və sair sərt ifadələr səsləndirir. Soruşmaq lazım ki, müəllim bəs o adamlarla çiyin-çiyinə olanda siz kim idiniz?!..

Ən xoş olmayan və sinir pozucu məqam da bu ki, sabiq nazir ölkə Prezidentinin gördüyü çox böyük bir işi, imzaladığı əfv fərmanını xırda iş adlandırır. Deyir ki, İlham Əliyevi məni azad etməyə  məcbur qoydular.  

Qəribədir, müstəqillik dönmindən bu yana Qərb və Avropa Azərbaycanda görülən bütün yaxşı işlərin “xaç atası” kimi özünü hər kəsə sırayır.

Burda STOP!

Əslində  diqqətinizə Amerika və Avropanın içi üzünü bir daha görmək üçün bir tarixi fakt…

Amerika George Stinney adlı 14 yaşlı  qara dərili uşağı elektrik masasına əyləşdirməklə edama məhkum edən dövlətdir.  O həm də Amerika tarixinin də elektrik masasında əyləşdirilərək edam edilən ən gənc adamdır. Bu balaca qaradərili oğlan ilk məhkəmə günündən ölüm anınacan ağlaya-ağlaya günahsız olduğunu deyib, əlindəki müqəddəs “İncil”ə qısılıb. George 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılıb. Əslində günahı qızlar öldürüldüyü gün onların evinin yaxınlığından tapılması olub. Balaca Georgenin məhkəməsindəki  jüri üzvlərinin hamısı ağdərili amerikalılar idi. Məhkəmə cəmi iki saat çəkib.  On dəqiqə ərzində hökm elan olunub. Ümumi proses iki saat on dəqiqə çəkib.  

George edam anına qədər, 81 gün idi ki, valideynlərini görmürdü. Evindən 80  km uzaqda saxlanılırdı. Müdafiə üçün ona vəkil belə təyin olunmamışdı. Başına 5380 volt elektrik verilən 14 yaşlı, qaradərili balaca, əzab içində qətlə yetirilib. Ölümündən illər sonra isə günahsız olduğu aşkarlanıb. Onun günahı qaradərili olmasında idi…

…Və hörmətli Əli İnsanov siz də deyirsiniz Amerika və Avropaya minətdaram eləmi?! Cəmi iki saat on dəqiqəyə araşdırmadan, vecinə almadan,etinasızlıqla bir balacanın talehini həll edən yırtıcı bir dövlət sizin havadarınız, xilaskrınızdır eləmi? Sözüm yoxdur, olsun…Zatən brifinqdə qismən amerikalı idiniz siz də…

…Əslində anlaşılandır, hər kəsin kiməsə bir təşəkkür, minnət borcu olur. Məsələn, mən sizə təşəkkür etdim oğlum və özüm üçün. Çox adam məni qınadı, minnətdarlıqla, yaltaqlıq, tərif arasında fərq görməyən “məsumlarla” işim olmaz. Bu üzdən onlara da nəsə demədim. Ancaq onlar sizin haqqınızda danışanda mənə “korrupsionerə, pis adama təşəkkür eləmək olmaz” deyirdilər. Siz onları haqlı mənim vicdanlı yanaşmamı haqqsız çıxardınız.  Bu halda belə əxlaqım və vicdanım “haqlısan, səmimisən, qorxma” söylədi.

Siz də ABŞ və Avropaya təşəkkürdə mənim qədər vicdanlısınızmı? Təşəkkürünüzdə mənim qədər səmimisinizmi? Yoxsa bu xox gəlmək, hədələmək, gəlirəm, çıxdım deməkdir kiməsə?

Düzü yenə də vicdanlısı və ədalətlisi bu ki, davranışlarınız ikincidən xəbər verir. Yəni dedikləriniz hədədir, barmaq silkələməkdir. O üzdən əlimdə səlahiyyət ola sizə görə son dərəcə səmimi sevincimin üstüna bir qara xətt çəkəm, təzədən içəri göndərəm sizi. Deyəm ki, buyursun Əli müəllim, Qərb və Avropa sizi içəridən yenə çıxarsın, biz də görək!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top