Jalebloq.az

İngilisin cığallığı və bizim qürurumuz…

KÖŞƏ

İngilisin cığallığı və bizim qürurumuz…

İTTİHAM: UEFA Çempionlar liqasının Bakıdakı final oyununa gəlmək istəyən azarkeşlərə “AZAL” təyyarə biletlərini baha satır.

– Lionda və Stokholmda indiyəcən keçirilən eyni kateqoriyadan oyunlar üşün satılan təyyarə biletləri daha bahalı idi.

İTTİHAM: Viza verilməsində problemi yaradırsınız.

-Hətta lazım olan zamandan da tez cavab verilir müraciətlər.

İTTİHAM: Şəhəriniz bahalıdır.

-Dünyanın ən bahalı ölkələrindən olan İngiltərənin, ən bahalı paytaxtlardan olan Böyük Britaniyanın bu iddiasına qarşılıq vermə dəyməz, gülməli ittihamdır.

İTTİHAM: Otellerinizdə qiymətlər şişirdilir.

-Sizdə funt-sterlinqdir, bizdə  manat. Minimum 30-40 manatdan başlayan qiymətlərimiz var. Mən deməyə utanıram deməyə, siz özünüz hesablayın lütfən…

Heç bir tutarlı əsas səbəb yoxdur ittihamlarda. Heç nə xoşuma gəlmir. O pisdir, bu kifirdir, o təyyarə havada çəpəki uçur, bu quşun civiltisi qulağıma yaxşı gəlmir. Yəni hikkədən hər şey pisdir, çirkindir, yaraşıqsızdır deyirlər.

Anlaşılandır, dünya futbolunun  sayıağsaqqalı, İngiltərə başqa neyləyə biləri ki?! Ən yaxşı edə bildikləri iş, insana donuq-donuq baxmaq, gülümsəyib “ok” deməkdir.  Amma vay o günə ki, vəziyyət “ingiliscə” ola. Yəni bizə sərf edən, onlar üçün sərfəsiz. Onda başlayırlar cığallığa. Bizdə isə buna “ingiliscə cığallıq” deyirlər.

…Çünki illərdən bəri sənin gördüyün işi indi səndən daha gənc,  bu işdə səndən daha az təcrübəsi olan,  üstəgəl müsəlman, üstəgəl türk, üstəgəl Qafqazda lideri bir dövlət edəcək.

Bu günəcən İslam Oyunları, Avropa Oyunları, Formula, Avrovizion və sair kimi beynəlxalq yarışlara ev sahibliyi etmiş, bu yaxınlarda on milyonuncu vətəndaşının doğulduğunu, yəni dövlət olaraq sərhədləri daxilində cəmi on milyon vətəndaşı olan bəlkə də Avropanın, Qərbin bir şəhəri boyda ərazisi olan Azərbaycan edəcək. Bu həm də o Azərbaycandır ki, sizin onunqazına, neftinə, tranzit ölkə olaraq ərazisinə htiyacınız var. İmza atdığı beynəlxalq layihələrə ortaq olmağa məcbursunuz. Öz aramızdır mən də ingilis olsaydım,  cığallıq edərdim.

…Amma türkəm, müsəlmanam…Yəni mənə düşən qürur özümüzlə duymaq, qürurumla yoluma davam etməkdir. Yeridikcə hər kəsin kimliyi bəlli olur. Haqlı kimdirsə, yoluna uğur!..

Jalə Mütəllimova

Continue Reading
Bunları da oxu!
Şərh yazmaq üçün daxil ol!

Cavab yaz!

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Daha çox KÖŞƏ

To Top