Jalebloq.az

Corcun əl meymunu, yalançı müxalifət və dövlətinə “satılan”…

KÖŞƏ

Corcun əl meymunu, yalançı müxalifət və dövlətinə “satılan”…

Təzə mövzu var: Dövlətə satılıblar. Əli hər yerdən üzülənlər belə deyir. Özünü müxalifət bilənlərdən gedir söhbət. Daha bezmir adam, ürəyi bulanır.

…Zamanında şimal bölgələrində vəhabilərin, nurçuların hələ təzə-təzə at oynatdığını yazan ilk müəlliflərdənəm. Özü də bu reportajı “Azadlıq” radiosunun efirindən verməyə müvəffəq olmuşdum. Yəni Azərbaycanda siyasi qarışıqlığın davamlı olmasına xidmət göstərən bir beynəlxalq radionun efirindən.

O efirdən ki, “işğal altında olan Azərbaycan torpaqları” ifadəsi daxil, üst-üstə qırxa qədər siyasi yükü olan fikiri və sözü efirində, məhz Azərbaycan redaksiyasında işlətməyi qadağan etmişdi. Sonra yenə ölkənin şimalında “Sadval” təhlükəsi barədə material hazırladım həmin efirdə. Düzü bu mövqeyimə görə sevilməyənlərdən idim. Səbəb? Qadağan olunmuş ifadələrdən ən müxtəlif formalarda istifadə etməyə cəhd etməyim idi…

Dövlət qulluğunda olan bəzi adamların, dövlətin başına necə “corab hördüklərini” yazdığıma görə tez-tez etirazlar, incikliklərlə üzləşirəm indi də.
Məlum Aprel hadisələrində, ağır döyüşlər keçirilən günlərdə də dövlətimin yanında oldum, qarşısında yox. Həm də qələmimlə. Dayanmadan yazdım, xidmət göstərdim.

Gəncə olaylarında bir gecədə bir neçə yazı işləyən, kampyüterin arxasında yuxulayan yazar, vətəndaş, ana oldum. O qədər yazılar və işlər var ki, iyirmi yeddi illik fəaliyyət dövründə bu ilk ağlıma gələn məqamlar oldu.
Yəni bu mənzil üçün kimsə qarşısında minnətli deyiləm, bir dövlətim xaric.

Qaldı son dərəcə mənasız ittihama… “Amma sənə evi İlham Əliyev verdi” “qaxıncına”. Kinli, aqressiz və gerizəkalı beyinlərədir sözüm, sağlam düşünənlərə yox. Bu evi mənə Azərbaycan dövləti adından, ölkənin siyasi lideri, Prezident İlham Əliyev verib. Yəni real hakimiyyətdə olan adam. Anlaya bilmirəm, kimdən almalı idim dövlətin verdiyi mükafatı? Hansı müxalifət lideri o təqdimatda iştirak edib mükafatı bizə verməli idi axı?!.. Gülünc şeylər uydurmayın bəylər!..

Dövlətə “satılmaq” deyiminə gəlincə, əslində dövlətinin təhlükəsizliyinə xidmət etmək, dövlətinin bünövrəsinin həm də bəzi məmurlar daxıl, adını müxalifət qoyanlar tərəfindən qazındığını deməyi bacarmaq, yeri gələndə sıravi adamlara edilən əziyyətlərdən danışmaq, Corca satılmaqdan yaxşıdır. Siz Corca satılmısınız.

Şükür olsun dövləti yıxmağa çalışan iç düşmənlərdən pul almıram…

Ondan pul alıb, buna, bundan pul alıb ona şər atıb, yazı da yazmıram…
Xaricdən qrant alıb, aksiya da keçirmirəm…

İçəridən razılıq alıb, siyasi maraq və əqidəmə xəyanət də eləmirəm…


Başqa ölkələrdə otellərim, bahalı xaici məktəblərdə oxuyan övladlarım da yoxdur…

Dədəmiz, nənəmizsə sıravi kənd adamlarıdır…


Düzünə qalsa bu qədər saf olub, fəaliyyət göstərdiyimə görə özümü də özümə uduzmuş bilirəm.

Sadaladığım şərtlər son dərəc ağır çünki. Sonra da düşünürəm ki, yox, elə yaxşısı budur. Çünki övladlarım illər sonra böyüyüb də fəaliyyət göstərdiyim sahədə analarını araşdırası olsalar başlaırını yerə soxacaq, üzlərini qara edəcək heç nəyə rastlamayacaqlar. Maraqlıdır dabbaqda gönünə bələd olduğum müxaliflər də bu cürdürmü?…

Hə, bir də qaldı ona ki, hansı düşərgədə yetişib, indi harda, kimisə “vuranlardan” biriyəm. Əsla belə deyildir. Mərhum Əbülfəz Elçibəyə indi özünə müxalifət deyənlərin qurduğu oyunları, “Azadlıq”qəzetinə ayrılan maliyyə vəsaitlərinin başına gələn olayları son dərəcə gözəl xatırlayıram.

Onu da xatırlayıram ki, indiki bərbad gündə olan jurnalistika yox, mənim illərimdə, yəni 90-larda Xəqani 33-dən, sevimli iş yerimdən, “Azadlıq” qəzeti redaksiyasından, “Gənclik” metrostansiyası yaxınlığındakı mənzilimə piyada getdiyim günlər olub. Həyat üçün təhlükəli bir yazını redaksiyaya təhvil verdiyim günlər idi həm də o günlər. Hansısa təhlükə var idi. Məhz peşəmizlə bağlı, yazdıqlarımızla əlaqəli. Kirayə qaldığım ev soyuq, kasıb idi. Soyuducum boş olardı çox zaman. Bəzən ödənişini edə bilmədiyim üçün elektriki də kəsilmiş olurdu evimin.

Özünüzə ağlınız getməsin mənim kimi adamların kimsəyə satılmaq niyyəti olmur. Zatən başların nə gəlirsə elə bu qürurdan gəlir. Amma günlərin birində seçim qarşısında qalıb, “Corc, var-dövlət, problemsiz həyat, hər şeyin lüksü, dövlətinə xəyant, satqınlıq, yoxsa Azərbaycan, kasıblıq, ehtiyac, problemlər?” deyə soruşsalar, sizlərin çoxundan fərqli olaraq yenə də Azərbaycan deyəcəm cənab müxalifət liderləri. Düşünürəm, Corcun qarşısında varlı əl meymunu olmaqdan, yalançı müxaliflikdən yaxşıdır, dövlətinə xidmət edən, sizin dillə desək “satılan” olmaq…

Qaldı bu ki, “sizin düşərgədə yetişən adam”, niyə Əbülfəz Elçibəyin ölümündən sonra, İlham Əliyevə müsbət yanaşdı. Deyim, o, sizin hər birinizdən, hətta komandasındakı bir çoxlarından humanistdir, insanlığa və insanlara qarşı…

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top