Jalebloq.az

Erməni gədalığına, Avropa sədaqəti və Paşinyanın oynamaqlığı…

KÖŞƏ

Erməni gədalığına, Avropa sədaqəti və Paşinyanın oynamaqlığı…

ATƏT-in  Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi Azərbaycan Ordusunun zabiti Aqil Omarovu qətlə yetirdi.



Atəşkəs dönəmində, elan olunmamış müharibədə bir azərbaycanlı zabit, azərbaycanlı kişi, ailə başçısı şəhid edildi. Bu Ermənistanın vəhşiliyi, özbaşınalığı, meydan oxumağı, cəbhə bölgəsində vəziyyəti gərginləşdirmək  həvəsinin  aydınca göstəricisidir. Bu hərəkəti ilə erməni tərəfi danışıqlar prosesinə əngəl yaratmaq və iyirmi beş ildir davam edən  ədalətsiz münaqişədə mövcud status kvonu qoruyub saxlamaq məqsədini güdür.

Ermənistanın bu addımları bir daha təsdiq edir ki, işğalçı ölkə münaqişənin həllində maraqlı deyil və onun sülhə, atəşkəsə riayət olunması, digər bu kimihərəətlərə tərəfdar olmasına dair iddiası yalnız beynəlxalq ictimaiəti aldatmaq məqsədi güdür. Ya da beynəlxalq ictimaiət özü aldadılmasına icazə verən tərəfdir.

Ermənistanın baş naziri Nikol Paşinyansa, öz sələflərinin səhvlərini təkrarlamağa davam edir.

Sonradan geri çağırsa da oğlunu Dağlıq Qarabağa əsgəri xidmətə yollayır.

İşğal altında olan torpaqlarda, qol-qanad gərib yallı gedir.

Ən sonunda Azərbaycan zabitini qətlə yetirən erməni əsgəri müafatlandırır.

Burda, yallıda bir STOP! Çünki o, ən yaxşı bildiyini edir. OYNAYIR! Ya da OYNADIRLAR!

Öz aramızdır, musiqi özgənin, ərazı özgənin, siyasət özgənin, rəqs özgənin. O, bircə oynayır. Həmişəki ampulasındadır.  Zatən ermənilərin yaranışında məqsəd bu, darıxanda dünya onları harasındasa, hansı ölkəsindəsə oynatsın, həvəs, hirs, hikkə kimi etirası təmin olunsun…

Amma Paşinyanın  bu, oynamağı, ya da oynadılmağı onun hakimiyyəti üçün çox ciddi problemlərin yaranmasına səbəb olacaq. Ermənistan hakimiyyəti yaxşı bilir, işğalçılıq siyasətini davam etdirərək dinc sakinlərə, Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər heç zaman cavabsız qalmayıb, bundan sonra da qalmayacaq.

O üzdən beynəlxalq ictimaiət və ilk növbədə ATƏT-in Minsk qrupunda həmsədr ölkələr Ermənistanın bu təxribatını birmənalı şəkildə pisləməlidir.  İki ölkə arasında sülh danışıqlarının tezliklə başlanmasına nail olmalıdır.  Əgər susursa, cavabı, səsi, müşahidəsi yoxdursa, ya da sıfırın altındadırsa, sadəcə söz yığınından irarətdirsə, demək, ədalətli və sülsevər cəmiyyət qurmaq istəyi də, demokratik təşkilat cildinə girməyin də oyunbazlıqdan o yana keçmir. Ya da keçir, bu RİYAKARLIQDIR! Riyakarlığın Avropa formatı da demək olar.

Əgər belə deyilsə, əksi sübut olunmalıdır. Necə? Ermənistana ciddi təzyiq edilməli, sülh prosesinə və erməni işğalının nəticələrinin aradan qaldırılmasına yol açılmalıdır.

Beynəlxalq təşkilatlarsa hələlik baxmaq və  “müdrikcə” susmaqdan savayı nəsə etmir. O üzdən bu Azərbaycan üçün erməni gədalığına, Avropanın himayəsində saxladıqlarına sədaqətindən başqa nəsə ifadə eləmir.

Azərbaycanınsa bir-bir, iki-iki ölmək, yox olmaq kimi həvəsi yoxdur. Ya ölməyi, ya da qalmağı düşünürük. Zatən ermənilərin və onların tərəfdarlarının da məqsədi bu. Yəni “sizi başqa ərazilərdə, bizə lazım olan  münaqişələrdə, bizim tərəfimizdə görmürüksə,  öz ərazinizdə, özünüzə qarşı olan müharibəni başlamağa sürüklənəcəksiniz. Ya da biz baxıb, görüb beləcə “mürdikcə” susacağıq” deyib, məmləkət əhlinin səbrini sınağa çəkirlər. Olsun, kim haqlıdırsa, o deyən olsun!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top