Jalebloq.az

Bizə sataşma, Aslan!..

KÖŞƏ

Bizə sataşma, Aslan!..

Neçə gündür gündirliyimiz yoxdur. Ölkə başçısının jurnalistlərə bağışladığı evdən dolayı bir hay-küy yaşanıb. Anlaşılmazlıq olub. Biz bu məsələdə  aidiyyatı dövlət qurumları ilə anlaşdıq, amma dəhşətə gəldiyim bir şey var, insanların pis günə, pis olaya sevincli olmasına. Üstəlik yaranan hər pis durumdan necə bəhrələnmələrə. Məsələn, Aslan İsmayılovun “ura!” şüarları ilə sosial şəbəkə statularına və 265 ailəyə tökülən nif-naləyə, etdirdiyi qarğışa baxıb da dəhşətə gəldim. Bu evlərdə qocalar, körpələr, analar, bacılar, çox-çox kasıb adamlar, hələ övladına məktəb tədarükü görə bilməyən onlarla ailə yaşayır. Və o ailələrin hər birinin cəmi bir üzvü yazardır. Pismi, yaxşımı yazır, nə qədər populyar biridir bu ayrı məsələdir.  Amma ölkənin min nəfərdən artıq müxtəlif yaş kateqoriyalı insanı yaşayır bu mənzillərdə. İnsan bu qədər ruhsuz, acımazıs, duyğusuz necə ola bilər ki, onların başına gələ biləcək hər hansı ehtimala görə yaşanan olaydan həzz alsın. Onu bəh-bəhlə paylaşsın. Görəsən o söyənlərin qarşısında, yazılanları oxuyanda A.İsmayılovun iki yaraşıqlı və xaricdə təhsil almış balası gəldimi gözü önunə? Görəsən, A.İsmayılov mətxəbində, evində dolaşan xanımını göz önünə gətirdimi? O ağsaqqal-ağbirçək adamların çölə atılmasına hırıldayan bir qrup zombisi ilə sevincini bölüşəndə ata-anasını xatırladımı A.İsmayılov?  Burdakı jurnalistlərin nə zamansa ölkədə bir hadisə baş versə dövlətinə qarşı çıxacağını necə ağlına gətirə bildi? Necə bu ağlına gətirdiyi hədyanı yaymağa vicdanı yol verdi? Və ümumiyyətlə, görəsən A.İsmayılovun vicdanı gecə nə dedi bu məsələlərə?!..

Onun ədalətli olmasına inansaydım, bütün müqəddəslərə and olsun ki, gedib yanında dayanardım, qarşısında deyil. İndi də qarşısında dayanıb sadəcə suallar verirəm.

Deyirəm ki, İçəri şəhərin qala divarında, məsələ ortaya çıxanda necə memar oldunuz?

Ədliyyə naziri  Fikrət Məmmədovu niyə şantaj edirsiniz?

Vəkil kimi niyə fəaliyyətini bərpa edə bilmir?

Vəkilliyinə niyə xitam verilib?

Aslan müəllim, o gənc oğlan ölümü vardı ha, qanı batdı, nişanlısının atası vəzifədən atıldı, onu qətlə yetirənlərin biri Dubayda, o biri Rusiyada yaşayır, bax o oğlan yadınıza düşürmü hərdən?

Sumqayıt hadisələrində niyə Azərbaycandan, azərbaycanlılardan yana olmadınız? Sizi nəylə şantaj elədilər?

Cəmil Əliyvdən umacağınız nədir?

Onkoloji problemli, canı boğazında olan adamlardan nə istəyirsiniz? Sonunu ölüm olduğunu bilən adamlara niyə bu qədər qarğış etdirirsiniz? Onlar sizin sui-istifadələrinizdən xəbərdardılarmı?

