Jalebloq.az

Hədəfdəki Azərbaycan polisi…

KÖŞƏ

Hədəfdəki Azərbaycan polisi…

Söyüş müxalifətinin hədəfində bu dəfə ölkənin birinci xanımı  Mehriban Əliyeva, Daxili İşlər Nazirliyi, konkret olaraq, nazir Vilayət Eyvazov və şəxsi heyətdir. Rəfayel Piriyev söyür.  Dayanmadan DİN-in rəhbəri başda olmaqla bütün şəxsi heyəti, ölkənin birinci vitse-prezidnetini söyür. Arada dayanıb, özünü də təqdim eləməyi unutmur. Təxminən belə deyir:

– Mənim başım xarabdı haaa, mənim beynim işləmir haaa, mənim beynim xarabdır haaa, mənim “vecimə” deyil haaa heç nə. “Mən Azərbaycan xalqının səsiyəm”. Elə burdan başlayaq bu yaratığın, xalqın səsi olmasından.

Azərbaycan xalqının səsi, 20 yanvar hadisələrində çıxdı, dövlətinin yanında…

Azərbaycanın səsi, OMON qovğasında çıxdı, dövlətinin yanındaydı…

Azərbaycan xalqının səsi, aprel döyüşlərində çıxdı, dövlətinin yanındaydı…

Azərbaycan xalqının səsi, Xocalı yürüşündə çıxdı, dövlətinin yanında…

Azərbaycan xalqının səsi Gəncə hadisələrində çıxdı, dövlətinin yanındaydı…

Yəni ki, Azərbaycan xalqının səsi sizdən çıxa bilməz. Sizdən olsa-olsa Corcun, Nikolayın, uzağı Milli Şuranın səsi çıxar. Necə ki, çıxır, söyürsünüz və çox da ayıb görünür.

“Baxmasınlar, mənə xanımlar, qadınlar baxmasınlar, söyürəm. Baxsalar da üzürlü saysınlar, amma baxmasınlar”…Bu qədər qarışıq, bu qədər qeyri-səmimi, bu qədər dolaşıq və savadsız danışan adamın psixolojisinin yerində olmadığı dəqiqdir.

Ay Rəfail, özün demiş, ağıllı ol, ölkədən qaçıb getmisən, sözümüz yox, Əli Kərimli, Cəmli Həsənli ilə qovğan var, döyüşürsən, didişirsən, döyüşürsən, zatən həmin düşərgədən qaçıb ağıllı olan hər kəs, didərgin salınıb, qalanların da çoxu elə sən qafada, sən ağıldadır, o üzdən ağıllı ol, boyundan böyük işlərə qalxışma.

Ayrıca əxlaqlı ol! Dövlətçiliyin keşiyini çəkən adamların hamısını bir araya yığıb təhqir eləmək olmaz. Sizdən fərqli olaraq belə bir ədalətli yanaşma təqdim eləmək istəyirəm. Bütün sistemlərdə yarıtmaz kadrlar, uğursuz adamlar dəqiq var. Necə ki, siyasətdə siz varsınız. Amma bu o demək deyil ki, durub kimsə ümumiləşdirib desin ki, bütün siyasi iddialılar ağılı dayazdır, savadsızdır, psixoloji qüsurludur, vətən xainidir, ləyaqətsizdir, cahildir və sair… Adamın mənəviyyəatı, tərbiyənin harasında olmali ki, bir generalın ev xanımı olan həyat yoldaşına olmazın təhqirini yağdıra, bir ölkənin başında duran siyasi lideri hədəfləyə onun ailəsinə ağzını Allah yoluna qoyub nə gəldi deyə. Bu insanın mənəviyyat, tərbiyə, əxlaq göstəricisidir.

Qaldı söyülən Azərbaycan polisinə, onun kimliyinə… Mənim deyim haqsızamsa səhfimi düzəldin….

Azərbaycan polisi, məmləkətin ilk şəhidləridir. Mənim üçün həm də jurnalistikaya ilk addımdır Azərbaycan polisi. Çünki jurnalist kimi ilk yazım zərdablı, şəhid polis serjantı Samir Abdullayev haqda olub. O, həm də başçısını çox gənc yaşlarda itirən ailənin yeganə övladı…Anası hələ də tənha yaşayır…

Azərbaycan polisi, mitinqdə dəbilqəsi ilə üzərimə örtüb özü ağır bədən xəsarəti alan adamdır…

Azərbaycan polisi, Ağdamda məhbəsin qapılarını açıb cinayətkarlardan özünümüdafiə batalyonu düzəldən, bu məsuliyyəti öz üzərinə götürən adamdır…

Azərbaycan polisi, milli qəhrəman Şahlar müəllimdir…

Azərbaycan polisi, yanğına yalın əllə girib insan qurtaran adamdır…

Azərbaycan polisi, dövləti uğruna Gəncə hadisələrində şəhid olan zabitdir…

Azərbaycan polisi, qollarında yaralını xəstəxanalarda gəzdirməkdən yorulmayan adamdır…

Azərbaycan polisi, dövlətçiliyin keçiyində duran biridir…

Azərbaycan polisi ölkənin şərəf, ləyaqət zirvələrindən biridir…

Bəlkə kimsə deyə bilər ki, əşi bunların hamısı fraqmentlərdir, reallıqlar başqadır. Tamamilə haqlısınız. Hər şey, həyatımız, hətta bütün dünyanın  fraqmentlərdən ibarətdir. Yaxşısı pisi, gavuru, dostu, namərdi mərdi ilə. O üzdən, pisini gördüklərimiz qədər, yaxşısını da deməyə adamın lap azacıq, bir iynə ulduzuyca kişiliyin çatmalıdır. Təbii o da varsa…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top