Jalebloq.az

“Razborşik” qaqaların hakimiyyət hikkəsi…

KÖŞƏ

“Razborşik” qaqaların hakimiyyət hikkəsi…

Hədəf Prezidentdir…

Açıram, baxıram, bağlayıram!.. Acıram, baxıram, bağlayıram!..

Düşünürsən ki, yazılması şərtdir, mütləqdir. Bəlkə də çevrədən bircə adamı xilas eləm mümkün oldu. Onu da düşünürsən ki, həm də özünü qorumalısan. Çünki bir qabdan çörək yeyəcək qədər dost, sirdaş, bir əqidə adamları maraqları qarşıdımı,  var yox, ana-bacı, arvad-uşaqlarına beşmərtəbəli söyməyi bacarırlar. İnanıram ki, maraqlarına uyğun olmayan, içlərini göstərən yazıyla qarşılarına çıxsan mütləq söyüşlərinin hədəfi olacaqsan…

Söyüş müxalifətinin fəallarından, Rəfail Piriyevin AXCP fəalları ilə “razborkasının” feysbuk üzərindən canlı yayınına baxa-baxa düşündüyümdür bunlar.

Bu adamlar o qədər hikkəli ki, bir-birinin paxırını təkcə öz aralarında yox, həm də efirdən, hamının görə biləcəyi yerdən edirlər. Bu o deməkdir ki, bizə etibar yoxdur, bizim öz maraqlarımız var, onlar toxunulmazdır. Toxunularsa belə eləyərik, var yox, ana-bacı, nəsil-nəcabətini ortaya tökərik, bir birimizin də, hər kəsin də…

Bir sözlə diksinir adam…

Söhbət əsnasında başladıqları söyşü-“mübarizə” kampaniyasınn hədəfi, məqsədi də bəlli olur: Qaqa bunları öz aranızda həll eləyin ee, bizim hədəfimiz özümzü deyilik, İlham Əliyevdir…

Bu artıq əməlli başlı SOS-dur. Həm də hər kəs üçün. Daxildə öz siyasi maraqları olan adamlar. Siyasi rütbələr üzərindən mənfət qazananlar. MM-də əyləşib də, nadir halda söyüş müxalifətininq qarşısına çıxanlar. Hər kəs üçün.

Hədəf haqsızlıq eləyən məmur deyil…

Hədəf cəmiyyəti yeniliyə aparmaq deyil…

 Hədəf insanların mənəvi durumu ilə maraqlanmaq deyil…

Hədəf insanlara maddi dəstək olmaq deyil…

Hədəf ölkədəki psixoloji gərginliyi azaltmaq deyil…

Hədəf tələb eləmək deyil, hədəf dağıtmaq…

Hədəf yıxmaq, yerlə bir eləmək, məhv eləməkdir…

Hədəf siyasi hakimiyyətdir…

Və birdən bir sual gəlir: Qardaş siz ail təhsiliniz var?

Qaqa dönüb nə desə yaxşıdır? Deyir təhsilimiz olmasa da başımız var dana, işdiyir gəlif gössərəjiyik…

Adamın qurumağa matı-qutu da qalmır. Axı nə deyəsən. Necə başa salasan adamları ki, sənin üzərinə bir sürü cahil hakim kəsilmək istəyir. Səni yönəltmək, idarə eləmək istəyir. Dünyada nə baş verdiyindən anlayışı olmayanlar fizioloji olaraq çiyinlərindəki başı “gözümüzə söxur” ki, bəs mənim də başım var. Ay sənin başın…Nə isə onsuz da başına nə lazımdırsa olub, amma hələ bunu anlayacaq başda deyilsən…

Bu adamlar hakimiyyət istəyir, idarəşilik istəyir, kreslo, kürsü tələb eləyir, dövlətin başını istəyir.Özü də hikkə ilə. Özü də haqqı çatırmış kimi, ərklə. Özü də özü yaradıbmış kimi. Düzdür onların bu qədər bərkdən danışmasına imkan verən məmurlar da var, amma hər halda onlar belə bu mədəniyyətdə, bu mərifətdə deyil, billah deyil…

O üzdən Rəfail Piriyev daxil, bu söyüş “qvardiyasını” islah eləməyin bir yolu var işləmək, problemləri həll eləmək, adamların etibarını, etimadını qazanmaq. Başqa yol yoxdur…

Bunun üçün media adamları da, dövlət adamları da çoxşaxəli işlər görməlidir. Bu gün kimdirlər ki, deyib qarşısına çıxılmayan bu qaqalar yetərincə kim olublar, lotudular, “vorzakondular”, “razborşikdirlər”, özlərinə bəzənr də auditoriya cəm ediblər başlarına. Hər gün bir az azğınlaşır, hər gün br az genəlirlər. Hələdəmi kimdirlər?!..

