Jalebloq.az

Inamsız vətəndaşa seçim imkanı: Söyüş müxalifəti, ya ÖZÜMÜZ?!.

KÖŞƏ

Inamsız vətəndaşa seçim imkanı: Söyüş müxalifəti, ya ÖZÜMÜZ?!.

Yanlarında olmayın, sizdən istifadə eləyirlər, hesabınıza biznes qurub, pul qazanırlar, dövlətini, millətini satan adamdırlar deyirsən, inanmırlar, dönüb beşmərtəbə söyüş söyürlər…
…Niyəsini anlayıram. Adamlar son dərəcə qayğılı, diqqətsiz, sevgisiz, aldadılmış hiss edirlər özlərini. Düzdür son bir neçə ayda bu “tilsim” qırılıb. Dövlətlə-vətəndaş arasındda ciddi körpülər qurulub. Media doxsanların əvvəllərindəki qədər olmasa da, qismən sözükeçərliyini geri döndərə bilib, ancaq hələ iatənilən mənzərə tam deyil. Bu tamlıq əldə edilənə qədər, insanlar onlara qoşulub söyəcəklər. Lazım gələndə, hikkələri sakitləşsin deyə hər kəs onları dinləyəcək. O üzdən…
 …Orduxan müəllim, sizi and verirəm böyük yaradana, sabahdan mənim də dədəmi, nənəmi və özümü söyün, nə də olsa haqqınızda tənqidlər yazmışam…
…Sevinc xanım, son dərəcə xahiş eləyirəm sizdən, yanınızda mənə də yer eləyin. Orda bir sayt filan açmağın yollarını başa salın,  burda yaşamaq istəmirəm. Elə burdakı xeyli adama sizin elədiyinizi eləmək lazımdır. Guya onlara  “yanıb” əslində pul qazanmaq istəyirəm, dəlicəsinə…

…Qurban Məmmədov sizin məhkəmələrinizdən ən çox yazan müəlliflərdən olmuşam, sizi and verirəm yaradana burdakı və ordakı havadarlarınıza deyin qanadlarını mənim də üstümə açsınlar…

…Adını müxalif qoyanlar sizi dinə, imana and verirəm mənə də ayda ikicə yüz manat yollayın yüz profil açıb, səhifəmə FB-də işləyirəm yazıb da, dövləti, ölkəni, Prezidenti, dövlətini sevən ictimaiət, media adamlarının varidatını yerin altından dartın çıxarım, yerin üstünə. Gündə azı on min dəfə… 

…Yunuslar, bir zəhmək təşkil eləyin biz də sizin kimi dığalara, “dayı” deyək…

…Soros əmi,burdakı adamlardan pisi, məndən də yaxşı  xəyanətkarı yoxdur dünyanın, pulumu yollayın, kimi desəniz söyüm, sulayım…

Təəssüf, amma bu günün mənzərəsi belədir. Adamın qurumağa matı-qutu da qalmır. Bilmirsən başına haranın külünü ələyə, daşını tökəsən?!.

…Ay lələ, bəsdirin, belə olmur!

Bu günki siyasi hakimiyyəti sevməyə, bəyənməyə bilərsiniz. Amma bu dövlət bizimdir.  

Anlayın artıq, xaricdəki azərbaycandilli  “media” quruluşları  o üzdən qurulub ki, ölkənin qara piarı təşkil olunsun.

Xaricdə “müxalifət” ona görə var ki, Azərbaycan dünyaya barbarlar ölkəsi kimi təqdim olunsun.

Burda siyasi hakimiyyəti yox, məhz bizi təqdim eləyirlər dünyaya. Zalımlara əlaltı olan barbar, qoyun sürüsü, kimi göstərirlər bizi dünyaya. Yəni deyirlər ki, Azərbaycan hər şeyə dözənlərin, hər şeyə razılaşanların, pula görə nə desən edənlərin ölkəsidir. Beləyikmi?! De-yi-likkk!..

Zamanında bunu ermənilər haqda deyirdilər: Kağızına da, sözünə də inanmayın bu millətin. İndi bizi ermənidən  ucuz tuturlar. Özü də bunu erməniyə, ingilisə, rusa etdirmirlər. Yaxşı bilirlər ki, bu milli zəmində problemə çevrilə bilər. O üzdən xaricdəki psixoloji qüsurlu, natama, vətənindən hansı səbəbdən cinsi azlıq və ya siyasi mühacir kimi qaçmış birilərini, özümüzdən olanları əllərində alət ediblər.

Anlayın və bilin, bu gün “üzbəüz d” ayanıb siyasət-siyasət  oynayanların çoxu gecələr lap Bakının özündə də cins şalvarda, sport ayaqqabıda, başında beret, oturub yeyib-içib, qazanclarını bölüşüb, sizə cahil, mənə maymaq deyirlər.

