Jalebloq.az

Dialoqa radikal reaksiya: MİTİNQ!..

KÖŞƏ

Dialoqa radikal reaksiya: MİTİNQ!..

Bir neçə gün öncə məmələkətin iqtidarlı-müxalifətli siyasilərini uzun fasilədən sonra bir arada gördük. Qərar kimi, yaxşı qərardır. Xeyli taleyüklü məsələsi var ölkənin, belə müzakirələrdən keçməsi məsləhətdir. Nə də olsa hamısı məmləkət adamıdır, iqtidarlı müxalifətli. Ondan başlayaq ki, iqtidar-müxalifət dialoqunda hansı suallara cavab tapıldı.

-Hər iki düşərgənin hanıs ümumi problemləri var?

-Hansı məsələlərdə birgə anlaşma və qarşılıqlı hesabat vermələr zəruridir?

-Dialoqa kim necə reaksiya verdi?

-Uzun fasilədən sonra ilk sayılan dialoq, axırıncı olacaq, yoxsa axarıncı?

Hər iki düşərgənin ümumi problemlərindən danışan çıxışçıların fikirlərinə diqqət edəndə anlayırsan ki, hamının necə deyərlər ürəyi doludur. Düzü fərdi və qarşılıqlı ittihamların səslənəcəyi istisna deyildi görüşdə, amma olmadı. Bu bir addım irəli gedişdir. Yəni uzun fasilədən sonra iqtidar müxalifətin, sağlam müxalif beyinlər də iqtidarın vacib olduğunu anlayıblar. Hər iki tərəf onu da anlayıb ki, bir-birlərindən küsüb, uzaqlaşdıqca, ortalıq boş qalıb. Boş ortamda qorxulu radikal “beyinlər”, düşüncələr formalaşıb, başlayıblar “at oynatmağa”. Bu beyinlər ona format edilməyib ki, qurucu, yaradıcı, fərqli olsunlar. Bu beyinlər dağıdıcıdır, qurucu deyil. Həm də yaxın uzaq qonşulardan maliyyə dəstəyi alıb, xüsusi xidmət orqanlarına işləyirlər. Üçüncü bir tərəfdən gecə az qala iqtidarla “qucaqlaşıb yatan”, gündüz “müxalifət” olan simadırlar. İndi vəziyyət belədir ki, radikal müxalifət problemi hər iki düşərgəni narahat edən məsələyə çevrilib. Radikalların hakimiyyət iddiası məsələsini isə yenə də hər iki tərəf absurd və gülməli sayır.  Söyüş müxalifətini güclü edən səbəblərə  gəlincə, iqtidarı təmsil edənlər onları ümumiyyətlə güc bilmir. Müxalifətsə hesab edir ki, radikal müxalifəti hakimiyyətin ictimai rəyə radikal olması güclü edib. Haqlıdırlarmı? Baxaq!..

Müxalifətçilərin bir qismi hesab edir ki, hakimiyyət əks fikri qəbul etmir. Vətəndaşı ölkənin ictimai həyatında yaxında iştirak etməyə qoymur. Bir çəmbər yaradır və hamıya onun dediklərini etmək əmrini verir. Təbii ki, belə yanaşma insanları aqressiv, sərt və söyüşcül edir. Beləcə ölkədə söyüş müxalifətinin bazası yetişir. Aqressiv, psixoloji qüsurlu, söyüşcül toplum yaranır. Buna təbii olaraq hakimiyyətin də sərt reaksiyası var. Qeyd olunan yöndə fikir adamlarına xəbərdarlıq edilir. Bu xəbərdarlıqlar bəzən yetərincə sərt qarşılıq alır. Hətta adamlar həbsə düşürlər. Beləcə Azərbaycanda “siyasi məhbus”statuslu adamlar peyda olur. Sonra da bu məsələ xarici dövlətlərin əlində Azərbaycana qarşı çox güclü təzyiq vasitəsinə çevrilir. Biz bunu Mehmanda, Leyla Yunusda yaşadıq. Bu, Azərbaycan iqtidarının ətrafında geniş düşünməsi lazım gələn məsələlərdir. Yəni bu məsələdə müxalifət haqsız sayılmaz.

Gələk ona ki,  söyüş müxalifətinin sosial bazasını necə zəiflətməli? İqtidar-müxalifət dialoqunda buna ən optimal cavabi sabiq baş nazir Pənah Hüseyn verdi: Hamıya qucaq açmaq lazımdır. “Hətta Prezidentin islahata doğru addımlarını birgə müzakirə etmək vacibdir”. Yəni xilasın yolu sevgidən və bölüşməyi bacarmaqdan keçir…

Bəs radikal müxalifətin formalaşmasında hakimiyyətin, sağlam müxalif qüvvələrin rolu nə qədərdir? Bu məsələdə müxaliflərin payına düşən odur ki, radikalların üzərinə getmirlər. Hakimiyyətdəki siyasi komandanın acığına, dövlətçiliyi də müdafiə etmirlər. Bu artıq fərdi yanaşmadır. Böyük idealları, xırdaçılığa fəda eləməkdir. İndi noolsun ki, xaricdən maliyyələşən radikallar hələ ki, müxalifəti söymür. Onların hədəfi ölkə başçısı, birinci vitse-prezident, o cümlədən qeyri-qanuni mühacir “istehsalına” nəzarəti artıq ciddi şəkildə ələ alan  təhlükəsizlik, güc orqanları rəhbərləri, onları ailələridir. Yeri gəlmişkən, doğurdan diqqət etmək lazım.

