Jalebloq.az

Dünyanın erməni TƏLXƏYİ, Paşinyan…

KÖŞƏ

Dünyanın erməni TƏLXƏYİ, Paşinyan…

Bir neçə gündür hər kəs emosionaldır. Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti şousu, Dağlıq Qarabağda, Şuşada, helekopterdən enib, Ermənistan ərazisindəyəm, deməsi insanları təbindən çıxarıb. Adam gerçəkdən siyasi “şouməndir”.

Belə getsə o, ən böyük “uğuruna”, qıcıq yaratmaqla müharibə başlatmağa nail olacaq. Olsun,  aydın məsələdir, bu gün  silahla davrana bilməyən sıravi azərbaycanlı da yalin əllə bir ordu erməninin öhtəsindən gələcək mənəvi gücə sahibdir.

Indi gəlin düşünək, soyuq qanla, ağıllı başla, düşünək. Etdikləri Paşinyanın özbaşına bacara biləcəyi işdirmi? Qətiyyən!..

Amma  fakt bu ki, hamının emosiaları, sinir və duyğulari ilə ən yüksək səviyyədə oynaya bilib, daha doğrusu biliblər. Bəli, məhz biliblər. Özü də elə bir məsələ ilə bağlı ki, onda hətta azərbaycanlılar özləri belə bir-birlərinə güzət eləmir. Çünki hərənin öz yarası, öz yanğısı, öz heyifi var Dağlıq Qarabağ məsələsinə dair ermənilərdə və dünyada.

Amma bütün bunlara paralel bir vacib məqam da var. Bizi qızışdırıb, proses başlamaq istəyirlər. Bizdən başqa hamıya elə bu lazımdır. Qızışıb, plansız filansız “dəlilik” eləmək. Bir az da belə davam eləsə informasiya müharibəsinin o mərhələsinə start veriləcək ki, artıq Azərbaycan vətəndaş müharibəsinə gedir, adamlar dövləti, dövlət adamları eşitmir. Beləcə ən zəif nöqtəyə vurulan siyasi zərbə effetktiv və ermənilərlər, dünya üçün lazımi nəticəli olacaq. Başına qalan dövlətin sərvətini Suriya, Ərəb ölkələri, Liviya, İraqda  olduğu kimi Azərbaycandan da rahatca, ən başlıcası, havayı daşıya biləcəklər. Dünyaya dəhliz olan Azərbaycanın üzərindən sərvətlərini kefləri istədiyi qədər, kefləri istəyən zaman aparıb-gətirəcəklər. Xoşlarına gəlməyən Türkiyə, İran kimi dövlətləri də rahatca “vuracaqlar” Azərbaycan ərazisindən, olmayan Azərbaycanla. Bütün bunlar üçün Paşinyan kimi təlxək baş nazir əvəzolunmaz kadrdır dünya güclərinə.

Qaldı bizim insanların emosionallığına, Dağlıq Qarbağ münaqişəsinin fiziki-mənəvi-psixoloji zərbə vurmadığı adam yoxdur Azərbaycanda.  Və bu hikkə iki halda susa bilər, bu zərbəni alan sonuncu atam ölərsə, ya da Dağlıq Qarabağ gəri qaytarılarsa.

…Və Dağlıq Qarabağ məsələsi, yeganə məsələdir ki, millət, düşmənim, dediyi məmurun da, nifrət elədiyi müxalifətçinin də, sevmədiyi siyasətçinin də əlindən tutar, ta işğaldan azad olma əməliyyatlarının son anınacan buraxmaz.  Malından mülkündən keçməyəcək azərbaycanlı yoxdur bu yolda.

…Və Dağlıq Qarabağ həm də o məsələdir ki, millət onun erməniyə bağışlanması güzəştini dövlətinə, siyasi liderinə bağışlamaz.  Yəni istənilən halda Qarabağ məsələsi həllini tapanacan Azərbaycanda ictimai rəyi yerindən oynadacaq, qızışdıracaq, güzəştlər edilərsə gərginliyi və siyasi “istiliyi” artıracaq, qarşıdurmaya yüksələ biləcək qədər həssas edəcək məsələdir.

İndi nə qədər ağır olsa da, bu erməni dığasının, gədasını, millətsiz, ruhsuz birinin Paşinyanın, Dağlıq Qarabağ məsələsi ilə bağlı, həm də jurnalist bacarığından istifadə edərək apardığı piar işi ağıllı yanaşma tələb eləyir.

Gərəkdir ki, gah Cıdır düzündə yallı gedən, gah Şuşa şəhidlərinin dördünün dənf olunduğu adsız məzarlıq üzərinə bir erməni iş adamının donuz fermer təsərrüfatını reklam edən, gah oğlunu Qarabağa xidmətə yollayan (hansı ki, oğlu olduğu da bəlli deyil, piardır, görüntüdür, şəkildir, müasir texnologiya ilə min hoqqası var), sonra helikopterlə Şuşaya enib, Ermənistandayam deyən bu gədanın və onun arxasındakıların oyunundan baş açaq.

Hədəf bəlli, nişançı bəlli. Bizə güclü əks piar,  siyasi təzyiqlərə sinə gərmək,
içimizdəki satqınları ifşa eləmək, fərdiçilikdən qaçmaq, vətən, millət sevgimizi daha sıx nümayiş etmək lazım.

 Bir də Paşinyana qəzəblənib, üz-gözünüzü cırıb, özümüzdən olan adamları linç eləmə ehtiyac yoxdur.  Azərbaycanın Dağlıq Qarabağdan vaz keçmək niyyəti yoxdur. Ən son anda, müharibə gərəkərsə, o da qaçılmaz olacaq.

Amma hələlik  analar oğulsuz, qadınlar ərsiz, uşaqlar atasız, bacılar qardaşsız, evlər başsız qalmasın deyə, o qaçılmaza gedilmir, daha doğrusu o qaçılmaz ləngidilir. Min əzabla qurulan  Azərbaycan dövləti, onun vətəndaşları firavan yaşasın deyə hələ də sülh deyilir. Ancaq təhdidlər bitməzsə, emosialara hakim olmazsaq, o qaçılmaz olacaq.  Azərbaycan çox rahat “yemə”çevriləcək. Gəlin əl-ələ verək,  müdrik olmaq zamanı. Dünyanı  Azərbaycanla bahalı “yemləməyək”….

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top