Jalebloq.az

İki A(a)rzu…

KÖŞƏ

İki A(a)rzu…

Almaniyada, Bundestanqda paylanır. Paylanmasında konkret məqsədlər var. Sevilmədikləri, ciddiyə alınmadıqları dövlətin siyasi elitasında özləri haqda mənfi fikirləri, müsbətə dəyişmək istəyirlər.

Söhbət  nədən gedir?  Erməni lobbi mərkəzi təşkilatının Alman-Erməni Cəmiyyəti tərəfindən nəşr  edilən  “Armenisch-Deutsche Korrespondenz” jurnalının ilk kvartalının buraxılışında Azərbaycandakı “milli azlıqların hüquqlarının müdafiəsi”nə həsr edilən məqalədən.

Bir də bu məqalənin iki azərbaycanlı “sütunundan”. Daha dəqiqi bu məqalədə deyilənləri təsdiqləyən başqa bir məqalədən. O məqalədən ki, orda Azərbaycanda QHT rəhbərləri, hüquq-müdafiəçiləri kimi tanınan iki xanım haqqında yazılır. Arzu Abdullayeva və Arzu Qeybullayeva.

Erməninin məramı, məqsədi, hədəfi bəlli. Bəs Azərbaycana qarşı bir qurumun təsis etdiyi jurnalda azərbaycanlıların yer almaqda məqsədləri nədir. Özü də ölkə üçün son dərəcə həssas məsələdən, milli azlıqlardan danışmaqda. (Yeri gəlmişkən, artıq Yerevanda, talış məsələsi və Nardaran olaylarının təşkilatçısı Hacı Talehin hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər reallaşdırılmaqdadır-red)

Bunu az sonra deyəcəyik. İndilik o suala cavab verək ki, milli azlıqlar məsələsini qabartmaq ermənilərə nə verir:  

-Nəinki Dağlıq Qarabağda, ümumilikdə Azərbaycanda, erməni, talış, ləzgi və digər milli azlıqdan olan əhali təhlükə ilə üzbəüzdür. Yəni dünyanın diqqətini Azərbaycana yönəldirlər.

-Azərbaycanlılar milli zəmində olduğu kimi, dini zəmində də təhlükəlidirlər. Məsələn, xristian inanclı ermənilərə qarşı həm də dini baxımdan təhlükə var bu ölkədə.

-Ortaq razılaşmalar, müzakirələr üçün qapalı cəmiyyətləri var. Məsələn, ermənilərlə danışıb anlaşmaq təklifini edənlərə sərt davranır, təhqir edirlər.

Bir sözlə bu boyda ölkədən dünyanın gözündə dəli obrazı düzəltmək istəyirlər. Bizim “ağıllılar” da onlara canla başla dəstək verir. Kiminin çıxıb getmək, kiminin layihə reallaşdırmaq, kiminin də təşkilat qurmaq kimi məqsədləri var.

Bəs arzular nə deyir?! Təxminən gəlin bizi qurtarın mesajı verirlər Avropaya. Arzu Abdullayeva və  Arzu Qeybullayeva, ölkədə milli azlıqlarla bağlı yazıdan sonra veruilən digər məqalədə, ermənilərlə anlaşmanın tərəfdarı olduqlarını bildirirlər. Məqalədə qeyd edilir ki, “ermənilər və azərbaycanlılar arasında sülh dialoqu” təşkil etmək cəhdlərinə görə onları təqib, təhqir edirlər, Azərbaycanda onları  “erməni mənşəli” adlandırırlar. Erməni jurnalının səhifələrində deyilir ki, Arzu Abdullayeva azərbaycanlılar tərəfindən hücuma məruz qalan, ermənilərdən yazmağa risk edən Əkrəm Əylisliyə pərəstiş edir.

Sizcə, Arzu Qeybullayeva və Arzu Abdullayevanın icazəsi olmadan bu yazı hazırlana bilərdimi? Təbii ki xeyir.

Yeri gəlmişkən, jurnal zaman-zaman, qondarma erməni soyqımı məsələsinə də toxunur.  Guya ki, bu “faciədə” Tələt Paşanın yaxından iştirakını, hətta təşkilatçılığını iddia edir.

Anlaşılan, saytın ümumilikdə hədəfi türklər, türkdilli dövlətlər, xüsusən də Azərbaycandır. Onlar bu mənada Azərbaycandan olan ictimai fikir adamlarını, QHT rəhbərlərini bu yolla danışığa, tərəfdaşlığa cəhd ediblər. Bəzən bu alınır. Məsələn, Arzu Abdullayeva və Arzu Qeybullayevanın etdiyi təqribən erməni uğurudur. Amma iki Arzu nə deyir desin, Azərbaycanda dini ayrı-seçkilik yoxdur, olmayıb. Azərbaycanda dini ayrı-seçkilir yoxdur, olmayıb. Azərbaycanda bütün sahələrdə ifrata varmaq, bunun üzərindən biznes qurmaq, guya ki, beynəlxalq nufuz, status əldə eləmək istəyənlərə qarşı bir hərəkat var. Və təbii ki, dövlətini, millətini sevən hər kəs də bu hərəkatdadır. Çünki zərrə-zərrə qazanılanın, azadlığın, qazan-qazan dağıdılmasına yol vermək olmaz, heç olmaz…

Bu ermənilərin almanca arzularından başqa bir şey deyil.  Maddım-maddım baxmayaq, içimizdəki, vətən əlehdarlarını, nifrət dolu adamları tanıyaq. Yaddaşımıza həkk edək. Çünki başımıza hər nə gəlirsə, unutqanlıqdan, rəhmdən, gözəştə getməyə meyilli olmaqdan gəlir. Almanca erməni sözü deyənlərdən bizə yar-yoldaş olmaz. Vallah da, billah da olmaz…

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top