Jalebloq.az

Dağlıq Qarabağ münaqişəsi

KÖŞƏ

Dağlıq Qarabağ münaqişəsi

Dağlıq Qarabağ münaqişəsi

Milli maraqlar və beynəlxalq hüququn normaları çərçivəsində həll…

Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücun diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub.  Bu Azərbaycan Prezidenti İlham Əliyevin balanslı siyasətinin nəticəsidir.

Həyata keçirilən qlobal iqtisadi layihələrin nəticəsində,

– yeni əməkdaşlıqlar formalaşıb;

– regionda iqtisadi-sosial rifahın təhlükəsizliyi təmin edilib;

– qarşılıqlı səmərəli əməkdaşlıq mühiti formalaşıb;

– Azərbaycan balanslı siyasət nəticəsində qlobal güclərin yürütdüyü təzyiq-təcdir siyasətinə qoşulmadı;

– İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələri, dostluq və mehriban qonşuluq siyasəti gücləndi;

Məsələn, ötən il Azərbaycan və Rusiya prezidentləri altı dəfə görüşüb. Ölkə başçıları arasında möcvud şəxsi dostluq münasibətləri iki ölkənin bütün istiqamətlərdə əlaqələrinin inkişafına son dərəcə mühim təsir göstərib. Bu barədə Azərbaycan Przidenti İlham Əliyev “Rasiya 24” kanalına müsahibəsində geniş danışıb:

Bizim münasibətlərimiz prinsipcə çox dinamik inkişafla, sabitliklə, davamlı olması ilə səciyyələnir. Biz mehriban qonşu və etibarlı dostuq. Bu, dəfələrlə sübut olunub.  Budur, bu yüksək etimad səviyyəsi, ilk növbədə, həm də siyasi qarşılıqlı fəaliyyətdə çox layihələrin həyata keçirilməsinə kömək edir. Siz doğru qeyd etdiniz, mən Prezident Putinlə altı dəfə, o cümlədən mənim Rusiyaya rəsmi səfərim çərçivəsində və onun Azərbaycana səfəri çərçivəsində, eləcə də beynəlxalq tədbirlərdə görüşmüşəm. Bu görüşlərdən hər biri nəticə verib.

***

Azərbaycan-İran əlaqələrini gəəlincə, iki ölkə başçısı arasındakı isti münasibətlər yaranıb. Bu qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərib.  Nəticə olaraq:

-Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı;

-Qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələini gücləndi;

– Ən çətin məqamlarda  rəsmi Tehrana dəstək verildi;

Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri bu münasibətləri daha da möhkəmləndi. Ölkələr bir çox iqtisadi layihələr çərçivəsində əməkdaşlığa davam etməkdədirlər.  

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə TREND İnformasiya Agentliyinə müsahibəsində məsələ haqda nətraflı danışıb:

İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16 faiz, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73 faiz artıb. İran və Azərbaycan arasında siyasi əlaqələr baxımından 2018-ci ili analoqu olmayan il adlandırmaq olar. Çox uğurlu il oldu. Ötən il İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin bir neçə dəfə Azərbaycana səfər etməsi rəsmi Tehranın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə böyük maraq göstərməsindən xəbər verir və ümidvarıq ki, 2019-cu ildə də əlaqələr bu şəkildə davam edəcək.

İran Silahlı Qüvvələrinin Baş Qərərgah rəisi, general-leytenant Məhəmməd Baqeri isə bildirib:

-İran Qarabağ torpaqlarını Azərbaycan torpağı hesab edir. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.

Qeyd edək ki, general Baqerinin söylədikləri İran rəsmilərinin Dağlıq Qarabağ münaqişəsi haqda indiyə qədər verdiyi ən mühim bəyanat  sayılır.

***

Türkiyəyə gəlincə, Azərbaycan qardaş dövlətlə müstəqillik illərində  yeni keyfiyyət mərhələsini daha da inkişaf etdirməyə  nail olub. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafı  “bir millət, iki dövlət” şüarına yeni məzmun da gətirib demək mümkündür.

***

Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq əlaqələri qurub.  həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühim faktora çevrilib.

***

Rusiya, Türkiyə, İran və Gürcüstanla beynəlxalq ictimai rəyin gözü qarşısında bu qədər uğurlu qonşuluq münasibətləri quran, inkişaf etdirən Azərbaycan, eyni zamanda işğalçı Ermənistanın təcdir siyasətini də uğurla davam etdirib. Bu mövqe Ermənistanın siyasi-iqtisadi sistemini, hakimiyyətini  iyirmi ildən artıq bir dönəmdə zəbt etmiş xunta rejiminin çökməsində mühim rol oynadı. 

Bu gün Azərbaycan Ermenistan xaric, digər region ölkələri ilə strateji tərəfdaşlığınıı inkişaf etdirir. Bu Azərbaycanın beynəlxalq nüfuzu artırır:

-Avropa İttifaqı ilə əməkdaşlıq platforması yaradılır;

– Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlığın möhkəmlənməsi istiqamətində iş görülür;

Ermənistanın xarici siyasətində isə ciddi geriləmə müşahidə olunur. Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar ölkənin xarici siyasətində nəzərəçarpan təhlükəli fəsadlar müşahidə olunur. Nəticədə Ermənistanın Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi ehtimalı ortaya çıxır. Bu mümkün təhlükə rəsmi Moskva və Tehranı Ermənistana qarşı ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir. Bəs əslində Ermənistanda iki mühim qonşu Rusiya və İranla bağlı hansı dəyişikliklər baş verir?!..

– Rusfobiya müşahidə edilir;

Buna qarşılıq olaraq Rusiyanın siyasi dairələrində Ermənistana  antipatiyanı artırır. Nəticədə:

– Rusiya Ermənistana verdiyi təbii qazın qiymətini artırır;

– İranın Ermənistanla bəzi iqtisadi layihələrdən  imtina edir;

Regionun yeni reallığı: Güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan,  öz ənənvi partnyorlarını itirən, küncə sıxılmış , sosial və iqtisadi kataklizmlər yaşayan, dalan dirənən Ermənistanla üz-üzə qalır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq budur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaranıb.

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top