Niyə hakimiyyətə qarşı yetərincə sərt danışan, sabiq baş nazir Pənah Hüseynə, ADP rəhbəri Sərdar Cəlaloğluna və ya Əli Əliyevə, onun çıxışlarına baxış sayı beş-altı mini keçmir, amma söyən radikal müxalifətçilərə otuz min, hələ bəlkə, daha artıq baxış olur. Anladıq bunu bir qismi İT-nin imkanları daxilində edilir. Amma bu qədər statistika tək radikalın işi deyil axı. Bu göstəricinin artan olmasında “xidməti” olan iqtidar yetkililəri də var. Və əslində real təhlükəni bu müqayisədən sonra görmək çətin deyil. İnsanlara dövlətin və cəmiyyətin həyatında iştiraka icazə vermək lazımdır. Birdəfəlik anlamaq lazım, söyən, təhqir edən, radikal müxalifətçi qədər, ona qoşulan sıravi azərbaycanlı da dövlətçiliyə zərbədir.  Bu zərbəni Azərbaycana birbaşa vura bilməyən yaxın-uzaq qonşular, Rusiya, ABŞ, ölkənin ictimai-siyasi həyatına hazırda söyüş müxalifəti və narazıların əli ilə beləcə müdaxilə etməkdədir.

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov da hesab edir ki,  “biz iqtidar-müxalifət münasibətlərini tamamilə yeni müstəvidə qurmalıyıq. Çünki  Azərbaycan çox ağır sınaqlar qarşısındadır. Kimlərdəsə inamsızlıq o dərəcədə güclüdür, ümumiyyətlə, onların siyasi opponentlərlə bağlı mövqeləri elə radikaldır ki, onlar ola bilsin bu prosesə əvvəldən qoşulmasınlar. Ancaq burada söhbət partiya liderlərindən getmir, insanlardan gedir. Əgər belə bir siyasət yürüdülsə və cəmiyyət bunu qəbul etsə, mən əminəm ki, ölkəmizin daxilində həm sabitliyə, həm də sivil iqtidar-müxalifət münasibətlərinə nail ola bilərik. Çox təəssüf ki, onlar anti-Azərbaycan dairələrinin əlində silaha çevriliblər. Bu anti-Azərbaycan dairələrinin maliyyələşməsini erməni təşkilatları təmin edir”.

Görnür bu və digər təhlükələri nəzərə alaraq Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da dialoqa münasibətdə çox səmimi və vaciblik elementləri qataraq münasibət bildirib: “Belə tədbirlər bütün dövrlərdə aktual olub, Azərbaycan dövlətinin yürütdüyü siyasətə uyğun olub. Biz həmrəyliyi, milli birliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük. Dialoqun əksi qarşıdurmadır, insanların, təşkilatların bir-birinə qarşı qanunların imkan verdiyi çərçivədə və ya qeyri-qanuni çərçivədə apardığı mübarizədir. Ona görə də, dialoqu yüksək dəyərləndiririk. Hesab edirəm, vətəndaş cəmiyyəti institutları, QHT-lər, KİV nümayəndələri fəaliyyətlərini bununla yekunlaşdırmayacaq, gələcəkdə başqa mövzularda, həm daxili, həm xarici siyasətlə bağlı mövzuları birgə masaya yatıraraq müzakirə edəcəklər”.

Əslində fikirlərin özündə “axarıncı, yoxsa axırıncı?” sualının həm də tam cavab görüşlər istisna deyil.

Dialoqun ən vacib detallarından biri müzakirələrə AXCP və “Real”çıların dəvət olunmaması idi. Burda iki məqam var.

Birinci, o ki,  hər ikisinin çox önə buraxılmasının fərqinə varılıb, indi onlara yerləri göstərilir.

İkinci, AXCP və “Real”ın radikallarla eyni sıraya qoyub cəmiyyətə təqdim edirlər. Bu həm də onların yeni obrazı, dövlətinsə kimlərlə danışıga gedə biləcəyinə dair ictimai mesajdır.

Maraqlıdır, bunun qaşılığında, hər iki siyasi təşkilat, ayrı-ayrı zamanlarda, mitinq qərarı verdi. Söyüş müxalifəti, MM-in üzvü Qüdrət Həsənquliyevin təəbiriycə desək, “fit müxalifəti” hər iki mintinqlə bağlı fərqli mövqe ortaya qoydu. Bir hussəsi dəstəklədi, o biri hissə dəstəkləmədi. Bu isə o demək ki, siyasi gəlişmələrdə hələ xeyli ciddi dəyişikliklərə şahid oloacağıq, sadəcə bir qədər emosiyasız və səbirlə prosesləri izləmək lazım…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top