Demirəm ki, gedib yaxasında tutub gətirib, damlasın, dövlət baba. Amma özünü mütləq göstərsin onlara. Bu gün bir birinə “bıçaqlayacam” sözü  atan adamlar, sabah bunu bir-birlərinə edəndə günahı dövlətin boynuna atacaqlar, “dövlət etdirdi” deyə. Məhz bu “günahla” üz-üzə qalmamaq üçün indidən addımlar atılmalıdır. Onların beləcə özlərini ifşayaya davam etməsi üçün addımlar…

Dövlət babanın çox acil bir qərarına ehtiyac var, insanları qazanmalı. Bu bəlkə də bir dövlət layihəsi olmalıdır. “İnsan qazanmaq” layihəsi. İnsanları ancaq dövlətini sevən, keçmişi təmiz, bulaşmamış, mənəviyyatı saf, əxlaqlı, milliyyətçi, dövlətinə sadiq, milli ailə dəyərlərini evində qoruyub saxlaya bilmiş adamlarla qazanmaq mümkündür. Əminəm, çox əminəm ki, bu “vorovskoy” oğlanlar hədəfinə ulaşa bilməyəcək. Məmləkətin ali rəhbərini də qorumaq mümkün olacaq, dövlət də, dövlətçilik əldən getməyəcək. Bunun üçün bircə şey lazımdır. Durmadan, dayanmadan insanlara Rəfaelin, Orxanın, Orduxanın, Türkelin Seyranın və digərlərinin kimliyi, mənəvi-psixoloji durumu, dövlətə, millətə münasibəti barədə detallarına qədər, durmadan danışmaq…

Ay adamlar, Prezidenti hədəf seçən,

Bacın filan…

Anan filan…

Var-yoxun filan deyib də bir birini söyənlərdən məmləkət, dövlət adamı olmaz. Rəhbər olmaz, lider olmaz. Dövləti onlara təhvil vermək olmaz. Onlar heç əməlli  təhsili də olmayan, hikkəli, beyni və psixolojisi travmalı varlıqlardır. Yoxsa guya siyasətə atılmış, guya mübarizə fədailəri, vətən, dövlət, millət fədailəri niyə bir-birinə efirdə “vorovskoy jarqon” getsin ki?!..

Nakolka vermə…xod getmə…naxalkaya çağırma…sənə səkkiz bıçaq soxajıyıx…sxodkaya getmək lazım deyil…  kimi “vorovskoy” dillə danışan ACXP fəalları,  QHT rəhbəri sizcə məsələn ABŞ-la, Rusiya ilə diplomatik danışıqları necə aparar… Məsələn təsəvvür eləyirsinizmi, bunlardan biri oturub parlamentdə təklif verir ki, “ala o Putinə vopşe soxmey lazumdu, özü də səkkiz yerdən, həri”… Ya da məsələn, ABŞ-ı “sxodkaya” çağırılar… Nəmvallah, başımıza bu çağacan çox iş gəlib, barı bu millət bunu görməsin…

Onlardan nə lider, nə dövlət adamı, nə də siyasətçi olmaz, sadəcə vətən xainidirlər, söyüşdən, təhqirdən başqa nəsə bacarmayanlardırlar, vəssalam!..

Ən maraqlısı isə bu efirdən məsələn, Milli Şura rəhbərliyinə ünvanlı müraciətdir:

-Ay Milli Şuranın üvzləri, Seyran Rəfiyev girib sizin qanadlarınızın altına olub AXCP fəalı, sonra da xaricdə oturum alıb, lotuluq eləyir. Yanınıza adam alanda baxın kimi alırsınız, neynəyir…

Vəssalam, filmin sonu, kadr qapandı, ekran qaraldı…Amma çalışaq ki, bu qara bizim gələcək taleyimiz olmasın…

Jalə Mütəllimova                                                       

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top