Jalebloq.az

Gültəkinin “zəhmətinin” bəhrəsi…

KÖŞƏ

Gültəkinin “zəhmətinin” bəhrəsi…

AXPC 19 oktyabr mitinqinə beynəlxalq birliyin reaksiyasını bəyənməyib. Partiya sədri adından sosial şəbəkələrdə yayılan bəyanatlardan birində deyilir. Hesab edilir ki, 19 oktyabrda “zorakılıq, anti-insani davranış beynəlxalq aləm daha prinsipial və daha sərt qınamalı idi” . Baxaq kim, hansı reaksiyanı verib.

Avropa Parlamentinin ikinci böyük fraksiyası olan Sosial-demokratlar qrupu bəyanat yayıb. Bəyanatda Avropa Komissiyasını Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq sazişi üzrə danışıqları dayandırmağa çağırış edilib. (Daha ətraflı linkdə: https://bit.ly/2MWiPEa)

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Dunya Miyatoviç də bəyanat yayıb. “Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş açıq nümayişlərin keçirilməsi haqqında məlumatlandırma proseduru Avropa standartlarına uyğun şəkildə tətbiq edilməlidir və bu cür nümayişlərin keçirilməsi üçün icazə tələb olunmur. Hakimiyyət təşkilatçıların üstünlük verdiyi yerdə açıq yığıncaqlara yardım etməli və onları qorumalıdır”. (Daha ətraflı linkdə: https://bit.ly/2JtPw9L)

Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi Mariya Kosyançiç ümidvar olduğunu deyib ki, “Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə uyğun şəkildə mütinqçilərin hüququnu tam təmin edəcək”. (Daha ətraflı linkdə:https://bit.ly/2BP0d2j)

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi də məsələyə rəsmi bəyanatla münasibət bildirib. “Hökumətin səhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək isləyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi addımlar insanların sözü gedən hüquqdan yararlanmasına maneə törədir, Azərbaycanı zəiflədir”. (Daha ətraflı linkdə:https://bit.ly/2qSbs84)

Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennax (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) birgə bəyanat yayıblar. Həmməruzəçilər qeyd edirlər ki, Xalq Cəbhəsi Partiyasının ən az on üzvünün mitinq ərəfəsində saxlanıldığı və beşinin 60 günlük inzibati həbsə məruz qoyulduğu barədə məlumat alıblar. “Azərbaycanda toplaşmaq azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Biz hakimiyyəti dinc mitinqlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa, qanunsuz olaraq saxlanılanların hamısını azad etməyə və ehtimal olunan işgəncə və amansız rəftar hadisələrini araşdırmağa çağırırıq”. (Daha ətraflı linkdə:https://bit.ly/2pbPg8A)

Human Rights Watch təşkilatı yaydığı geniş məlumat bildirir ki, “Azərbaycan polisi 2019-cu il oktyabrın 19-da və 20-də Bakının mərkəzində iki dinc etiraz aksiyasını amansızca dağıdıb, onlarla dinc müxalifətçi və mülki fəal saxlanılıb və amansızca döyülüb. Nümayiş icazəsiz olsa da, polis təhlükə təşkil etməyən nümayişçiləri dağıtmaq üçün güc tətbiq etməməli idi. Toplaşmaq azadlığı fundamental hüquqdur və Azərbaycan hakimiyyəti Bakının mərkəzində belə dinc etirazlara dözməlidir”. (Daha ətraflı linkdə:https://bit.ly/2JvYgfD)

Freedom House bəyan edib ki, Azərbaycanda dinc nümayişçilərə qarşı qəddar zorakılıqlar hökumətin fikir ayrılığına dözümsüzlüyünün, ifadə və toplaşmaq azadlığına riayət etməməsinin nümunəsidir. Təşkilat Azərbacyan hökumətini toplaşmaq azadlığına hörmət etməyə, saxlanılan nümayişçiləri dərhal buraxmağa və ifrat zorakılıqlarda əli olan polis rəsmilərini məsuliyyətə cəlb etməyə çağırır”. (Daha ətraflı linkdə:https://bit.ly/34aNCCU)

Üst-üstə yeddi bəyanat. Yeddisi də Avropadan, yeddisi də dünyada müharibələri törədən dövlətlərin himayəsində. Yeddisi də müsəlmanlara, neft-qaz ölkələrinə yağlı tikə kimi baxanlar. Və yeddisi də işğalçı, yırtıcı, dünyani idarə edən güc mərkəzlərinin tabeçiliyindən. Yeddisindən də dəstək AXCP-yə və Əli Kərimliyədir. Əcəba niyə?..

Nə Avropa, nə Qərb ondan yaxşı, sabit, stabil və sair yaşayan ölkə arzulamır dünyaya. Ələlxüsus neft-qaz olkələrinə. Hələ din qardaşı deyilsənsə, bir az da artıq arzulamırlar. Məsələn, Əfqanistan narkotik plantasiyasıdır Avropa və Qərbin. Ölkəsinin iqtisadi-siyasi həyatında ciddi rolu olan Liviyanı demək olar Fransanın əli ilə yerlə bir elədilər. Iraq nefti zatən əllərində. Cahil ərəbləri barmaqlarında oynadırlar. Suriyanın sərvətini heç kimlə bölüşmək istəmirlər. Heç özünə də pay veriləməsini istəmirlər. Dağıdıb mənimsəməkdir hədəfləri. Fələstin illərdir ayrı bir bəladadır. Pakistanda min oyun oynayırlar nüvə məsələsi ilə bağlı. Eyni məqsədlə İranı embarqolarla divara dirəyiblər. Bu adını çəkdiklərimə gəlincə, hamısı dövlət olaraq pəzəvəng, millət olaraq cahildirlər. Bir müsəlman türklər xaric. Türkiyəni boğa, ərazicə kiçik Azərbaycanı təhsilə, dünyəviliyə ən başlıcası neft-qaz emalı məsələsi üzündən məhv edə bilmirlər. Baxmayaraq ki, illərdir Azərbaycan üçün xaric notlarda “Qarabağ şikəstəsi” “ifa edilər”. Indi də mitinq-mitinq oynayırlar siyasi hikimiyyəti devirməklə hədələyirlər. Dünyanın hər yerinə “demokratiya”, “azadlıq” idxal “eleyən” bu zatların, ingilisin, amerikalının, fransızın, nə bilim almanın,  boşuna “canı yanmaz” bizə.  Vaxtınız olanda bunu dadüşünün cənablar. Bu arada məsələn, AXCP üzvü olsaydım xarici ölkələrin Bakıdakı səfirliklərini qapı-qapı dolanan Gültəkin Hacıbəylidən soruşardım bu haqda, özü də lap ətraflı soruşardım. Bir də onu soruşardım ki, Azərbaycanı dünyay bu qədər “sevdirmək” ona neçəyə başa gəlir?!..

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top