Jalebloq.az

Dərs “RELAX”…

KÖŞƏ

Dərs “RELAX”…

“Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət və turizm mərkəzində cari ilin avqustun 16-da nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb. Buna səbəb mərkəzdən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması olub. Faktiki sahəsi 14 hektardan çox olan, qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində, müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib. Bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərib”.

Bu Lerik “Relax”da dövlət təmsilçilərini daş-qalaq edib, döyüb qovduqdan sonra, ölkə prokurorluğu, DİN və Vergilər Nazirliyinin birgə açıqlamasından qısa məlumatdır.

2019-cu ildə, “Relax” cəmi 927 manat vergi verib, polisi, vergi müfəttişlərini döyəcək qədər “ürəkli” olub. Niyə? “Relax”ın rəsmi rəhbəriliyi İğval vəkildədir. Artıq İğval vəkilin oğlu, saxta seyid, Mirhəmid (niyə “mir?”, ailə dini etiqadına görə seyid deyil axı…) də daxil, altı yaxını həbs olunub. Yəni MM-in üzvü, özü olub fəaliyyəti olmayan, susqunlardan olan deputat İqbal Məmmədov və təbii ki, ona “krışalıq” edən daha nəhəng məmurlar bu dəfə məsuliyyətdən qaça bilməyəcəklər. Amma bu hadisədən çıxan bir neçə qənaət var ki, onların yaxşı dərs olması üçün yetərincə çox oxunması, mənimsənilməsi və bu şərtlərə əməl edilməsi həyati əhmiyyətli vacib olsun…

Birinci vacib məqam: “Müxaxlifət” söyür. Hakimiyyəti, dövləti, siyasi lideri. Niyə? Guya ki, bu qədər zamanda niyə göz yumulub? Niyə səs çıxmayıb? Niyə mübarizə aparılmayıb? İndi siyasi məqsədləri üçün addım atıblar? Bəli, bir ölkənin bünövrəsini qazıyanların yox edilməsi prossesi həm də siyasi işdir. Və çox böyük pulların oynadığı, hanısısa formada vəzifələr əldə edən adamlarla həmişə uzunmüddətli mübarizə aparılır. Bu bir günün iki günün işi deyil. Bilmək olmaz bəlkə, nə zamansa hansısa post tutan müxaliflər bəlkə imam-peyğəmbər övladı olub, xəbərimiz yoxdur…Yəni cənab iş adamları maliyyə fırıldaqlarınız, özbaşınalıqlarınız və harın əməlləriniz bləcə geridönüş edir. Sizə yox, siyasi liderə. O siyasi liderə ki, ona dəyən zərbələrin nəticəsində siz varlanıb, adam olub, iş qurmusunuz…

İkinci vacib meqam. Yeqin ki, xaricden soyush muxalifeti Lerik Relaxs-da bash verenlerden dolayi hele bir xeyli zaman ölke rehberliyini tehqir ede-ede ritorik efirler başlayacaq. Qarshilarina cixan olacaqmi? Tebii ki, xeyir. Heç bu hadisəni törədənlər belə bunu edəcək qabliyyətdə deyillər. Meselen, İğbal deputat onlara nə deyəcək, necə minlik saatindanmi danishacaq? Vezifeye qoydurdugu üç fərsiz icra bashcisındanmı bəhs edəcək? Relax kimi obyektleri hansi yolla qazandığını, kimə necə şapka verdiyinimi danışacaq? Yoxsa övladının azğınlığındanmı bəhs edəcək? Təbii ki, o, və onun kimi helə onlarla deputat-iş adamı susacaq. Qoy söysünlər, nəylərinə gərək, əsas olan bu ki, İğbal muellimin tayfasi dövlətin vergi müfəttişini, polisini yaxşi eziçdirəcək qədər bacarıqlıdır… Və söyüş müxalifəti… Aydindir, iki vur, iki qədər bəlli şeydir ki, onlar hardan və hansı məqsədlərlə maliyyələşdirirlər. Mənim demək istədiyim alayı şeydir. Onların sosial şəbəkələr, YOTUBE kanalı üzərindən qurulan projelərinin bəyənmə sayı hər birində minimum on mini keçir.  Baxiş statistikası iki-üc o qədərdir. Bu onun göstəricisi ki, kimsə onlara məlumat almaq, kimsə maraq üçün, kimsə gerçəkdən hikkəsinən problemlərini yoluna qoya bilmədiyi səbəbindən baxır. Və onlar məhz problemlərdən, hikkədən baxan auditoriyanı qazanır. Azı gündə beş yüz, altı yüz adamı “Relax” yiyələri və ya başına buyruq məmurlar üzündə biz itiririk onlar qazanır. Bu hər günü, hər aya, ilə vuranda artıq real təhlükə görünür. Təsəvvür edirsinizmi? Ziyalı, düşüncəsi yerində admlardan yox, aqressivlərdən ibarət nəhəng bir söyüş, dağıdığı gücü üstün auditoriya. Bunu dövlətə siyasi liderə qarşı məhz sizlər yaradırsınız. Özü də qarşılarını hansısa formada çıxmağı lazım bilmirsiniz. Axı onlar sizdən zəifdir. Bəli, zəifdir, cılızdır, ədalətsiz, əxlaqsız və vicdansızdırlar, amma siz düşündüyünüz qədər də təhlükəsiz deyillər.

