Jalebloq.az

Ermənilərin t(T)alehi

KÖŞƏ

Ermənilərin t(T)alehi

Bu günlərdə diqqətimi bir olay çəkib. Ermənilərin guya ki, beynəlxalq tədbir adı altında keçirdiyi mərasimdə, Yerevan dövlət universitetinin auditoriyasında elm dünyasının 20 nümayəndəsi 3-cü beynəxalq talışşünaslıq konfransına toplaşmışdılar. Ermənilər, talış məsələsi, Hacı Taleh təbliğatı…

Düzdür Azərbaycanda Talış Muğan Respublikası məsələsini ölkədə yaşayan minlərlə talış Əlikram Hümbətovu əl birliyi ilə ölkədən, cənub bölgəsi rayonlarından qovmaqla həll ediblər.  Taleh məsələsi də həllini tapıb. Məlum Nardaran hadisələrinin sonucu olaraq, o, azadlıqdan məhrum edildi. Qalır erməni məsələsi ki, Azərbaycanın presinqdə saxlamaq üçün onların məsələsini dünya birliyi həll eləməyə qoymur. Və zaman-zaman Azərbaycanın artıq həll elədiyi məsələləri yada salmaqla, yəqin ki, geridönüşün olacağını gözləyirlər. İndi də Hacı Talehin üzərindən təbliğat qurular. Yəni çox vacib bir simanı, Azərbaycan həb edib, fəaliyyətini məhdudlaşdırıb. Kimdir bu vacib adam, Taleh, Hacı Taleh?!..

Bu o Talehdir ki, dini inqilaba hazırlıq üçün təbliğat qurmuşdu ölkədə…

Bu o Telehdir ki, Bakıda Nardaran olaylarına liderlik elədi…

Bu o Talehdir ki, şəkilləri “müxalifətin” mitinqlərini bəzəyirdi…

Bu o Talehdir ki, İran mollalarının əlini öpüb, şiə təriqətinin təbliğatçısı idi. Müsəlmanların iman gətirdiyi müqəddəs Quranda belə bölgüsünün olmadığı halda…

***

Bir onu bilirəm ki, İslamı cahil əli ilə başımıza bəla elədilər. Kimsəyə anladan olmadı ki, bu həm də islahat idi. İmam, imamə, seyyid, peyğəmbər dediyimiz, təbii ki, həm də dinimizdən irəli gəldiyi üçün iman gətirdiyimiz adamlar dövrünün siyasətçiləri olub. Öz islahatlarını aparmaqla bərabər, həm də insanlığı, əxlaqlı yaşamağı, ədaləti təbliğ ediblər. Dostluğun da, düşmənçiliyin də qaydaları olduğunu bəyan edilər. Heç ağıllarına da gəlməyib ki, iyirmi birinci əsrin bir addımlığında Azərbaycan deyiləm məmləkətdə dini hoqqalar çıxarılacaq. Məsələn, Hacı Taleh İran əmmaməlilərinin əlini ğpəndən sonra, ermənilər onun üzərindən təbliğat quracaq, müdafiəsində duracaq. Hacının özü isə tolerantlığı təbliğ və tətbiq edən ölkədə, Azərbaycanda dini hakimiyyət iddiasında olub, zaman-zaman Bakının Nardaranda ixtişaşlar törətməklə məşğul olacaq. Nə deyək yenə şükür bu günə, erməniləri talehinə, milləti bizdən olan Talehin siyasi fəaliyyətinə. Bizimki, həmişə belə gətirib, baltamıza özümüzdən həmişə sap tapıblar. Ermənilərin də talehinə belə yazılıb, bizi, azərbaycanlıları məhv eləməyin yolların axtarmaq. Bizdə qurtuluş, geridönüş var, çünki kökdən özümüzün olan dövlətimiz var. Ermənilərdə isə bu yox idi, yoxdur və olmayacaq. Talehləri həmişə talehlərin əlində olacaq…

Bu isə o Hacının və Talehin, İranda mollalara verdiyi hesabatın video və səs yazısıdır.

Müxalifət bizə tribuna verir…

Onların bizə ehtiyacı var…

Demişik qırmızı xətlərimiz var, onu keçmək olmaz…

Baxın və oxuyun. Hacı Tahelin nə səbəbdən ermənilərə dəyərli olduğunu yəqin ki, hamı anlayacaq…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top