Düzdür, kimsə onların problemlə üzləşməsini inkar eləmir, amma siz də onlara canıyanmışlıqdan etmirsiniz axı etdiklərinizi, bunu bilirlərmi? O insanlar bilirmi ki, Cəmil Əliyev, Fikrət Məmmədovun dayısıdır? Ehtimal edirlərmi ki, siz Fikrət Məmmədovda nail ola bilmədiyinizi Cəmil Əliyevə “hücum” qurub da əldə eləmək istəyirsiniz?

Tutalım ki, siz ədalətli insansınız və vətəndaş mövqeyindən çıxış edib insanların hüquqlarını müdafiə eləməyə çalışırsınız. Sizi and verirəm inandığınıza və sevdiklərinizə, Aslan müəllim bu günəcən o yazıq, problemli, xəstə adamlardan hansının, neçəsinin məsələsi həll olunanan qədər işin dalıyca düşüb getmisiniz?

Yox əgər getmirsinizsə, niyə?

Nə isə suallar tükənməzdir. Bir də müşahidələr var. Baxırsan adam,  Sevinc Osmanqızının efirindən söyür…

Sonra baxırsan öz efirindən tərifləyir…

Sonra təzədən geri dönür, Prezidentin ictimai məsələlər üzrə köməkçisi Əli Həsənovla “atışmağa” başlayır.  “Atışmaq” deyəndə, təkcə özü danışır… Ə.Həsənovun reaksiyasına gəlincə, bu sıfırın altındadır.

Baxın, qarşınızda biri dayanıb, saçını yolun, üzünü cırır, dizini yerə qoyur, sonra qalxır, başını o daşa, bu daşa vurur, alnını yerə qoyur, özünü tozda sürüyür, nə bilim dombalaq aşır və sair…sən də ona baxa-baxa öz-özünə  düşünürsən ki, “balam, bu niyə belə eləyir axı?” Yəni Əli Həsənovla Cəmil Əliyevin Aslan İsmayılovun hərəkətlərinə reaksiyaları təxminən belədir.

Arada havadarları dartıb onu İTV-nin nüfuzlu verilişinə də müsahib kimi çıxarırlar…

Gah müxalifət olur, gah iqtidar, gah Aslanl da olmur, deyirlər Allahvedidir…

Azərbaycanın ictimai həyatında bu çağacaq bu qədər mücərrəd, qarışıq, mənasız birinə rast gəlmədim düzü.

İndi də bu adam, mətbuata jurnalistlərə girişir. Yəqin ki, durumu belədir, dizini atıb yerə yalvarır ki, ya Allah bu jurnalistlərdən evi alıb versinlər filankəslərə. Əslində filankəslər  bir evi yox, ölkəyə gələn hər quruşun sahibi olmağa layiq adamlardır,  qazilər və şəhid ailələri.

Öz adıma deyirəm tamamdır, əgər mənim dövlətimdə bunu etmək lazımdırsa, canım da o insanlara fəda. Yenə də öz adıma,  sabah bu ölkədə, bu dövlətdə nankor adamlar sayəsində hər hansı olay olsa belə dövlətimdən, millətimdən yana olan biriyəm. Böyük bir ordunun təbii ki, satqını da olur, zəvzəyi də, mədri də, namərdi də. İndi məsələn, bu vətən, A.İsmayılov kimi qarmaşa adamdan imtina edirmi, yox! Əminəm sabah dünyasını dəyişəndə, bir məzar evində də qoynuna alacaq onu bu torpaq, elə hamımızı, onda nə istəyir mediadan bu adam. A.İsmayılova bir sualım da var: Məni söysəniz və ya söydürsəniz də, sahib olduğunuz şəraitə, detallarına varmıram, çoxmu halal yolla nail olmusunuz? Və əminəm əksər sabiq prokurorlar, hüquq adamları mütləq sizin kimi “halal” qazanmışlardır. Oysa şəxsən mən illər öncə sizin Azərbaycana dönüşünüzlə fəxr eləyən media adamlarından idim. İndi bu fəxarət duyğuma da, sizin bu günki təmənnalı fəaliyyətinizə də lənətdən başqa heç nə diləyə bilmirəm. Kaş ki, dönməsəydiniz…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top