Jalebloq.az

Haqqımda

Jalə Mütəllim qızı Mütəllimova (Seyidli) 1976-cı ildə Azərbaycan Respublikası,  Zərdab şəhərində anadan olub. 

Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib.

Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 

1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın  İnkişafı  Fondunun Sosioloji Sorğu Mərkəzində fəaliyyət göstərib.

1993- 1994-cü illərdə “Müxalifət” və “Cümhuriyyət” qəzetlərində çalışıb.

1995-1999-cu illərdə “Azadlıq” qəzetində aparıcı reportyoru olub.  

“Kaspi” qəzeti və “Azadinform” xəbər agentliyində çalışıb.

2000-2004-cü ilədək  “Azadlıq” radiosunun Bakı ofisində fəaliyyət göstərib.

2005-ci ildən APA İnformasiya Agentliyinin əməkdaşı  kimi çalışıb.

2006-2012-ci illərdə Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərib.  Dövlət Televiziyasının İctimai-siyasi Proqramlar Redaksiyasında redaktor olub.

2013-cü ildə  “APA Holdinq”də yenidən fəaliyyətə başlayıb. Holdinq nəzdnindəki APA TV-də  teleaparıcı və layihə rəhbəri olub.  

Holdinqin Lent.az,  kulis.az  saytında köşə yazarı olub.

2015-ci ildən “Yeni Müsavat” qəzetində köşə yazarıdır.

Paralel olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyində, “Təhsil TV”-də və “Azərbaycan müəllimi” qəzetində layihə təhbəri, yazar olaraq fəaliyyətdədir.

Ailəlidir, üç övladı var.

To Top