Çünki siz pulsuz söyürsünüz, mən pulsuz danışıram. Yox, bu bir az qarışıq izah oldu. Qoyun bir də izah eləyim. Sizə cahil, mənə maymaq ona görə deyirlər ki, biz, çoxuq, kütləviyik, onlar bizi üzbəüz qoyub ölkənin himini rahatca qazıyır. Dövləti dağıdır və bunu üzərində həm divident, həm maliyyə qazanırlar bizim hesabımıza.

Niyə fikir vermirsiniz axı, çoxunun ailəsi, övladı Azərbaycandan kənardadır.

Hətta Azərbaycanda diktaturadır, dövlət belə gəldi, vətən elə getdi, haqsızlıq, ədalətsizlikdir deyib yaxasını cıran müxaliflərin övladları burda sizin, bizim kimi bir qarın ac, bir qarın tox, əzab və stress işində deyillər. İrili, xırdalı biznsləri belə başqa ölkələrdədir. Demək ki, gələcək həyatları orda planlanıb. Və demək ki,  buranı, dağıdıb Amerikaya, Qərbə təhvil verdikdən sonra onların yenə də evi, vətəni, işi olacaq, bizimsə yox. Biz yenə də hansısa işğalçının əlinin oyuncağı,  qulu, köləsi olacağıq. Evsiz, və vətənsiz yenə də sizlə, mən qalacağıq. O üzdən biz, gündüz guya dalaşıb, gecə dərdləşənlərə və onların xaricdəki qulbeçələrinə təbii ki, həmişə qarşı durmalıyıq. Bunu da anlamaq şərtdir…

Nə qədər pis müəllif olsan da mükafatını öz dövlətindən almaq məqbuldur!

Ehtiyacla yaşasan da QHT yaradıb, xaricdən maliyyə almamalısan!

Heç zaman Transparency İnternational,  Hyuman Rayts Votc, Aministiy İnterneshal kimi qurumların dəyirmanına su tökməmişəm!

Çünki Azərbaycan bir neçə əhəmiyyətli, özü də strateji əhəmiyyətli hadisələr işindədir. Məsələn, 

Avropa ittifaqı ilə saziş layihəsi hazırlanır; Cənub Qaz Dəhlizi formalaşması son mərhələyə qədəm qoyur;

Bakı-Tibilisi-Qars dəmiryolu tam işləmək mərhələsinə keçir;

Azərbaycan iqtisadi, sosial, siyasi və hüquq sistemində islahatlar həyata keçirir ki, bu proses ölkənin öz mövqelərini güclənməsinə aparaıb çıxaracaq; 

DQ münaqişəsinin nizamlanması istiqamətində ölü nöqtədən tərpəniş müşahidə olunur;

Azərbaycan Qoşulmama Hərəkatının toplantısına ev sahibliyi etməyə hazırlaşır.

Bu ciddi hadisələrin üzərindən, Azərbaycana və onun rəhbərliyinə qarşı hücumların, söyüş kampaniyalarının təşkili də təbii ki, qaçılmazdır. Eyni zamanda bu proseslərdə Azərbaycanın aktivləşməsinin hansı dövlətilərin əlinə işləmədiyi də bəllidir. Bunun geniş şərhə ehtiyacı yox, çünki hücumları istiqamətlərinə diqqət eləməklə, hər kəs adları özü aydın müəyyənləşdirə bilər.

…Ermənistan  Azərbaycanı təxribata çəkmək üçün qızışdırıcı addımlar atmağa və bəyanatlar səsləndirməyə başlayıb.

…Azərbaycanın qonşuluq münasibətlərində  yeni çat yharatmaq istəyirlər. “Cığal qonşu” obrazında,  Ermənistan istənilən effekti vermədiyi üçün prosesə Gürcüstanı qoşmaq üçün “sınaq” keçirilir. David Qaraci tarixi abidəsi hem dini, hem milli, hem qonshuluq munasibetlerini germek ucun elverishli bəhanedir.

“Transparency İnternational” saxta arqumentlərlə Azərbaycanda korrupsiya ilə bağlı vəziyyətin  pisləşdiyi iddiasını ortaya qoyub.

…“Sərhədsiz Repartyorlar” Azərbaycanda söz azadlığı ilə bağlı qərəzli hesabat yayır.

…Xaricdən söyüş kampaniyası aparılır və  Avropa Şurası saxta ittihamlarla qətnamə qəbul edir.

Bu qədərindən sonra da anlaşılmadısa, söyənlərə dəstək olun, ta o günəcən ki, gəlib evimizi yıxıb, hamını zəlil günə qoyasun Qərb, Avropa. Onda görərik, sizin sevimli söyüş dəstəniz, müxalifətiniz, kişidir, oğuldur, vətən qızıdır dedikləriniz, harada olacaq?!.

Jalə Mütəllimova

Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top