Bilmirəm hanısısa qərbli siyasətçinin fikirdir, deyir, özünə düşmən deyib üstünə gələn ən xırda adamı da nəhəng biləcəksən ki, başı inkişaf etməsinə qarışmasın, nəhəngliyi ilə ovunsun və sənə onu yenmək üçün zəmin yaratsın…

İndi inanmıram ki, İğbal deputat və bir xeyli onun kimisi bu qərbli siyasətçidən xəbərdar olub. Onlar heç dövlət adından gələn məmurun həm də dövlət olduğundan xəbər tutub vecə almayanlardır…

Uçuncu vacib məqam. Gədik çatdıq vergiyə. Fərdimdən danışacağam. Mənim bu dövlətdə iş yerim yoxdur. Yazdıqlarım qarşılığında simvolik qonorar alıram. Həyat yoldaşım işsizlikdən taksi sürücülüyü edir ailəmizi keçindirmək üçün. Amma biz vergi veririk simvolik qazanclarımızdan. Dövlətin qoyduğu qaydaya çətin də olsa əməl eləməyə çalışırıq. İndi biri ya da biriləri dövlətin, siyasi liderin ayağının altını qazıyan bu harınlara anlatsın ki, kasıb qədər qeyrətli olmalıdır insan. Yüz minlik saat da taxmaq olar, yüz minlik maşın da sürmək olar, amma əvvəlcə ADAM və VƏTƏNDAŞ olmaq lazımdır. Səni sən edənlərin ayaq altına salınmasına yol vermək olmaz, insanda sədaqət, əxlaq, vicdanın olması onu cibindəki pul qədər, bəlkə daha artıq zəngin edər.

Ən  vacib məsələ. Cənab iş adamları, bir qrup məmur-iş adamı. Sizin obyektlərə gələn vergi müfəttişi, polis məmuru nə Mikayıl Cabbarovun, nə də  Vilayət Eyvazovun ailə üzvü deyil. Dövləti təmsil edən, dövlət adından göndərilən adamlardır. O üzdən kəmsavad çevrənizə başa salın, dövlət adından gələnlərə atılan daşları da, vurulan şapalaqları da dövlətə vurursunuz.  Dövlət başçısını söyüş, təhqir ünvanı edirsiniz. Bilirsinizmi, cənəblar, bu həm də sizin insanlara göstərdiyiniz yoldur. Deyirsiniz ki, nə yolla olur olsun qazan, sonra söy, daş-qalaq elə, qov, vurdağıt… 

Bir söz demirəm, deputatlı oliqarxlı nümunəniz… nə isə, necə lazımdısa elə də eləyiblər artıq. Həm də elə eləyiblər ki, ağlı olanların hamısına babat dərsdir…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top